Facebook Twitter WhatsApp

İnsanlar niyə ölmək istəmirlər

*Ölümə hazırlanan, yaxın bilən, sevən kimsənin bir tək əlaməti vardır. Gülər üz və şirin dil. Ölümü sevən insanın üzü həmişə gülür. Müsəlman bu dünyada qürbətdədir. Möminin vətəni axirətdir. İnsan dünyada belə uzun illər ayrı qaldığı məmləkətinə gələrkən sevinir. Ona görə mömin, əsl vətəninə qovuşacağı üçün ölümünə sevinir.

* Kafirlə mömini ayıran ən mühim fərqlərdən biri də mömin gülər üzlü, şirin dillidir.

* Allahü təalanın ən böyük neməti imandır, yəni müsəlman olmaqdır. Bu ən böyük neməti seçdiyi qullarına verir. Allahın seçdiyini bəyənməmək, öz bəyəndiyini irəli çəkmək nə çirkin şeydir. Bir şəxs bu ən böyük nemətin dəyərini bilməzsə, bu nemət gedər xəbəri olmaz, yəni mürtəd olar xəbəri olmaz. Allahü təala bu ən böyük nemətin şükrünün necə olunacağını bildirir. Qurani-kərimdə Bir-birinizi sevin buyurulur. Müsəlman müsəlmana aşiq olmalıdır, niyə? Allahü təala seçmiş, seçilmişlər. Bir müsəlman başqa bir müsəlmanı gördükdə rəngi qaçacaq, saralacaq. Niyə? Birdən səhv bir hərəkətim olar onu incidərəm, qıraram, deyə.

* Şeytan, əmri yerinə yetirmədiyi üçün kafir olmadı. Bu əmr yanlış, mən bu adama səcdə etmərəm dedi. Ona görə Allahü təalanın əmrlərinə tabe ola bilməyənlər, yerinə yetirə bilməyənlər, edə bilmədiyinə görə az da olsa üzülənlər günahkardırlar, çünki Allahü təalanın əmrini bəyənməməzlik etmirlər. Amma belə şey olar, bu yanlış, bu cəfəngiyat, buna ehtiyac yoxdur deyənlər mürtəd olur.

* İndi sənə vəzifə sahibi bir nəfər bir şeyi et deyərsə əməl edərsən. Vəzifəsi yüksəldikcə, yerinə yetirməyin sürətli və diqqətli olacaq. Həmçinin, dinimizin əmr və qadağalarını fərqli yerinə yetirməli, çox sürətli və diqqətli etməlisən. Bir fərq olacaq, çünki Allah və Rəsulu buyurur. Budur, Allahü təala səcdəni əmr etdikdə bunu ilk yerinə yetirən Cəbrayıl oldu. Ona görə də, Cibrili-Əmin oldu. (Ən böyük mələk)

*İman nemətinin şükrü, Hubbi-fillah, buğdi fillahdır. Allah dostlarını sevmək, düşmənlərini sevməməkdir. Allah düşmənlərini sevməməkdir. Bu imanın əsasıdır.

*İnsan bədəni və səhhəti üçün yüz yerdən soruşur, hansı doktor yaxşıdır deyə. Qəssaba getmir, baqqala getmir, mütəxəssis doktora, məşhur xəstəxanaya gedir. Ağıllı olduğu üçün gedir əlbəttə. İnsan, Allah qorusun axirəti üçün təsadüfi adama, təsadüfən çağırana, təsadüfi kitaba vs. necə dinini təslim edə bilər, bu mümkün deyil, bu mümkün deyil, bu mümkün deyil.

*Ən həssas olacağımız nöqtə ölümlə sonrası üçündür. Çünki orda Allah qorusun üçüncü bir yer yoxdur. Ya Cənnət ya Cəhənnəm. Ortası yoxdur..

*Əhli-sünnət alimlərinin kitabları çox dəyərlidir, misli yoxdur. Çünki onlara aid içərisində bir kəlmə yoxdur. Bütün sözləri nəqlə əsaslanır. Özlərinin də, sözlərinin də dəyərli olması buna görədir.

*Böyüklərin sözləri şəfadır, ruzidir. Siz fikir vermirsiniz. Biri oxuyur, “Aa mənim əlacım budur” deyir, digəri “Allah, Allah bu mənim üçündür” deyir. Hər kəs ruzisini beləcə alır.

*Böyüklərin kitablarını oxumaq, sözlərindən danışmaq söhbətdir. Söhbət belə olur, söhbət buna deyilir. Özündən danışmağa illət deyilir.

*Bəziləri, bizə gəlin, biz sizi xilas edərik deyirlər. Belə şey olmaz. Əhli-Sünnət Böyüklərinin kitablarına tabe olaq, birlikdə qurtulaq deyilməlidir. Yol lövhəsi olmağa çalışmaq lazımdır.

*Ölən birini geri göndərsələr, o kimsə mələk olardı, çünki oradakı vəziyyəti gördü, bir daha günah iş görə bilərmi? Bu fürsət sizdə var, ölmədən əvvəl ölün, yəni günah işləməyin, mələk kimi olun.

*İnsanlar nə üçün ölmək istəmirlər? Çünki dünyalarını məmur, axirətlərini xarab edirlər. İnsan məmur edib xarab etdiyi yerə heç getmək istəyərmi?


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину