Facebook Twitter WhatsApp

Cənnət dəvətnaməsinin imzası

* Hikmət əhli buyurur ki:
Bəsmələ ilə yeyilən tikələr bədənə şəfadır, bəsmələsiz yeyilən tikələr isə bədəndə mərəz əmələ gətirir. Tikələri Bəsmələ söyləyərək yeyən kimsənin bədəninə şeytan girə bilməz, bəsmələsiz yeyilən tikələrlə birlikdə şeytan da bədənə girir. Böyüklər hər tikədə bəsmələ çəkərdilər.

Bəsmələ 19 hərifdir, Cəhənnəmdə əzab verən mələklərin sayı 19-dur. Cəhənnəmdə əzab verən on doqquz əzab mələyindən qurtulmaq istəyən çoxlu Bəsmələ oxusun. Bəsmələnin hər bir hərfi bir əzab mələyini uzaqlaşdırır. Bəsmələni çox söyləyən Sırat körpüsünü ildırım kimi keçəcək. Allahü təala mömini Cənnətinə qoyacaq və möminə dəvətnamə veriləcək. Cənnət dəvətnaməsinin altında imza olaraq Bəsmələ yazılı olacaq. 

* Səxavətlinin ikramı şəfadır. Xəstə olunduğu zaman səxavətli bir müsəlmanın yeməyini yemək lazımdır.

* Namaz qılarkən hər rükətdə, Əlhamdülillahi rabbil aləmin deyirik, ya Rəbbi mənə namaz qılmağı ehsan etdiyin, nəsib etdiyin və məni hüzuruna qəbul etdiyin üçün Sənə həmd edirəm deməkdir. 

* İnsan nəfsinə nə söyləsə azdır. Onun pisliyini başa salmaq mümkün deyildir. Hər istəyi öz əleyhinədir. Qidası da haramlardır. Bu axmaq məxluqa uyub insanları incitməyək. Qəlb, Allahü təalaya çox yaxındır, onu qırmaq olmaz. O Allahü təalanın qonşusudur. Onu narahat edən Allahü təalanı narahat edər. Hər qəlb yaradılışda İslamiyyətə əlverişlidir. Onu sonra düşmənlər pozub, xəstə etmişdir. Daxili düşmən nəfs, xarici düşmən şeytan və pis insandır. Xəstə qəlbə doğruları qəbul etdirə  bilməzsiniz. Tək əlac bu üç düşməndən qorunmaqdır. Bunu insanın özü bacara bilməz. İmam Rəbbani həzrətləri kimi əhli sünnət alimlərinin kitabları oxunarsa, o böyüklərin xatirinə, hörmətinə şəfa gələr, xəstəliklərdən qorunmuş olarıq. 

* Ticarət həyatında rəqiblərinizi, dünya həyatında düşmənlərinizi zəif bilməyin, demişdirlər.

* Ölümdən qaçmağın faydası olmaz, çünki ondan qurtuluş yoxdur. Haraya gediriksə gedək, getdiyimiz yerdə ölməyəcəyikmi, əlbəttə orada da öləcəyik. Qaçmağı tərk edib, hazırlıq görək. 

* Peyğəmbər əfəndimiz, Ümmətimin əzabı dünyada verilir buyurur. Axirətə bir şey qalmaz. Günahlarımızın qarşılığını bu dünyada ələmlə, kədərlə çəkirik. Nə böyük bir nemətdir! Axirətdəki əzabın yanında, dünyada çəkilən müsibətlər hesaba belə qatılmaz.

* Elm çox dəyərlidir, ancaq mal ilə dəstəklənərsə, daha gözəl olar, çünki elm malla yayılır.

*Alimin mürəkkəbi qiyamət günü şəhidin qanı ilə ölçüləcək, alimin mürəkkəbi ağır gələcəkdir. Yəni hansı mürəkkəblə kitab yazılmış, çap edilmiş, paylanmış, oxunmuşsa, o mürəkkəb ağır gələcəkdir.

* Ən məqbul sədəqə elm öyrətməkdir, ondan sonra elm öyrənməsinə vəsilə olmaqdır. 

* Etiqadı Əhli Sünnət olanlar Cəhənnəmə girməz. 

* Allahü təala, qulum Məndən nə istəyirsə, ona o qapıları açaram, ona o yolu açaram buyurur. Qəlbimizdəki istiqamətin çox böyük əhəmiyyəti var. Haraya yönəldik ona baxaq. Nəyə niyyət etdik, çox yaxşı düşünək.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину