Facebook Twitter WhatsApp

Həcci məbrur

Şərtlərinə uyğun olaraq ixlas ilə edilən həccə, “Həcci məbrur” deyilir. Həcci məbrur qəzaya qalmış olan fərzlərdən və qul haqqlarından başqa günahların bağışlanmasına səbəb olur. Bu ikisinin əfv olması üçün qəzaların və qul haqlarının ödənməsi də lazımdır.

Həcc səbəbiylə fərzi yerinə yetirməmək günahı əfv edilməz isə də vaxtında etməməyin, vaxtından sonraya buraxmağın günahı əfv edilər. Həcdən sonr, fərzləri qəza etməyə dərhal başlanmazsa, gecikdirmə günahı təkrar başlayar və zamanla qat-qat artar. Fərzin qəzasını gecikdirmək böyük günahdır. Bunu yaxşı anlamaq lazımdır. “Həcci məbrur edənin günahları əfv olar” hədisi-şərifi qəza və qul haqqından başqa günahların əfv olacağını göstərir. Peyğəmbər əfəndimizin Ərəfə gecəsi və Müzdəlifədə hacıların günahlarının əfv edilməsi üçün etdiyi duaların da belə olduğu bildirilmişdir.

Qəza və qul haqlarının da əfvə daxil olduğunu bildirən alimlər var isə də bunlar tövbə edib də  qəzadan və ödəməkdən aciz olanlar üçündür. Hud surəsinin “Hasənat günahları yox edər” məalindəki 114-cü ayəti fərzin tərkindən hasil olan gecikdirmə günahı o fərz qəza ediləndə əfv olar deməkdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину