Sual: Həcdə təvaf edərkən çox izdiham olur, qadın kişi bir-birinə toxunur. “Zərurət olduğu üçün haram olmaz” deyilir. Doğrudur?
CAVAB
Fərz ilə haram toqquşanda, yəni fərzi əda edərkən haram işləmək məcburiyyəti olanda haram işləməmək üçün fərzi təxir etmək lazımdır. Məsələn, zəngin olan bir qadının həccə getməsi fərzdir. Həccə tək getməsi isə haramdır. Məhrəmi olmadığı müddətcə haram işləyərək tək başına həccə gedə bilməz.
Bunun kimi fərz olan təvafı edə bilmək üçün kişilərə toxunaraq, haram işləyərək təvaf edə bilməz. İzdiham olmadığı vaxt təvaf edər.
Sual: Kişilərə toxunmaq haram olduğu üçün haram işləyərək fərz edilməyəcəyinə görə, qadınların həcc fərzini tərk etmələri lazımdır?
CAVAB
Haram işləyərək fərz edilməz demək, fərzi haram işləmədən etmək lazımdır, deməkdir. Yoxsa fərzi tərk etmək lazımdır demək deyildir. Əgər qadınlar haram işləmədən həcc etmə imkanı tapa bilməzsə, “Mən həccə getmədən ölsəm, yerimə vəkil göndərin” deyə vəsiyyət edər.
В корзине: 0 шт.
на сумму: 0