Facebook Twitter WhatsApp

Müsəlman həsrəti çəkilən insandır

* Müsəlman demək, həsrəti çəkilən insan deməkdir. Bir kimsənin həsrəti çəkilmirsə, son nəfəsdə imanı təhlükədədir. 

* Bir müsəlman, bir müsəlmanın yanına, hər hansı bir iş üçün, rahat gedə bilmirsə, çəkinərək gedirsə, o çəkinilən müsəlmanın son nəfəsi qorxuludur.

* Gözəl əxlaq heç kimə yük olmamaq, ancaq hamının yükünü çəkməkdir.

* Özünü bəyənməyən, haramlardan çəkinənin qabına rəhmət dolmağa başlayar, ixlası artar, istifadə etməyə başlayar. Bu istifadənin hasil olub-olmadığı, heç kimə yük olmayıb, hamının yükünü çəkməyə başlaması ilə anlaşılır.

* Hər kəsdə şef olmaq arzusu vardır. Bu insanın təbiətində vardır. Bu hal yalnız üzü axirətə dönük olanlarda olmur.

* Gülərüz olmayan adamın, insanların inamını, sevgisini qazanmağı çətindir. Səxavətli olmayan, verməkdən xoşu gəlməyən, insanların sevgisini qazana bilməz. Sırf Allah rizasını güdməyənin, gördüyü xidmətlərdə insanlardan təqdir və ya maddi bir qarşılıq gözləyənin ixlası zədələnir. Allahü təala da ixlassız adamı müvəffəq etmir.

* Nəfsə tabe olmaq, pis yoldaşlarla oturub-durmaq sıxıntı verir. Səadəti-əbədiyyəyə qovuşmaq üçün çox əngəllər var. Ən böyük əngəl, ağla, nəfsə tabe olmaqdır. 

* İnsan, ölümə hazırlaşarsa, xasiyyəti gözəl olar. Ölümü xatırlatmaq, mömin üçün müjdəli xəbər kimidir. 

* Ölümü unudub, çox yaşamaq arzusuna qapılan, üç şeyə həsrət gedər. Yığdığına doymaz, umduğuna qovuşmaz. Axirət səfəri üçün kifayət qədər hazırlıq görə bilməz.

* Heç vaxt, heç bir şəkildə, halınızdan şikayətçi olmayın. Həmişə şükür edici olun. Betərin betəri vardır.

* Mərdlik, hamıyla yaxşı yola getməkdir.

* Hər kəsə yaxşılıq edə bilmərik, ancaq heç kimə pislik etməyə haqqımız yoxdur.

* Mömin qardaşınızın duasını almağa çalışın. Qurtuluşun onun duasında ola biləcəyini unutmayın.

* Müvəffəqiyyətin sirri, gülər üz, şirin dil və gözəl siyasətdir. Gözəl siyasət, hər kəsin məmnun olması deməkdir. Sevgi yaxınlıq istər, qaçan məhrum qalar, gözdən iraq olan könüldən də iraq olar. Özünü sevəni başqası sevməz. 

* Qeybət ailəni parçalayar, cəmiyyəti çökdürər, fəlakətə aparar. Zinadan daha böyük günah olduğu halda, çox asan işlənən bir günahdır.

* Hamıya sıxıntı verən təkəbbürlülərdir. Hamıdan şikayət etməsi təkəbbüründəndir. Təvazökar, ölmüş adam deməkdir. Ölü heç kimdən şikayət etməz, ölünü şikayət edən olmaz. 

* Qəzəbləndiyiniz zaman bir kəfən düzəldin.

* (Nəfsini bilən Rəbbini bilər) hədisi-şərifinin sirrinə agah olan, nəfsini küçədə gördüyü köpəkdən də alçaq hesab edər.

* Hər sıxıntıya səbəb, günah işləməkdir. 

* Ən böyük günah, günahı bilməməkdir. Ondan böyük günah, günahı ibadət olaraq etməkdir.

* Müvəffəqiyyətli olmaq və axirətdə də bu müvəffəqiyyətinin faydasını görmək istəyən, namazlarını axsatmayıb iki şeyi etsin; Səbir etsin, ixlaslı olsun.