Facebook Twitter WhatsApp

Qəlb qırmaqdan çəkinmək lazımdır

Hikmət əhli buyurur ki:
Möminin qurtulmasının ən kəsə yolu möminin duasını almaqdır. Möminin duası, Allahü təalanın rızasına qovuşmağa səbəb olan ən kəsə yoldur. Allah qorusun, bəs bədduası? İstər kafir olsun, istər mömin olsun, istər münafiq olsun, istər fasiq olsun, kim olur olsun qəlb qırmaq olmaz. Küfürdən sonra ən böyük günah qəlb qırmaqdır. Kəbəni dağıtmaqdan daha böyük günahdır. Yaxşılıq etmək çox yaxşıdır, amma fərz deyildir. Pislik etməmək isə fərzdir. Heç kimə pislik etməmək lazımdır. Yaxşılıq edən yaxşılıq tapar. Pislik edən, o pislikdə boğular.


Mömin, əlindən və dilindən əmin olunan kimsədir. Mömin pislik edə bilməz, çünki bu, möminin tərifinə uyğun gəlməz.

Bir duanın qəbul olma ehtimalı çox çətindir, çünki bir çox şərtləri vardır. Məsələn:
1- Duaya Əuzü Bəsmələ ilə, Allahü təalaya həmdü-səna və Rəsuluna salatü-salamla və İsmi azam olaraq bildirilən duaları oxuyaraq başlamaq və salavatı-şərifəylə bitirmək lazımdır.
2- Fərzləri yerinə yetirib haramlardan, bidətlərdən çəkinmək, halal yeyib-içmək lazımdır.
3- Tələsmədən, qəbul olana qədər yalvararaq dua etmək lazımdır. Qəflətdən uzaq, şüurla dua etməliyik. Hədisi-şərifdə, (Qəflətlə edilən dua qəbul olmaz) buyuruldu.
4- Cümə günü və səhər vaxtı kimi qiymətli vaxtları izləmək lazımdır.
5- Xəstəlikdə, ailə və vətəndən uzaq, qərib olan zaman, yağış yağarkən, orucluykən kimi, duanın qəbul olacağı halları fürsət bilməliyik.

Məzlumun bədduasının qəbul olması üçün heç bir şərt yoxdur. O anda qəbul ola bilər. Ona görə də heç kimlə çəkişməmək, zalım vəziyyətinə düşməmək lazımdır. Edilən bəddua elə bir saata təsadüf edə bilər ki, elə bir pərdə açılar ki, həmin vaxt insanın yeddi sülaləsinə təsir edə bilər.

Möminin üzünə Allah rizası üçün baxanın günahları əfv olar. Kimin nə olduğu bəlli olmaz. Böyüklərin, (Hər gələni Xızır, hər gecəni Qədir bil) sözü məşhurdur. Buna uyğun hərəkət etməli, heç kimin qəlbini qırmamalı, hər möminin duasını almağa çalışmalıyıq.

Allahü təalanın bizə necə davranmasını istəyiriksə, biz də Onun qullarına o cür davranaq.

Mal-mülk hər zaman və ya hər kəsə xeyir gətirməz. Allah mühafizə etsin, çox nemət sahibinin malı, pulu həkimə, dərmana gedir. Yəni o malının xeyrini görə bilmir. Hər zaman xeyirlisini istəmək lazımdır. İnsan mal-mülk sahibi ola bilər, lakin Allah deməyə vaxt tapa bilmirsə nəyə yarar ki?

İmam Qazali həzrətləri, (Bir insana ediləcək ən böyük bəddua bu üç şeydir: Ya Rəbbi, buna çox ömür ver, çox səhhət və çox pul ver) buyurur; çünki hər kəsin arxasından qaçdığı bu nemətlər o kimsənin Allah deməsini çətinləşdirir. Ona görə də, əgər bəzi sıxıntılar varsa, üsyan etməməliyik. Dərman həmişə şirin olmaz. Allah bunların əskikliyini göstərməsin, hamısı bizə Allahü təalanın bir şəfqəti və mərhəmətidir. Bunlar acıyla örtülmüş baldır, şəfalı dərmandır. Dünya isə üstü şirinlə örtülmüş, içi zəhər olan bir şeydir. Onun dadına qapılanlar, onun dadına vurulanlar fəlakətə gedərlər. Axirətə sahib olanlar isə acı şəkəri, acı dərmanı yeyərlər, Allaha şükür edərlər və bu acılar ona şəfa olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину