Facebook Twitter WhatsApp

Hacılara “Hacı” demək

Sual: Dörd xəlifəyə və digər Əshabi-kitamın heç birinə “hacı” deyilmədiyi halda, indi həccə gedib gələnə “hacı” deyilməsi bidət deyilmi?

CAVAB

Bir şəxs aşkar olan ləqəbi ilə çağırılır. Bir cəmiyyətdə hər kəs ədəbli olsa, filankəs də ədəblidir deyilməz. Hər kəs namaz qılsa, namaz qılan kimsəni, “müsallin” (beş vaxt namazını daim qılan) deyə çağırmağa lüzum yoxdur. Bir ölkədə hər kəs qazi olsa, birini “qazi” deyə çağırmaq mənasız olar. Bunun kimi, Əshabi-kiramın hamısı hacı olduğu üçün hər birinə  ayrı-ayrı hacı demək xoş olmaz. Hər kəs aşkar vəsfi ilə çağırılır.

Hər dövrdə hacılara “hacı” deyilmişdir. Fəqət, ilk zamanlar hacı çox olduğu üçün hacı adı ilə çağırmaq məşhur olmamışdır. Bunun üçün hacıya hacı demək bidət deyildir.

Hacılarla əlaqədar hədisi-şəriflərdən bir neçəsi belədir:

“Hacı, əhlindən ayrılıb 3 gün yol gedincə, doğulduğu gün kimi günahsız olar.” [Əbu Davud]

“Bir hacı ilə qarşılaşanda, ona salam ver, onunla müsafəha et, evə girmədən əvvəl sənin üçün dua, istiğfar etməsini istə, çünki hacı mağfirət olmuş kimsədir.” [Tabərani]

“Hacı Allah yolundadır. Həcc yolunda sərf etdiyi mal üçün birə 700 savab alar.” [Tabərani]

“Kim, bir hacını təchiz etsə, ailə əfradına sahib çıxsa onunla eyni savaba qovuşar. Digərinin savabından da heç bir azalma olmaz.”   [Beyhəqı]

“Hacı, yaxınlarından 400 adama şəfaət edər.” [Ramuz]

Hacıya hacı deməkdə zərər olmadığı kimi, hacı olmayan birinə də hörmət üçün “ hacı əmi”, “hacı dayı”, “hacı xala” deməkdə də zərər yoxdur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину