Facebook Twitter WhatsApp

Xanım, kölə deyil, sultandır

* Hüquq, ilahi hüquqdur. Nikahdan sonra bir haqq təşəkkül edir, bu hüquqa riayət edə bilməyənlər evlənməməlidirlər. Din kitablarımızda qadın haqqı geniş olaraq yazılmışdır. Onları hər kəs oxumalıdır. Evlənəcək olan gənclər çox diqqət etməlidirlər. Xanım evdə kölə, xidmətçi deyil, sultandır! 

* Xanımını incidənin, məhşərdə şikayətçisi Peyğəmbər əfəndimizdir (sallallahü əleyhi və səlləm).

* Böyüklərin qəlbini qıran məhv olmuşdur. Xocasının qəlbini qırmağın fəlakəti o qədər böyükdür ki, yeddi qat göylərdən düşsə, bu qədər pis ola bilməz. Xocasının qəlbini qıran yeddi qat göylərdən düşsə, daha az ağrı çəkər.

* Bir gün əshabı-kiramdan biri gəlib, “Ya Rəsulallah, ən üstün ibadət nədir?” deyə soruşdu. Gözəl əxlaqlı olmaqdır, buyurdu. Gələn şəxs eyni məclisdə fasiləylə dörd-beş dəfə eyni sualı verdi. Peyğəmbər əfəndimiz hər dəfəsində eyni cavabı verdi, sonuncusunda əlavə olaraq buyurdu ki: “Gözəl əxlaqlı olmaq, hirslənməməkdir.”

* Axır zamanın cihadı fitnə çıxarmamaqdır. 

* Ana-ata bir övladından razı olarsa, Allahü təala da ondan razı olar. Ananızın, atanızın, böyüklərinizin duasını alın. Dua, minik vasitəsinin yanacağı kimidir. Yanacaq olmadıqda, avtomobil vasitəsi gedə bilməz. Ona görə də duaya inanmayan yarı yolda qalar. Bir addım irəli gedə bilməz. Siz, siz olun, qarışqaya da, sevdiklərinizə də, hər kəsə də yaxşılıq edin, müsəlmanların duasını alın. 

* Bir möminə bir fincan su verənin, qul haqqı xaric bütün günahları bağışlanır. 

* Bir kimsə övliya olsa, pozğun biri ilə yoldaşlıq edərsə, özü də pozulacaq. İslamiyyət, yaxşı dost seçmək dinidir. Hətta yaxşı iş, yaxşı həyat yoldaşı seçmək dinidir. İnsan axirətdə sevdiyi ilə birlikdə olacaq.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину