Facebook Twitter WhatsApp

Bənzəri tapılmayan yeganə dərman

Hikmət əhli buyurur ki:
Dünyada ən faydalı, maddi və mənəvi baxımdan bənzəri tapılmayan yeganə dərman Qurani-kərimdir. Bilinən-bilinməyən, görünən-görünməyən, maddi-mənəvi hər xəstəliyin, hər dərdin dəvası, şəfası Qurani-kərimdir. Qurani-kərimin hər bir hərfi yüz min dərdən şəfadır.

Müsəlmana niyə bəla gəlir? Bunun müxtəlif cavabı var. İkisi bunlardır:
1- Günahkar Müsəlmanların günahlarına qarşılıq olaraq bəla verir. Bir Müsəlmana nə qədər çox bəla gəlirsə, nə qədər çox sıxıntı gəlirsə, bu o deməkdir ki, axirətdə ona toxunulmayacaq, ondan hesab istənilməyəcəkdir. Hədisi- şərifdə buyurulur ki: “Ümmətimin cəzası dünyada verilir.”
2- 
Ənbiyaya, övliyaya da çox bəla gəlir. Onlara niyə gəlir? Allahü təala onlara bir dərəcə, bir rütbə verəcəyi zaman bəla verir.

Məsələn, Yusif əleyhissalam quyuya atılmasaydı, o yüksək dərəcəyə çata bilməzdi. Ona görə də Allahü təalanın göndərdiklərinə razı olmaq lazımdır.
Çox insanın Allah deməsi Allahü təala üçün deyildir. Onlar beynindəki şeyə Allah deyir. Xəyallarındakı tanrı adına əhkam kəsirlər. Allahın deyil, öz istəklərinin arxasınca gedirlər. Allahü təala, Həbibini tanımadan Ona edilən əməli də, imanı da qəbul etməz. Allahü təala, Həbibimi keçərək, arada o olmadan Mənə gəlməyin, onsuz olan heç bir şeyi qəbul etmərəm, buyurur.
Allahü təala Ona qovuşduracaq hər qapını bağlamış, tək qapını açıq saxlamışdır. Bu tək qapı Peyğəmbər əfəndimizin mübarək qəlbidir. Peyğəmbərlər daxil hər kəs bu qapıdan keçmədikcə Allahü təalanın rızasına qovuşa bilməzlər.
Övliyanın zahiri [xarici görünüşü] cahilin zəhəridir. Cahilin daxildən xəbəri olmadığı üçün xaricə baxır. Övliyaya ağılla, gözlə, qulaqla gedən həlak olar. Müşriklər də belə etmişdilər. Əbu Cəhil Muhamməd əleyhissalama Əbu Talibin yetimi gözüylə baxdı. Əbu Bəkr Siddiq aləmlərin Rəbbinin Həbibi gözüylə baxdı. Ona hər şeyini fəda etdi, hər sözünə, “O söyləyirsə doğrudur”, deyərək tam inandı, siddiq oldu. Peyğəmbərlərdən sonra insanların ən üstünü oldu. Ona görə biri Əbu Cəhil oldu, digəri Əbu Bəkri Siddiq oldu. Bu, nəsib məsələsidir.
Maqnit çınqılı özünə çəkməz, içərisində qiymətli mədən olanı çəkər. Əhli-sünnət alimlərinin kitabları maqnit kimidir. Qəlbində qiymətli mədən olanı çəkər. Qəlbində saman çöpü olanı çəkməz. Böyükləri də çınqıl daşları sevməz. İçərisində qiymətli mədən olanlar sevər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину