Facebook Twitter WhatsApp

İnsanların ən pisi

Hikmət əhli buyurur ki:
İnsanların ən pisi, din libası altında dünya mənfəəti əldə edəndir.

Qəlbində Allah qorxusu çox az olan, dünya sevgisi olan, haramlardan çəkinməyən adam, alim olduğunu söyləyərsə təəccüb edilər. Elmi ilə əməl etməyənə alim deyilməz.

Qul, məhəbbət məqamına Allahü təalanın dostlarına dost, düşmənlərinə düşmən olmaqla qovuşar.

Əməllərin ən üstünü, doğru əməl işləmək, sünnət üzrə xidmətə davam etməkdir.

Qəlbin Allahü təaladan başqasına meyil etməsi, Allahü təalanın əzabını tezləşdirər.

Etdiyi əməllərin, özünü Cəhənnəm əzabından qurtarıb, Allahü təalanın rizasına qovuşduracağını zənn edən kimsə böyük səhv etmişdir. Allahü təalanın fadlı və ehsanıyla qurtula biləcəyini düşünən kəsi, Allahü təala riza məqamlarının ən sonuna çatdırar. (fadl – ehsan,  lütf, əfv)

Tövhidin əsası üç şeydir:
1- Allahü təalanı Rəbb olaraq tanımaq,
2- Onu bir olaraq iqrar etmək,
3- Ona heç bir şeyi ortaq qoşmamaq.

Etiqadı doğru olduqda, Allahü təalanın ruziyə zamin olduğuna inanan və əmr etdiyi ibadətləri ixlasla və doğru olaraq yerinə yetirən kəs, övliya olar.

Allahü təalanın yardımı ilə nəfsinin arzularına uymayan kimsə, havada uçan və su üzərində yeriyən kimsədən daha üstündür.

Kim gündüzünü Allahü təalanı xatırlayaraq, yəni dinə uyaraq keçirərsə, bütün gün zikr etmişlərdən sayılar.

 

Ədəb nədir?

Çox elmdən daha artıq, az da olsa, ədəbə möhtac olduğunu bilmək çox dəyərlidir. Ədəb, insanın nəfsini bilməsi, tanımasıdır.

Alimləri saymayanların axirəti, idarəçiləri saymayanların dünyası, dostlarını saymayanların mürüvvəti çökər.

Müstəhəbləri əda etməkdə səhlənkar olmaq, sünnətləri əda etməkdə səhlənkarlığa səbəb olar. Sünnətləri əda etməkdə səhlənkar olmaq, fərzlərin ədasını çətinləşdirər. Fərzlərdə səhlənkarlıq edən də mərifətə, Allahü təalanın rizasına qovuşa bilməz. Fərzləri tərk edənin də, küfrə düşməsindən qorxulur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину