Facebook Twitter WhatsApp

Şikayət etməyin, səbir edin

* Hikmət əhli buyurur ki:
Böyüklərin yolu sıxıntılıdır. Yoxsulluq olur, xəstəlik olur, zillət olur. İnsanlardan təhqir, hətta zülüm gəlir. Bu bir sünnətdir, böyüklərin yoludur, bu yoldan keçmişdirlər. Bir gün Əshabı-kiramdan bəziləri kədərlərini bildirmək üçün Peyğəmbər əfəndimizin yanına gəldilər. Kafirlərin onlara olan işkəncələri artırdığını ərz etdilər. Peyğəmbərimiz də “Şikayətçi olmayın. Sizdən öncəkilərə də işkəncə edilirdi, onlar şikayətçi olmadılar. Siz də şikayət etməyin, səbir edinbuyurdu. 

* Keçmiş Peyğəmbərlərin ümmətlərinin günah işləyəni az idi. Çünki günah işləyənlər həlak edilirdi. Peyğəmbər əfəndimiz hörmətinə bu ümmət həlak edilmir, günahkarları çoxdur. Günahlardan qurtulmaq üçün bu ümmətə iki nemət verildi:

1)
 Kəlmeyi-təvhid nemətidir. 99 rəhmətin açarı kəlmeyi-təvhiddir. Bütün dünya tərəzinin bir tərəfinə qoyulsa, kəlmeyi-təvhid digər tərəfinə qoyulsa, kəlmeyi-təvhid ağır gələr. Kəlmeyi-təvhidin yanında dünyanın ağırlığı okeanda bir damcı kimi olar. Allahü təalanın qəzəbini söndürən kəlmeyi-təvhiddir. 


2)
 Digər nemət Peyğəmbər əfəndimizin şəfaətidir. 


* Dörd şeyi kiçik olsa da kiçik görməmək lazımdır:
1- Xəstəlik, 
2- Yanğın, 
3- Düşmən, 
4- Zərər.

* Dünyaya mal yığmaq, sahiblənmək üçün gəlmədik. Biz yolçuyuq. Dünya da bir vasitədir, axirətə gedən vasitənin adıdır. Qaldığı otelin otağına sahib çıxana, mindiyi vasitənin oturacağına sahib çıxana gülərlər. Dünyaya sahib çıxan da eyni vəziyyətdədir. 

* İnsan, özü üçün başqasına hirslənərsə, bu nəfsdən qaynaqlanır, bunun faydası deyil zərəri olur. Başqası üçün hirslənərsə, din qeyrətindən olur, bu sözlərin faydası olur. Bir kimsə beynindən söyləyirsə sıxıntı verir, qəlbindən söyləyirsə sevsə də xoş, döysə də xoşdur. Nəfs üçün olarsa qəzəb, qarşısındakına yardım üçün olarsa buna qeyrət deyilir. Qeyrətdən qorxmamaq lazımdır. 

* Bir cəmiyyətdə hər kəs üzərinə düşən vəzifəni etməlidir. Bir bədənin işə yaraması orqanların sağlam işləməyinə bağlıdır. Saatın dişlilərindən birində qüsur varsa saat işləməyəcək, doğru göstərməyəcək. 

* Baş olmaq axirətdə peşmanlıqdır. İdarəçilikdə olanlar, irəlidə olanlar axirətdə əlləri bağlı olaraq millətin qarşısında hesaba çəkiləcəklər. 

* Ağla tabe olmaq heç doğru deyildir, insanı yanıldır. Daima məsləhətləşmək lazımdır. Böyüklər işin əhəmiyyətini başa salmaq üçün, məsləhətləşməyə bir adam tapa bilməsən bir ağaca sarıq sarı, onunla məsləhətləş və qəlbinə gələni et buyurmuşlar.

* Qəza və qədər dəyişməz, ancaq qəbul olan dua bəla gələrkən önləyər. Ona görə də dua almağa çalışmaq lazımdır. 

* Sevin, sevdirin, sevindirin. Sizi də sevərlər, sevdirirlər, sevindirirlər.

* Səxavətlinin yedirdiyi şəfa, simicin yedirdiyi xəstəlik əmələ gətirir. 

* Ağıl, doğru yola qovuşana qədər lazımdır. Qovuşduqdan sonrakı ağıl, ağıl deyil, ağılsızlıqdır. Mövlana həzrətləri, Ustadımı tapdım, ağlımı kənara qoydum və qurtuldum buyurdu.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину