Facebook Twitter WhatsApp

Yalnız bu ümmətə məxsus beş xüsusiyyət

Ramazanı-şərif on iki ayın ən qiymətlisidir. Peyğəmbər əfəndimiz buyurdu ki: 
Ramazan gəldikdə Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır, şeytanlar bağlanır.”

Ramazan çox qiymətli bir aydır. Digər fəzilətlərilə yanaşı, o ayın içində olan Qədir gecəsi min aya bərabərdir. Bir ömür boyu ibadət savabı var, həm də günahsız olaraq. 

Bu ayda oruc tutmağı Allahü təala əmr etdi, təravih qılmaq sünnət oldu. Ramazan - yanmaq deməkdir. O ay oruc tutanların, tövbə edənlərin günahlarını yandırır. Bu ayda hər tərəfdə xeyir, həsənət, bolluq, bərəkət yayılır. Bu ay səbir ayıdır. Kim səbr edərsə, Allahü təala Cənnət nəsib edəcək. Əgər o ay vəzifəlilər, müdirlər oruc tutanlara asanlıq göstərərsə, onları əzabdan qoruyar. 

Bu ay küsülülər barışmalı, hər kəs bir-birini ziyarət etməlidir. Bu ayda çox az bir yaxşılıq edən başqa aylarda fərz əməl etmiş kimi əcir alır. Bir fərz ibadəti edən, yetmiş fərz savabı alır, ümumiyyətlə bu ay bir fürsət ayıdır, hər gecəsi və saniyəsi çox dəyərlidir. Oruc, Allahın əmridir, fərzdir, mən bunun savabına qovuşmaq istəyirəm deyilərsə, savab alınar, yoxsa pəhriz saxlamaq üçün, mədə, qaraciyər dincəlsin deyə, yəni dünyəvi bir məqsədlə oruc tutularsa, vəd olunan əcirlərə, savablara qovuşmaq mümkün olmaz. Bunun bir əmr və ibadət olduğunu bilməli və bu ibadətin savabını istəməlidir. Bu ayda kəlmeyi-şəhadəti çox söyləmək lazımdır. Fürsət tapdıqca Allahü təalaya əl açıb, “ya Rəbb, məni əfv et”, demək lazımdır. İnsanın əl açıb Cənabı Allahdan bir şey istəməsi həm təkəbbürü qırır, həm də onsuz da ibadət bu deməkdir. Yəni yazıqlığını, acizliyini ərz etməkdir. 

Allahü təala bu ayda bir orucluya iftar verənin axirətini mühafizə edər. Bir də oruclu nə qədər savab qazandısa, o qədər da iftar verənə savab verir. Əshabı-kiram dedilər ki, Ya Rəsulallah, hər birimiz, hər kəsə iftar verəcək qədər zəngin deyilik, o qədər pulumuz yoxdur. Peyğəmbər əfəndimiz buyurdu ki, bir stəkan su verin, bir xurma verin, yarım stəkan süd verin, yenə bu savaba qovuşun. Bu ayda orucluya su verən qiyamətdə heç susuzluq çəkməyəcəkdir. 

Peyğəmbər əfəndimiz yenə buyurur ki: 
“Allahü təala mənim ümmətimə Ramazanı-şərifdə beş şey ehsan edir ki, bunları heç bir Peyğəmbərin ümmətinə verməmişdir:

1- Ramazanın birinci gecəsində oruca qalxana, Allahü təala rəhmətlə nəzər edər. Rəhmətlə nəzər etdiyi qul artıq rəhmətə qovuşmuşdur, heç bir qorxu yoxdur.
2- İftar zamanında oruclunun ağız qoxusu Allahü təalaya hər qoxudan daha gözəl gəlir.
3- Mələklər Ramazanın hər gecə və gündüzündə, oruc tutanların bağışlanması üçün dua edirlər. Mələklər günahsız olduğu üçün duaları qəbul olur.
4- Allahü təala oruc tutanlara məxsus olaraq Cənnətdə bir saray ehsan edəcək.
5- Ramazanı-şərifin son günü, oruc tutan möminlərin hamısını bağışlayır.” 

İki yoldaşdan biri şəhid düşür, digəri bir neçə il sonra vəfat edir. Bir neçə il sonra vəfat edən, şəhiddən daha yüksək dərəcədə olur. Hikməti maraqlıdır; Ya Rəbb, bu şəhid, bu da normal vəfat etdi, amma bir neçə il sonra? “Onun üzərindən üç Ramazan keçdi” cavabı verilir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину