Facebook Twitter WhatsApp

İnsanoğlunun şərəfi elmlədir

Axirətdə hər incinin bir sədəfi vardır. Hər şeyin öz halına görə bir şərəfi, dəyəri vardır. İnsanoğlu da elmə sahib olan bir sədəfdir. Onun şərəfi də elmlədir. Elmi olmayan şəxs cahillik içində qalar, məhəbbət şərbətini içə bilməz, vilayət libasını [övliyalıq paltarını] geyə bilməz. Allahü təala cahili Özünə dost etməz.

Elm çox təkrar və çoxlu müzakirə ilə əldə edilir. Bunun üçün həmçinin az yatmaq və Allahü təalanın yardımını istəmək lazımdır. Aləmlərə rəhmət olan Rəsulullah əfəndimiz buyurur ki: “Gecə vaxtı Allahü təalanın qorxusundan ağlayan gözə atəş toxunmaz.”

Bir kimsə qırx gün Allah üçün ixlasla səhərə qədər oyaq qalsa, hikmət bulaqları zahir olub qəlbindən dilinə axar. Peyğəmbər əfəndimiz, “Mömin, gecə çox ağlayar, gündüz çox təbəssüm edər” buyurdu.

Allahü təalaya elmsiz ibadət edən, dəyirmana bağlı uzunqulaq kimidir. Gün boyu yeriyir, ancaq elə eyni yerdədir. Cahil də belədir. Cəhalətlə Allahü təalaya bir çox ibadət edər, lakin bu ibadəti onun Allah dərgahında yaxınlığını artdırmaz. Qul, ibadətini cəhalətinə görə əmrə uyğun olaraq edə bilməz. Nəticədə boş-boşuna yorulmuş, məşəqqət və zəhmət çəkmiş olar. Bir iş yalnız əmr edildiyi şəkildə görülərsə, ibadət olar. Bu da yalnız elmlə bilinir. Peyğəmbər əfəndimiz, “Elm öyrənmək, qadın-kişi, hər Müsəlmana fərzdir” buyurdu. Bu, sahibinin imanını, təvhidini, əməlini səhih qılan, mütləq bilməsi lazım olan elm, yəni elmi-hal bilgisidir. İnsanı təvhidə, doğru imana, yəni Əhli-sünnət etiqadına çatdırmayan hər elm batildir. Bu səbəblə ibadətləri yalnız elmlə doğru etmək mümkündür.

İbadətlərdən ləzzət ala bilməməyin səbəblərindən biri də haram və şübhəli yeməklərdir. Əgər yeyilən tikə haram və ya şübhəlidirsə, ondan tamah, şəhvət, həsəd, düşmənlik və riya əmələ gələr. Şübhəli yeyən şəxs Allahü təalaya gedən yolu doğru olaraq tapa bilməz. Haram yeyənə isə o yol bağlanır. İsraf edənin də qəlbi qaralır. Allahü təaladan qafil olaraq yeyənin isə qəlbinə kisvət gəlir, ömür boyu etdikləri boşa gedər.

Şükür, neməti bilməyin adıdır, çünki şükür, neməti verəni bilməyə aparır. Buna görədir ki, Qurani-kərimdə İslam və imana şükür adı verilmişdir.

Biz, Allahü təalaya qulluq üçün, ibadət etmək üçün yaradıldıq.
İki xasiyyət mömində bir yerdə ola bilməz; simiclik və pis əxlaq.

Səbrin əlaməti; şikayəti tərk etmək, müsibət və sıxıntıları gizləməkdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину