Sual: Bəziləri, gilasın içindəki qurdun özbaşına meydana gəldiyini, bunun üçün qurdlu gilas yeməyin zərər olmadığını söyləyirlər. Qurdlu gilas yemək uyğundur?
CAVAB
Gilasdakı qurd, “Gilas ağcaqanadı” deyilən bir ağcaqanadın gilasın içinə qoyduğu yumurtalardan hasil olur. Qurdlu gilas yeyilməz. Gilas alanda 3-5 dənəsinin içi açılır. Qurd yoxdursa digərlərini açmadan yemək caiz olar. Əgər bir dənə belə qurd görülsə, hamısının içinə baxmaq lazımdır. (Bəriqa)
Qurdlu qida yeyilməz
Sual: Un, manna yarması, mərcimək, lobya, noxud kimi qidalar qurdlananda yemək caizdirmi?
CAVAB
Qurdlanmış qidalar yeyilməz. Un kimi olanlar ələnəndə, lobya kimi olanlar da təmizlənəndə yeyilməsi caiz olar.
Sual: Qaz düşən quyudan 6 aydır su çəkilib. İndi təmiz sayılırmı?
CAVAB
Bəli.
Sual: Qoyun sağılarkən südün içərisinə qığı düşür. Bu süddən istifadə etmək caizdirmi?
CAVAB
Zərurət olduğu üçün dərhal çıxarılarsa caiz olar.
Qurdlu alma yemək
Sual: Qurdlu almanın, qurdun yediyi yeri atıb o almanı yemək günahdır?
CAVAB
Xeyr, heç bir zərəri olmaz.
Sual: Bir əncirdə qurd görülür. Bütün doşabı tökmək lazımdır?
CAVAB
Görülən yeyilməz.
Sual: Böyük bir qazan doşabda 3-5 qurd görülsə tökmək lazımdır?
CAVAB
Lazım deyil.
Sual: Yaşıl kifli kub pendirlərini yemək caizdir?
CAVAB
Bəli.
Sual: Yumurtadan çıxan az qanı atıb yumurtanı yemək caizdirmi?
CAVAB
Bəli.
В корзине: 0 шт.
на сумму: 0