Facebook Twitter WhatsApp

Malı zərərdən qorumağın əlacı

* Qəzəb və kin gözləri kor edər, həqiqətləri görməz olar.
* Alim ölsə də yaşayar, cahil isə yaşayarkən də ölüdür.
* Söz gəzdirmək, yəni dedi-qodu etmək əmanətə xəyanət etməkdir.
* Bu dünya çalışma yeridir. Qarşılığının alınacağı yer, axirətdir.
* İnsanların sözlərinə deyil, işlərinə bax! Hər kəsin sözünə aldanma!
* Təkəbbür olan qəlbdə Allah qorxusu olmaz.
* Cəhənnəmliklərin əməllərini işləyib, sonra da Cənnəti istəmək böyük axmaqlıqdır.
* Qəlbində şöhrət sevgisi olanın doğrunu tapması çox çətindir.
* Malı zərərdən qorumağın əlacı zəkatını verməkdir.
* Xeyirli şəxs ailə və övladına faydalı olan şəxsdir.
* Gözəl əxlaq, başqalarına əziyyət etməmək və çətinliklərə qatlanmaqdır.
* Pis əxlaq, Allahü təalaya qarşı üsyan və müxalifət etməkdir.
* Təvəkkül, bütün işlərində Allahü təalaya təslim olmaq, başa gələn hər şeyi Ondan bilib, qatlana bilməkdir.
* Müsəlman bir qadın uşağını əmizdirdiyi müddətdə Allah yolunda cihad edənlərə bərabərdir.
* Qonağa ən yaxşı ikram gülər üz və şirin dildir.
* Başqasına əl açacaq vəziyyətə düşmək müsəlman adama yaraşmaz.
* İbadətlərin hamısını özündə cəm edən və Allaha çox yaxınlaşdıran şey namazdır.
* Nemətlərin ən yaxşısı çalışaraq qazanılanıdır.
* Mən filankəsin oğluyam demək insanı ucaltmaz.
* Hər binanın bir təməli vardır. İslam binasının təməli də gözəl əxlaqdır.
* Kamil insan tərifləndikdə və pisləndikdə halı dəyişməyən insandır.
* Üzərinə fərz olan elmi öyrənmək, dünyadakı bütün qazanclardan daha yaxşıdır. Hər kəs üçün elm öyrənməkdən daha yaxşı heç bir şey yoxdur.
* Kafir belə olsa, heç kimin qəlbini qırma! Qəlb qırmaq Allahü təalanı incitmək deməkdir.
* İki halda ehtiyyatlı olun: Danışarkən və yemək yeyərkən.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину