Facebook Twitter WhatsApp

İkisi əmanətdir, biri onundur

 Hikmət əhli buyurur ki:
* İnsanda yaradılan bu üç şeydən ikisi əmanətdir, biri onundur;

Birincisi:
 Ruhdur. İnsan ana bətnində 120 günlük olarkən ruh bədənə gəlir və ana bətnində hərəkət etməyə başlayır. Sonra öldükdə, ruh bədəndən çıxır və gəldiyi yerə gedir. Bunlara onun heç bir müdaxiləsi yoxdur. Deməli, bu ruh onun deyildir. 


İkincisi:
 Bədəndir. Doğulur, yaşayır, böyüyür və ölür. Öldükdən sonra torpaq altında bir çox heyvan tərəfindən yeyilir, görünən-görünməyən. Çünki torpaq altında bakteriyalar da vardır. Bədən də itir, yoxa çıxır. Buna da onun bir müdaxiləsi ola bilməz, demək ki, bu bədən də onun deyil. Bu da Cənabı Haqqın ondakı bir əmanətidir.


Üçüncüsü:
 İnsanın bu dünyada etdiyi yaxşı və pis işlərdir. Onlar yox olmurlar, insanla birlikdə mizanın başına gəlirlər. Demək ki, sadəcə dünyada etdikləri onundur.


* İnsandakı qabiliyyət mühümdür, ancaq harada və nə üçün istifadə etməsi vacibdir. Bu qabiliyyət ona nemət vəsiləsimi, yoxsa əzab vəsiləsimi olacaq, onu nəzərə alaraq düşünüb hərəkət etməlidir. Xəttab oğlu Ömər də müsəlman olmadan əvvəl çox qabiliyyətli idi. Müsəlman oldu, Həzrəti Ömər oldu. Xidmətləri məlumdur. Peyğəmbərlərdən sonra insanların üstünlükdə ikincisi oldu. Əbu Cəhil də elə qabiliyyətli idi, müsəlman olsaydı Həzrəti Ömər kimi olardı. Ancaq bu qabiliyyətini şər işdə istifadə etdi, Cəhənnəmin dibinə getdi. 

* Həyat səhrada əsən bir yel kimi gəlib keçir. Bu qısa həyatda zalımın zülmü də bir yel kimi gəlib keçir. Lakin məzlumun ahı keçməz, onlar qalır. Qiyamətə qədər də qalacaq. Ona görə də bu dünyada ikən halallaşmaq, mən səndən haqqımı o biri dünyada alacam deməmək lazımdır. Orada hesablar elə tərs dönər ki, çaşıb qalarsınız.

* Dinə uyğun yaşamaq və dinə xidmət etmək üçün dünyalıq istənməlidir. Dünyalıq, başqa bir şey üçün istənməməlidir.

* Xanımınıza çox yaxşı davranmalısınız, çünki onun haqqı çox keçir. Onunla davamlı halallaşmaq lazımdır. 

* Bir kimsə, kərimlərin qapısını ixlasla, israrla döyərsə qapı açılar. 

* Allah Rəsulunda fani olmaq, onu çox sevmək lazım olduğu kimi, Onun varislərində də fani olmaq lazımdır. Varislərinə edilən hər şey Rəsulullaha gedir. Buna görə diqqət etmək və qorxmaq lazımdır. 

* Cənabı Haqq beş vaxt namazın hər bir vaxtı qılındığında, bir öncəki vaxtdan etibarən işlənən günahları silir. Hər Cümə bir öncəki Cümədən etibarən işlənən günahlara kəffarə olur və hər Ramazan da bir öncəki Ramazandan etibarən işlənən günahları yox edir. Çünki Allahü təala bağışlamağı çox sevir.

* Böyüklərin kəlamı şəfadır. 

* İmam Rəbbani həzrətləri buyurur ki:
İnsan möhtac olduğu şeyə bağlanır. Pula möhtacdırsa pula, mala möhtacdırsa mala, şəfaətə, ehsana möhtacdırsa Böyüklərə bağlanır.

* Fitnədən çox çəkinmək lazımdır. Fitnə ehtimalı varsa, faydalı da olsa, yenə də danışmamalı, bir şey deməməlidir. Fitnə çıxarsa, zərəri çox böyük olur.

* Ən çətin şey, insanları idarə etməkdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину