Facebook Twitter WhatsApp

Mömin, mömin üçün rəhmətdir

Hikmət əhli buyurur ki:
*Mömin möminə şəfadır, rəhmətdir. Ona görə xəstənin ən böyük ehtiyacı bir mömini görməkdir. Peyğəmbər əfəndimiz buyurur ki:

“Məərdə hər kəs qızmar günəş altında yanarkən, əlli min il orada tərləyərkən, yeddi sinif Müsəlman əin kölgəsində kölgələnəcək, onlar üçün əzab qorxusu yoxdur. Bunlardan biri möminin üzünə Allah rızası üçün baxanlardır”.
Möminin simasına Allah üçün baxanlar ərşin kölgəsində kölgələnəcəklər.
Adəm aleyhissəlamdan son fərdə qədər hər kəs məhşərdə toplanacaq. Günəş bir nizə boyda alçalacaq. İnsanlar əlli min axirət ili orada gözləyəcəklər. Mövlana Xalidi Bağdadi həzrətləri buyurur ki:
“Bu məhşər Müsəlman üçün iki rükət namaz qılacaq zaman qədər olacaq və onlar kölgədə olacaqlar, yetər ki, bəli, baş üstə desinlər”.
Böyük şəxslər, “Anasını, atasını incidənə edilən dua qəbul olmaz. Ana-ata duası almayan, bizdən dua istəməsin” buyurmuşlar.

*Qul haqqı çox mühümdir. Axirətdə ən çətin hesab qul haqqıdır. Kişinin evləndiyi xanımı Allahın quludur. Əgər o xanımın haqqına riayət ediləcəksə, o xanım incidilməyəcəksə, onunla yaxşı rəftar ediləcəksə evlənmək olar. Əgər o xanım kölə zənn ediləcəksə, xidmətçi zənn ediləcəksə, evlənmək olmaz, çünki qul haqqıdır. Eyni zamanda axirətdə ər xanımından məsul olacaqdır, xanım ərindən deyil. Buna çox diqqət edilməlidir.
Bir mömin bir din qardaşını gördüyü zaman, baxışımdan, hərəkətimdən inciməsin deyə titrəməsi lazımdır. Münafiqlər, bir-birinin arxasından qeybət edirlər. Möminlər isə, bir-birinin arxasından dua edirlər. Qeybət qul haqqıdır, hərəkətlə halallaşmaq lazımdır. Övladıyla halallaşsa, yenə olmaz. Birbaşa şəxsən özü ilə halallaşacaq!
*Mömin demək, “Əvvəlcə sən, sonra mən” deməkdir.
*Bütün insanlar üç sinifdir:
Birinci sinif - heyvan kimidirlər; “Mənimki mənim, səninki də mənim” deyirlər.
İkinci sinif- “Mənimki mənim, səninki sənin” deyirlər.
Üçüncü sinif isə- “Səninki sənin, mənimki də sənin” deyənlərdir.
*Dünyada ən çətin şey verməkdir. Verməyə alışmaq lazımdır, çünki bir gün ən dəyərli varlığımızı, yəni canımızı verəcəyik. Verməyə alışmayan, canını çətin verər. Səxavətli insan, Rəbbinə qovuşmağı gözləyir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину