Facebook Twitter WhatsApp

Həcdə məzhəb təqlidi

Sual: Həcdə qadınlara toxunub günah işləməmək üçün, bəzi fərzləri tərk etmək lazımdırmı?

CAVAB

Haram işləmədən fərzi yerinə yetirməyə çalışmaq lazımdır.

Sual: Diş plombu səbəbiylə Malikini təqlid edənin, həcci də Malikiyə görə etməsi lazımdır?

CAVAB

Xeyr. Yalnız qüslü, dəstəmazı və namazı Malikiyə uyğun olması lazımdır.

Sual: Həccə gedən dişdən dolayı Şafii məzhəbini təqlid edir. Yad olan qarşı cinsə toxunanda dəstəmazı pozulur. Nə etməsi lazımdır?

CAVAB

Həcc müddətində Maliki məzhəbini təqlid edərsə dəstəmazı pozulmuş olmaz.

Sual: Həccə gedən bir Şafii, qadınlara toxunma ehtimalı çox olduğu üçün dəstəmazlı olması çətindir. Bu vəziyyətdə Hənəfini təqlid etməsi caizdir?

CAVAB

Bəli.

Sual: Şafi məzhəbindəyəm, inşallah bu il həccə gedəcəyəm. Qadınların əlinə toxunanda dəstəmazımız pozulur. Ağzımda plomb dişim də var. Hənəfi məzhəbini təqlid etməyimə də imkan yoxdur. Nə etməm lazımdır?

CAVAB

Hənəfi yerinə Malikini təqlid edə bilərsiniz. Malikidə də qadınlara şəhvətsiz toxunulanda dəstəmaz pozulmaz.

Sual: Diş plombu səbəbiylə Malikini təqlid edənin, həcci də Malikiyə görə etməsi lazım deyil, deyə saytda yazılıdır. Yaxşı Hənəfiyə görə qüslü olmayan cünub halda təvaf edəcəkdir?

CAVAB                                   

Cünub halda təvaf edilmir ki. Bir məzhəbin bir qismini təqlid, hər mövzuda tamamilə o məzhəbə tabe olmaq demək deyildir. Diş plombundan dolayı Malikini təqlid edən kimsə, yalnız qüsldə, dəstəmazda və namazda təqlid edər. Çünki bunlar bir-birinə bağlıdır. Orucda, zəkatda, həcdə, nikahda, talaqda, qurbanda, nəzirdə, digər işlərdə o məzhəbi təqlid etmək lazım deyildir. Qüsl alarkən, dəstəmaz alarkən Malikini təqlid etdiyimiz üçün qüslümüz və dəstəmazımız vardır. Bu dəstəmazla təvaf edirik. Bu dəstəmazla da, dəstəmazlı ediləcək digər işləri edərik. Məsələn, Qurani-kərim oxuyuruq, məscidə girə bilərik, tilavət səcdəsi edə bilərik. Çünki dəstəmazımız vardır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину