Facebook Twitter WhatsApp

Ayrılıq olmayan gün

Hikmət əhli buyurur ki:
Əməli qısa olanın halı budur:

O, yediyi hər yeməyin son yeməyi olacağını, qıldığı namazın son namaz olduğunu, yığdığı dünyalıqların da ancaq başqalarına yarayacağını bilir.

Əksini düşünən uzun əməllidir. İnsanın uzun əməlli olması, axirət işlərini təxirə salmağa, gecikdirməyə səbəb olur. Beləliklə, yaxınlaşmaqda olan ölümü unudur. Gözləmədiyi bir anda ölüm onu yaxalayır, ancaq iş işdən keçmişdir. Cəhənnəmliklərin çoxunun çəkdiyi cəza, bugünkü işi sabaha saxlamalarındandır. Peşman olmamaq üçün ölümü heç vaxt unutmamalı, bugünkü axirət işini sabaha qoymamalı, könlünü dünyaya bağlamamalı, bunların hamısının müvəqqəti olduğunu düşünməliyik. (Kimi və nəyi sevirsən sev, sonda ondan ayrılacaqsan) hədisi-şərifini unutmamalı, heç ayrılıq olmayan gün üçün hazırlanmalıyıq.

Əhli-sünnət alimlərinin üç xüsusiyyəti vardır:
1- Xocalarını çox sevərlər və qovuşduqları maddi-mənəvi hər neməti, xocalarının bərəkəti bilirlər.
2- Vaxtlarını tam istifadə edirlər, hər şeyi vaxtında edirlər. (Hələkəl-müsəvvifun = Xeyirli işlərinizi dərhal edin, sabaha saxlamayın) hədisi-şərifinə çox riayət edirlər. Onların lüğətlərində “sonra edərəm” düşüncəsi yoxdur.
3- Vəfalı olurlar. 50 il əvvəl onlara çay verən bir xidmətçini də unutmayıb ona həmişə dua edərlər.

Böyük şəxslərin müvəffəq olması bu 3 xüsusiyyətləri sayəsində olmuşdur:
1- Heç kim haqqında pislik düşünə bilməzlər. Hüceyrələrində pislik düşüncəsi yoxdur.
2- Hər vəziyyətdə səbir edərlər.
3- Şirindil və gülərüz olurlar. Gülər üz, şirin dil atom bombasından daha təsirli olub, əsrimizdəki ən təsirli silahdır.

Dərd-bəla gəlməsinin iki səbəbi vardır: Ya Allahü təala qəzəb edib, verdiyi çeşidli nemətləri əldən alır və ya bəla günahlara kəffarə olur.

Təqdiri-ilahi bilinməz. Biz, bizə düşəni edək, yəni tövbə edək. Tövbənin qəbulunun 3 şərti var:
1- Günahını qəbul etmək,
2- Kədərlənib, peşman olmaq,
3- Bir daha işləməməyə qərar vermək.