Facebook Twitter WhatsApp

Qonşunun sallanan meyvələri

Sual: Qonşunun bağçasındakı ağacın bizim bağçaya sallanan budaqlarındakı meyvələrdən və yerə düşənlərdən yemək caiz olarmı?

CAVAB

Caiz olmaz. Ağacdan hər kəsin keçdiyi küçəyə düşmüşsə, qoz kimi çürüməyənləri, sahibinin icazə verdiyi bilinirsə yemək caiz olar. Gilas kimi çürüyəcək meyvələr sahibinin qadağan etdiyi bilinmədikcə dərilib yeyilə bilər. Dərib evinə aparmaq caiz deyildir.

Kirayəçi

Sual: Kirayəçi evin bağçasındakı meyvələri  yeyə bilərmi?

CAVAB

Ev sahibinin icazəsi varsa yeyə bilər. Ağacı əkəndən icazə almaq lazımdır.

Sual: Qonşumuz bağçamızın bir qisminə sahiblənib oraya meyvə ağacları əkdi. Ağacların indi meyvələri var. Bu yerimizi məhkəmə ilə aldıq. Ağacların meyvəsini yeyə bilərik?

CAVAB

  Əkən  kimsədən yəni qonşudan icazə almadıqca yemək caiz olmaz.          

Ağac əkənindir

Sual: On il əvvəl ağac əkdiyim tarla başqasına aid imiş. Sənədi alanda anladıq. Ağacların meyvəsi bizim deyilmi? Ağacları tarla sahibinə satmaq caiz olarmı?

CAVAB

  Siz əkdiyiniz üçün ağaclar sizindir. Sata bilərsiniz və ya meyvəsini yeyə bilərsiniz.

Sallanan ağac budağı

Sual: Qonşunun ağacının evimizə uzanan və bizə zərər verən budaqlarını dinən kəsmək haqqımız varmı?

CAVAB

  Qonşuya ağacın sizə zərər verən budağını kəsməsini xahiş etmək lazımdır. Yəni, xoşluqla həll etməyə çalışmaq lazımdır. Dinən mənim haqqım var deyərək mübahisəyə girməmək lazımdır.

Bir kimsənin bağçasındakı ağacın budaqları qonşusunun evi və ya bağçasına tərəf uzansa, o budaqları bağlayaraq geri çəkdirməyə və ya kəsdirməyə qonşusunun haqqı vardır.  Ağac sahibinə müraciət edib, budaqlarını çəkmədiyi təqdirdə, bağça sahibi kəsə biləcəyi kimi, kəsdirmə xərcini də ağac sahibindən istəyə bilər. (Məcəllə1196-cı maddə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину