Facebook Twitter WhatsApp

Dünyanın qoxusu olsaydı

Hikmət əhli buyurur ki:

Bir şeyi tanımaq üçün, bilmək və görmək, dad bilmək, qoxlamaq, ya da toxunmaq lazımdır. Əgər dünyanın qoxusu olsaydı, qoxlayan aşiqlər ancaq ölüm zamanında ayılardılar.


Ramazanı-şərifdə bir səhifə Qurani-kərim oxuyana, 100 nafilə həcc savabı vardır.


Son nəfəsdə, “Allah” yerinə “xilas et doktor” demək, iflas etdiyinə əlamətdir.


İnsan ya ağlına, ya nəfsinə, ya şeytana, ya da İmam Rəbbani həzrətləri kimi bir böyüyə təslim olur. Böyüklərə təslim olub, qurtulmalıdır. Təslim olundumu, ağla uymaq olmaz. Ya gəmiyə minməməli, ya da mindikdə kapitana təslim olmaq lazımdır!


Bu dünyada aldanan olaq, aldadan deyil. Mən haqlıyam deməyək, mən haqsızam deyək. Mən haqlıyam deyə axirətə saxlasaq, haqsız çıxa bilərik. Bu dünyada hər kəslə halallaşaq. Sən haqlısan deyərək rahat edək. Əsla işimizi axirətə saxlamayaq. Bir kimsə Peyğəmbərlərin ibadətini etsə, halallaşmaq və ya ödəmək surətilə qul haqqından qurtulmadıqca Cənnətə girə bilməz.


Dinli-dinsiz hər kəsə həmişə yaxşılıq edək. Heç yaxşılıq edə bilməsək, gülərüz, şirindil olaq. Şirin dil, gülər üz, həm bizi qoruyan, həm də düşmənimizə belə zərər verməyən, əksinə onu fərəhləndirən çox gözəl bir xasiyyətdir.

 

Bir yerdə olan, həqiqi bir alimə uyan, hər yerə qovuşur. Hər yerdə olan, hamısından faydalanım deyərsə dağılar, itib gedər.

Bu üç xüsusiyyət böyüklər tərəfindən çox bəyənilir:
1- Namazı axsatmamaq, 
2- Ana duası almaq, 
3- Mərhəmətli və səxavətli olmaq.

Mərhəmət səxavətdən, səxavətdən də anadangəlmə olur.

Bir kimsənin gəlib bir yoldaşını şikayət etməsi, böyüklərin ən sevmədiyi şeylərdən biridir.

Peyğəmbər əfəndimiz Meracda ümmətim dediyi üçün, küfrə düşməmiş olan bidət əhli də Cəhənnəmə girib daha sonra Cənnətə girəcəklər.

Bu dünya axirətin tarlasıdır. Bir şey əkmək lazımdır ki, digər tərəfdə biçmək olsun. Əgər bu tarlaya verilən toxum əkilməzsə, toxum yeyilsə və ya zay edilərsə, axirətdə bir şey əldə etmək mümkün olmayacaq, bir şey biçmək olmayacaq, bir şey toplanmayacaq. Bu dünya tarladır. Toxum nədir? Allahü təalanın verdiyi elm, mal, qüvvət, səhhət, iman, ixlasdır. Boşa sərf etməyib bunları bu tarlaya əkən, axirətdə birə min, yüz min, beş yüz min, artıq nə qədər lütf verilərsə, o miqdarda biçəcəkdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину