* Elm ucaldır, cəhalət alçaldır.
* Əxlaq və ədəb ağlın kənardan görünüşüdür. İnsanın ağlı ədəbi qədərdir.
* Ağılda kamalın şərti əxlaq və ədəbdə kamaldır.
* Xeyirli insan ailəsinə və övladlarına faydalı olandır. Hər fayda əhli-sünnət etiqadının içindədir.
* İslamiyyət, bütün nemətlərin cəm edilib, insanlara təqdim olunmuş şəklidir.
* Ağıllı insan ağlından istifadə edər. Daha ağıllı olan başqalarının da ağlından istifadə edər.
* İnsanın qəlbində nə qədər təkəbbür varsa, ağlında o qədər nöqsanlıq vardır.
* Təkəbbürli insan atəşə həvəsli insan deməkdir.
* Başqasına yük olan alçalar.
* Dil bir canavar kimidir, sərbəst buraxılarsa, parçalayar. Amma əvvəlcə öz sahibini.
* Hər cür pislikdən uzaq durmağın yolu dili tutmaqdır.
* Söz gəzdirmək, yəni dedi-qodu etmək əmanətə xəyanət etməkdir.
* Söz dərman kimidir. Azı faydalı, çoxu zərərlidir.
* Özünə rəhmi gəlməyən, başqasına heç rəhm etməz. Özünə rəhm etməyin, yəni yaxşılıq etməyin yolu beş vaxt namazdan keçir.
* Pis insan heç kimə yaxşı zənn bəsləməz. Çünki o, hər kəsi özü kimi görür. Bütün pisliklərin başı pis yoldaşdır.
* İnsan, dilinin altındadır, danışdırsanız kim olduğunu anlayarsınız.
* Bir fərzi vaxtında yerinə yetirmək, min illik nafilə ibadətdən daha yaxşıdır.
* Qəlb təmiz olarsa, dildən gözəl sözlər çıxar. Dil, könlün aynasıdır.
* Çalışıb qazanmaq zəhməti çəkməmiş olan adamda xeyir yoxdur.
* Canınız sıxıldığı zaman bir işlə məşğul olun.
* Dünyada və axirətdə yaxşılıq, iman, namaz və səbirlə ələ keçir.
* Səbr etməyən zəfərə çata bilməz.
* Öldükdən sonra yaşamaq istəyirsinizsə, qalıcı bir əsər qoyun.
* Ədəb öyrənilmədən, elm öyrənilməz.
* Yolunu, pulunu, etiqadını heç kimə söyləmə.
* Həqiqi sevgi yaxşılıq və pislik gördüyündə dəyişməyən sevgidir.
* İşləməyib, hər kəsə möhtac olanların dini və ağlı nöqsandır.
* Elmi ilə əməl etməyən alimin elminə güvənilməz.
* Acları doyurmaq əfv və məğfirətə səbəb olur.
* Ağıllı insan qorxduğu başına gəlmədən əvvəl onun çarəsinə baxandır.
* Şükr edilən nemət davamlı olur.
* Şəxsi görüşünü bəyənən doğrunu tapa bilməz.
* Başqalarının eyiblərini araşdırmağı tərk edən öz eyiblərini görüb düzəldər.
* Axmaqlıq xətada israr etməkdir.
* Pis xasiyyətdən haramdan çəkindiyiniz kimi çəkinin.
* Üç şey qəlbi öldürür; çox danışmaq, çox yatmaq, çox yemək.
* Dini və imanı haqqında, “Sonum necə olacaq” deyə söyüd yarpağı kimi titrəməyənin sonu təhlükəlidir.
В корзине: 0 шт.
на сумму: 0