Facebook Twitter WhatsApp

Yeyib içilməsi haram olan şeylər

Sual: Yeyib içilməsi haram olan şeylər nələrdir? Haram edilməsinin səbəbləri nələrdir?

CAVAB

Dinimiz haram etdiyi üçün bəzi heyvanların ətləri yeyilməz. Əlbəttə bunda bəzi hikmətlər vardır.  Müsəlman hikmətini bilməsə də dinin qadağan etdiyi şeyi etməz. Qidaların insanlar üzərində yaxşı və pis təsiri olduğu bir gerçəkdir. Anası pis isə və ya pis bir qadının südü ilə bəslənən uşaq yaramaz olar. Beləsinə südü xarab deyərlər. Öz faydasını düşünən insan dinimizin halal qıldığı şeyləri yeməli, qadağan etdiyi şeylərdən çəkinməlidir.

Yeyib içməsi haram olan şeylər:

1-Şəxsən özü haram olan şeylər yemək. (Leş, donuz əti və şərab kimi)

2- Özü haram olmayıb qəsb, oğurluq, rüşvət yolu ilə alınan şeylər.

3- Doyduqdan sonra yemək.

4- Allergiya verən qidalar yemək. (Məsələn balıq, ət, süd, yumurta, basdırma, turşu, çiyələk zərər versə, bunlar yalnız zərər verənə haram, zərər verməyənə mübahdır)

5- Zərərli şeylər yemək. (Məsələn palçıq, torpaq, şüşə kimi.)

6- Zəhərli olan şeylər yemək. (Zəhərli ot, iylənmiş ət kimi.)

7- Narkotik maddələr yemək. (Həkim tövsiyəsiylə dərman olaraq istifadə etmək caizdir)

8- Təmiz, amma iyrənc şeylər yemək. (Qurbağa, qanı olmayan həşərat, meyvənin, pendirin və ətin qurdları kimi)

Qurani-Kərimdə məalən buyurulur ki:

“Leş, axıcı qan, murdar donuz və Allahdan başqasının adı ilə kəsilmiş olan heyvanları yemək haramdır”  (Ənam 145) Ayəti-kərimədə sayılan bu haramlardan başqa yuxarıda səkkiz maddə halında açıqlanan  xüsusların da haram olduğu Peyğəmbər əfəndimiz tərəfindən bildirilmişdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину