Həccin vacibləri bunlardır:
- Təvafa hacəri-əsvəd və ya xəttindən başlamaq.
- Ehram qadağalarına tabe olmaq.
- Təvafı yeriyərək etmək.
- Arəfə günü məğrib və işa namazlarını işa vaxtı girdikdən sonra Müzdəlifədə cəmi-təxir ilə qılmaq. Hənəfi məzhəbində vacibdir.
- Umrə sa’yının umrə təvafından sonra hələ təraş olmadan ehramlı olaraq yerinə yetirilməsi vacibdir.
- Şeytan daşlama, qurban kəsmə, saç kəsmə vacib olub ayrıca bu sıraya riayət edilməsi də vacibdir.
- Təvafı-qudumdan sonra və həcc ayları içində olmaq şərti ilə Səfa ilə Mərvə təpələri arasında yeddi dəfə sa’y etmək, yəni qaydası ilə gəzmək. Təvafsız sa’y səhih olmaz.
- Ərəfatdan dönəndə Müzdəlifədə də vakfəyə durmaq.
- Minada şeytan daşlamaq, yəni üç gün təmiz daş və ya təyəmmüm caiz olan bir şey atmaq.
- Ehramdan çıxmadan öncə başın ən az dörddə birini ülgüc ilə qırxmaqvə ya ən az üç santimetr özü və ya başqası qırxmaq. Bərbər və ya ülgüc tapmamaq üzür sayılmaz. Saçsız olan və ya başı yaralı olan da ülgücü dəydirmədən başdan keçirər. Qadın saçını təraş etməz. Maqqaşla bir az kəsər.
- Afaqi yəni Miqat deyilən yerlərdən daha uzaq ölkələrin hacıları Məkkədən son ayrılacağı gün təvafı-sadr yəni təvafı-vəda etmək. Hayzlı qadına bu vacib deyil.
- Ərəfatda günəş batdıqdan sonra da bir az qalmaq. Günəş batmadan öncə Ərəfat meydanından çölə çıxanın qurban kəsməsi lazım olur.
- Təvafı ziyarətdə Kəbəyi-muazzama ətrafında dörtdən sonra üş dəfə daha dönmək.
- Təvafda dəstəmazsız və ya cünub olmamaq.
- Üzərindəki paltarı təmiz olmaq.
- Təvaf edərkən Hatim deyilən yerin çölündən dolaşmaq.
- Təvafda Kəbəyi-muazzama sol tərəfdə qalmaq.
- Təvafı ziyarəti bayramın üçüncü günü günəş batana qədər etmək.
- Təvaf edərkən övrət yeri bağlı olmaq. (Qadın üçün çox mühümdür)
- Səfa təpəsi ilə Mərvə arasında as’y edərkən Səfadan başlamaq.
- Səfa təpəsinə çıxınca Kəbəyə dönüb təkbir, təhlil və salavat gətirmək və dua etmək. Sonra Mərvəyə doğru getmək. Səfadan Mərvəyə dörd, Mərvədən Səfaya 3 dəfə gedilir.
- Hər təvafdan sonra Məscidi-haram içində iki rükət namaz qılmaq.
- Şeytan daşlamasını bayram günlərində etmək.
- Təraşı bayramın birinci günü və Harəm hududu içində etmək.
- Sa’yı gəzərək etməkdir. (İki yaşıl dirək arasında kişilər sürətlə, qadınlar yavaş gedər)
- Qıran və təməttü həcc edənin qurban kəsməsi.
- Qurbanı bayramın birinci günü kəsmək.
- Cima (cinsi əlaqə) kimi qadağan olan şeylər Ərəfatda qalmadan əvvəl edilərsə həcci pozar. Bunları Ərəfatdan əvvəl etməmək fərzdir. Cimadan başqa qadağan olanları ehramdan çıxana qədər, cimanı, təvafı ziyarəti edincəyə qədər tərk etmək vacibdir.
Bilərək və ya bilməyərək bir vacibi vaxtında və yerində etməyən cəza lazım olur.
Xəstəlik, yaşlılıq və ya sıxlıq kimi bir üzürlə tərk edincə bir şey lazım olmaz. Bir vəkilə etdirməsi lazım olmaz. Hayzlı, nifaslı qadın Məscidi-harama girə bilməz. Təvafdan başqa nüsükləri yerinə yetirər. Təvafı ziyarəti təmizlənincə edər.
Hər günün nüsükü, sonrakı gecəsində də edə bilər.