Sual: Quranda, “Həcc bilinən aylardadır” buyurulur. Bilinən aylar hansılarıdır və niyə 5 günə sığdırılır?
CAVAB
Həcc vaxtı ilə həcc ayları fərqlidir. Həcc ibadəti həcc vaxtında edilir. Həcc vaxtı Arəfə və Qurban bayramı günləridir. Həcc ayları isə Şəvval və Zilqadə ayları ilə Zilhiccənin ilk on günüdür. Təvaf, vəqfə kimi ibadətlər Şəvval və zilqadə aylarında deyil, yalnız Arəfə və qurban bayramı günləri edilir. Həcc ayları həcc ilə əlaqədar digər hərəkətlərin edilməsi lazım olan aylardır.
Bir hədisi-şərif məali belədir:
“Həcc üçün həcc aylarında ehrama girmək sünnətdir.” [Buxari]
Fiqh kitablarında da deyilir ki:
Həcc hərəkətləri həcc aylarının xaricində edilməz. Həcc üçün bu aylardan əvvəl ehrama girmək tahrimən məkruhdur.(Dürr-ül-muxtar)
Ehramı həcc aylarından əvvəl geymək də caiz isə də məkruhdur. (S.Əbədiyyə)
Həccin vaciblərindən biri də həcc ayları içində olmaq şərti ilə Səfa və Mərvə təpələri arasında, saʼy etmək, yəni, yeddi dəfə üsulu ilə getməkdir. (S.Əbədiyyə)
В корзине: 0 шт.
на сумму: 0