Facebook Twitter WhatsApp

Möminin tək qayəsi vardır

* Bir möminin tək qayəsi vardır: son nəfəsdə imanla ölməkdir. Bundan başqa işi özünə dərd edəni Allahü təala heç bir zaman dərdlərdən qurtarmaz. Yağış kimi üzərinə yağar.

* Qiyamətdə hər kəs ağlayacaqdır, ancaq Allah qorxusundan ağlayan kimsə qiyamətdə ağlamaz.

* İmam Qazali həzrətləri çox gənc yaşda vəfat ediblər, ömrünün hər gününə 18 səhifəlik əsər düşür. Vəfatında son nəsihətini soruşurlar: ixlas, ixlas, ixlas... buyurur.

* Suyu görürsünüz, suyu sevməyən yoxdur. Hər kəs istifadə edir və sevir, müsəlman, kafir, hətta heyvanlar sevir. Müsəlman da su kimi olmalıdır - hər kəs tərəfindən sevilən və axtarılan.

* Heç kim heç kimin ruzisini yeyə bilməz, heç kim də ruzisini yemədən ölməz. Belə bir həqiqət var ikən rizqdən şübhə etmək, narahat olmaq əbəsdir. 

* Dünyada göyərçin yuvası boyda məscid tikənə axirətdə köşklər veriləcək.

* İnsan harda olursa olsun, nəfəslər yavaş-yavaş keçir… Bu həyatı durdura bilməzsiniz… Bu axan həyat, axirətə faydalı olmalıdır. Əgər bir insanın niyyəti; hansı işdə olursa olsun, istər dünya, istərsə axirət, Allah rizasıdırsa, onun dünyası da axirət, axirəti də axirətdir… Əgər niyyəti Allahü təalanın rizası deyildirsə, öldükdən sonrası deyildirsə, dünyası da dünya, axirəti də dünyadır... Yəni nə qədər ibadət edərsə etsin, əgər onun niyyəti Allahü təalanın rizası deyildirsə, öldükdə hamısı burada qalacaq, digər tərəfə heç bir şey getməyəcəkdir.

* Yolunu azmış bir müsəlmanı doğru yola çevirmək, on kafirin imana gəlməsindən daha savabdır. 

* Müşriklərin iman etməməsinin iki səbəbi vardır, təkəbbür və inad.

* Təkəbbür insanı küfrə qədər sürükləyən bir yoldur. Təkəbbür hər cins yaxşılığa manedir.
* Hər şeyin bir əlaməti vardır. Doğulmaq ölməyin əlamətidir. Vaxt çox dəyərlidir.

* Bir oğru, oğluna etdiyi oğurluqlardan danışırmış, demiş ki, bax bu atın üstündə duran adamın atını 40 dəfə oğurlamışam, amma mən yenə aşağıdayam, o yenə atın üstündədir. 

* Müsəlmanın hər danışdığı doğru olmalıdır, amma hər doğru olanı danışmamalıdır. Çünki doğrular əmanətdir, əmanət əhlinə verilməlidir. 

* Həmişə müsbət danışın, heç vaxt mənfi danışmayın, düşəcəksən deməyin, inşallah yaxşı olacaqsan deyin, xəstə olacaqsan deməyin.

* Bir böyükdən soruşublar, bəzi müsəlmanlar o qədər pis yaşamağına baxmayaraq, o qədər gözəl ölürlər ki, niyə belədir? Buyurublar ki, başqaları onları o qədər qeybət edir, günahları yüklənir ki, günahsız hala düşürlər...