Facebook Twitter WhatsApp

Bizi də özü ilə birlikdə aparar

Hikmət əhli buyurur ki:
Dünyada ən çətin şey din kitabı yazmaqdır, çünki yazdığımız o kitabla oxuyan ya Cənnətə və ya Cəhənnəmə gedəcək. Birincisi necə də yaxşı, ikincisi necə də pisdir. Ona görə biz də çox diqqət etməliyik. Bizim üzümüzdən heç kim Cəhənnəmə getməməlidir, yoxsa bizi də özü ilə birlikdə aparar, ibadətlərimiz bizə fayda verməz.


Alim olan bu qorxudan özündən heç bir şey danışmaz. Hər şeyi böyük İslam alimlərinin kitablarından götürər, yəni nəql edər. Belə olduqda da dəyərli olar. Nəqli əsas alan kitabların, məsələn Fətavayı-Hindiyyənin, İbni Abidinin çox dəyərli olmaları bundan ötrüdür.

Bir şey öyrənmək üçün çox kitab oxuyan, əgər bir mürşidi- kamilə qovuşa bilməyibsə, mütləq azacaqdır, çünki hamısı fərqli-fərqli rəvayətləri götürüblər. Onda elə yazır, digərində belə yazır. Bir də hər kitab öz dövrünə görə yazılmışdır.

Bir mürşidi görən kimsə, nə qədər çox kitab oxuyursa oxusun, yolunu azmaz, çünki mürşidi ona minalı yerləri göstərmişdir, onların üstünə basmayacaq. Ona da mürşidi göstərmişdir, mürşidinə də mürşidi göstərmişdir. Bu silsilə Peyğəmbər əfəndimizə qədər gedir.

Təsadüfi kitablardan oxuyaraq öyrənilən biliklər, doğru da olsa unudulur, amma böyüklərdən eşidərək öyrənilənlər unudulmaz. Ona görə də Peyğəmbər əfəndimiz, “Elm üstaddan öyrənilməlidir buyurdu.

Əmir çalışmayıb oturarsa, əmri altındakılar yatar. Hər kəs başa baxır. Osmanlı padşahları ordunun başında ikən zəfərdən zəfərə nail oldular. Nə vaxt ki, saraydan idarə etməyə başladılar, artıq olanlar oldu.

Allahü təala tənbəli, boş duranı sevməz.

Bir gün daha bitdi. Bu o deməkdir ki, bir gün daha ölümə yaxınlaşdıq.

Bir tələbə, bir din məsələsi öyrənmək üçün dərsə gedərkən, hər addımına savab yazılar. Mələklər qanadlarını onun yoluna sərərlər. Səmadakı quşlar, yerdəki heyvanlar, dənizdəki balıqlar onlar üçün dua və istiğfar edərlər. Bu, öyrənmək üçündür. Əgər öyrətmək üçün olarsa, onun qat-qat savabı olar.

Böyüklərin həqiqi tələbəsi, ustadını ilk tanıdığında necədirsə, sonunda da elə olur. Ədəb və təvazödən heç bir şey itirməz.

Allah üçün xidmət etmək, almaq üzərində deyil, vermək üzərində qurulmuşdur. Verməkdə məhəbbət, almaqda düşmənlik vardır. Verən əl, alan əldən dəyərlidir.

Hər kəslə anlayacağı şəkildə danışmaq, hər kəsə qarşı gülərüz və şirindil olmaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину