Facebook Twitter WhatsApp

Həqiqət olmazsa təsvir də olmaz

Hikmət əhli buyurur ki:
*Bu dünya güzgüdəki bir görüntüdür, təsvirdir. Görüntünün ola bilməsi üçün bir həqiqətin olması lazımdır. Həqiqət axirətdir. Məscidlərin həqiqi yeri Cənnətdir, Cənnətin dünyadakı proyeksiyası məscidlərdir. Cənnətin yolu məscidlərdən keçir. Fotoşəklin ola bilməsi üçün bir həqiqətin olması lazımdır. Axirət də bir həqiqət olmasaydı, dünyadakı bu görüntü olmazdı.

*Əgər bir cəmiyyətdə, bir camaatın içərisində, Allahü təalanın sevdiyi, bəyəndiyi, razı olduğu, qəbul etdiyi bir tək insan varsa, Allahü təala o bir insanın hörmətinə hamısını əfv edər. Haqq qapısında, o camaatda əhil və naəhil olanlar bərabərdir.
*Dünyaya dəyər verməyib axirət üçün yaşayanlar, xidmət və ibadətlə məşğul olanlar, son hallarında möhtac olmazlar, unudulmazlar.
*Kim Allah üçündürsə, Allah da onun üçündür. Allahü təalanın rızasını düşünərək hərəkət edənləri, “insanlar nə deyər” deyərək Allahü təalanın rızasından imtina etməyənləri, Allahü təala himayəsinə alar. İnsanların rızasını gözləyib, Rəbbimizin rızasına uymayanların işini isə, insanlara buraxır.
*Sürüdən ayrılan qoyunu qurd qapar. Qurd çobanı olan sürüyə hücum edə bilmir. Sürüdən ayrılan yanar. Peyğəmbər əfəndimiz, “İnsanın qurdu şeytandır” buyurur. Əgər cəmiyyətdən ayrılsaq, ayrı düşsək, bizi də o şeytan qapar. Allahü təala doğru yolda olan bir cəmiyyətin içinə şeytanın girməsini qadağan etmişdir. Bu cəmiyyətin içinə şeytan girə bilməz. Onları poza bilməz, çünki hamısı eyni şeyi düşünür, hamısı eyni şeyləri paylaşırlar. Əgər içlərindən bir nəfər fərqli düşünərsə, fərqli danışarsa, şeytan gedib ona hücum edər. Necə ki, sürüdən ayrılan qoyunu qurd qaparsa, bir cəmiyyətdən ayrı olanı da şeytan qapar. O da artıq o insanlara qarşı pis düşünməyə, tənqid etməyə, yəni müxalifətə başlayar. Müxalifətlə qalsa yenə yaxşıdır, bu dəfə də, bir müddət sonra, hər şeyini borclu olduğu o qapıya düşmən olmağa başlayar. Düşmənliyi elə artar ki; axırda bu düşmənlik din düşmənliyinə çevrilər. Allah mühafizə etsin! Peyğəmbər əfəndimiz buyurur ki:
“Cəmiyyətdə rəhmət vardır, ayrılıqda ilahi əzab vardır”. Beləcə birlik və bərabərlik içərisində olmağın, həm həyat, həm məmat [ölüm] cəhətdən, həm dünya cəhətdən, həm axirət cəhətdən çox faydası vardır. Allahü təala Müsəlmanların birlik və bərabərliyini pozmasın!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину