Facebook Twitter WhatsApp

İstər üsyan et, istər şükr et!

* Ölmək fəlakət deyil, öldükdən sonra başına gələcəkləri bilməmək, tədbirini almamaq fəlakətdir.

* Dünya, zılli-zaildir, yəni yox olan bir kölgə, bir təsvirdir. Aynadakı əksin təsviri kimidir. Bu təsvir axirətin görüntüsüdür. Axirətdə nə var? Cənnət, Cəhənnəm var. İbadətlərimiz, yaxşılıqlarımız, Cənnətin dünyadakı görüntüsüdür. Günahlar, pis yerlər, qaranlıq, sıxıntılı, zirzəmi kimi yerlər də Cəhənnəmin görüntüsüdür. Cənnətlik, Cənnətlik işləri, Cəhənnəmlik olan da Cəhənnəmə aparan işlər edir. Dəmiri çürüdən, öz pası olduğu kimi, insanı Cəhənnəmlik edən də öz günahlarıdır. Maqnit dəmiri necə özünə çəkirsə, haramlar Cəhənnəmə, ibadətlər Cənnətə çəkir.

* Qiyamətdə hara getmək istəyiriksə, ona uyğun hazırlıq görməliyik. Axirətdə Cənnət və Cəhənnəmdən başqa yer yoxdur. Cənnətə girmək üçün, doğru iman sahibi olmaq və dinə tabe olmaq lazımdır. Cəhənnəmə aparan tələlərə düşməməlidir. Bu tələlər belə bildirilir:

“Dünya həyatı ancaq bir laib [oyun], lehv [əyləncə], zinət [bəzək], aranızda təfahür [öyünmək] və mal və övladı çoxaltmaq istəyindən ibarətdir.” [Hadid 20]

Bunların bir dənəsinə tutulanın könlü ölür.

*Çalışın və nəfslərinizi içində yer alacaqları ölüm sonrası üçün hazırlayın. Qarşınızda həlli çətinləşən şeyləri Allahın elminə həvalə edin. O biri aləmə keçmədən əvvəl bir şey hazırlayın ki, ora çatdığınızda qarşınıza çıxsın. Çünki Allahü təala buyurur ki:

“O gün [qiyamətdə] hər kəs, dünyada nə xeyir edibsə, onu qarşısında hazır görəcək, nə pislik edibsə, onlarla özü arasında uzun bir məsafə olmasını arzu edəcəkdir. Qullarına qarşı şəfqətli, əsirgəyən olan Allah sizə Ondan qorxmağı əmr edir.” [Ali imran 30]

O halda, Allahdan qorxun, yəni Onun əmr və qadağalarına riayət edin. Sizdən əvvəl gəlib keçənlərdən də ibrət alın. Unutmayın ki, sabah böyük-kiçik, bütün davranışlarınızın qarşılığını görəcəksiniz.

* Ruzi müqəddərdir. Yəni hər kəsin ruzisi bəllidir, artmaz, azalmaz, ruzisini almadan dünyadan getməz. İstəyənə halaldan gəlir, istəyənə haramdan. Gələn miqdar eynidir. Əcəl müqəddərdir. Yəni hər kəsin ömrü bəllidir, uzanmaz, qısalmaz, vaxtı tamam olduqda dünyadan gedər. Qəza və qədər, xeyir və şər, onsuz da imanın şərtlərindəndir. Bəs, daha nə deyə üsyan edirsən, daha nə deyə şükr etmirsən? Ruzin bəlli, ömrün bəlli, başına gələnlər Allahdan. İstər üsyan et, istər şükr et. Dəyişən bir şey yoxdur. Üsyan edənin yeri Cəhənnəm, şükr edəninki Cənnətdir. Yəni eyni şeylər üçün, ya Cənnətə gedəcəksən, ya da Cəhənnəmə.

* Dünya mehmanxanadır. Dünyanı ələ keçirmək üçün axirəti vermək və insanlara yaramaq üçün Allahü təalanı tərk etmək axmaqlıqdır. Sinəsini qiblədən çevirənin namazı pozulduğu kimi, üzünü İslamiyyətdən çevirənin həm dünyası, həm də axirəti yıxılar.

* Sözlə Müsəlmanlıq olmaz. Dinin əmr və qadağalarına əhəmiyyət verməyənin imanı gedər. Əhəmiyyət verməmək, işlədiyi günaha zərrə qədər də olsa üzülməmək deməkdir.

* Qiyamət dərdini bilsəydiniz, dünyada dərd deyə bir şey tanımazdınız. Bütün keçimsizliklər, ölümü unutmaqdandır.

* Dinin ən böyük düşməni cəhalətdir. Cahillik Cəhənnəmə aparır.

* Dini, əhli-sünnət alimlərinin kitablarından öyrənmək lazımdır. Yoxsa insan şeytanın oyuncağı, pis din adamlarının əlində kuklası olar heç ruhu belə duymaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину