Sual: Quran Müsəlmanlığı deyərək Əhli-sünnət alimlərinin bildirdiyi xüsusları inkar edən, Quranda belə şey yoxdur deyərək Peyğəmbər əfəndimizin bildirdiklərinə uymaq lazım olmadığını söyləyən bir yazar, “Rəsulullahın etmədiyi və qadağan etdiyi hər şeyə uymaq lazım deyildir. Məsələn soğan, sarımsaq yemədiyinə görə müsəlmanların da yeməməsi lazım olmadığı kimi, bir qadın ilə xəlvətdə qalmaq, onu qucaqlamaq, əlinə və ya başqa yerinə toxunmaq Qurani-Kərimdə qadağan edilmədiyinə görə Rəsulullah qadağan etsə də uymaq lazım deyil” deyir. Peyğəmbər əfəndimiz soğan-sarımsaq yeməyi qadağan etmişdir? Qadağan etdiyinə uymaq lazım deyildirmi?
CAVAB
Peyğəmbər əfəndimiz soğan, sarımsaq yeməyi qadağan etməmişdir. Başqalarını narahat etməmək şərti ilə soğan, sarımsaq kimi pis qoxulu bitkiləri yeməkdə zərər yoxdur. Bunları yeyərək, məscidə gəlmək qadağan edilmişdir. Bu xüsusdakı üç hədisi-şərif məali:
“Soğan, sarımsaq yemək haram deyil, ancaq qoxusu getmədən məscidimizə yaxınlaşmayın!” (İbni Huzeymə)
“Sarımsaq, soğan, kəvər və turp yeyən məscidimizə yaxınlaşmasın. Çünki insanların narahat olduğu şeylərdən mələklər də narahat olar.” (Tabərani)
“Sarımsaq yeyin, onunla müalicə olunun! Sarımsaq yetmiş dərdə dəvadır. Əgər yanıma mələk gəlməsəydi, əlbəttə mən də yeyərdim.” (Tirmizi, Hakim)
Bir ölkəyə gələnin, əvvəl bir az çiy soğan yeməsi səhhətə yaxşıdır. Soğan mikroblara qarşı mübarizə gücünü artırır. Soğandan sonra kərəviz yeyilərsə pis qoxusu keçər. Peyğəmbər əfəndimiz də insanları və hər zaman gəlmə ehtimalı olan vəhy mələyini narahat etməmək üçün çiy soğan, sarımsaq yeməzdi. Bişmiş şəkildə yeyərdi. Peyğəmbər əfəndimizin son yediyi yeməyin içində də bişmiş soğan vardı. Hədisi-şərifdə, “Soğan və sarımsağı bişmiş şəkildə yeyin” buyuruldu. Beləcə pis qoxusu yox edilmiş olar. (Məvahib)
Rəsulullah əfəndimiz nə əmr edərsə onu etmək, nəyi qadağan edərsə ondan çəkinmək lazım olduğu dinə aid hər sözünün vəhy olduğu, Ona itaətin Allaha itaət, Ona üsyan edənin Allaha üsyan etmiş olduğu Qurani-Kərimdə bildirilir. (Həşr 7, Nəcm 4, Nisa 80)
Peyğəmbər əfəndimizin əmrinə uymaq lazım olmadığını bildirən yazar əslində Qurani-Kərimə inanmadığını açıqlamış olur.
Sual: Sarımsaq yeyərək cəmiyyət içinə çıxırlar. Çox narahat olunur. Belə etmələri uyğundur?
CAVAB
Soğan, sarımsaq yeyərək, siqaret çəkərək, pis qoxu ilə başqalarını narahat etmək doğru deyildir. Pis qoxudan mələklər də narahat olur. Hədisi-şəriflərdə buyuruldu ki:
“Ağzınızı təmizləyin! Kiramən katibin mələkləri üçün ağızdakı yemək artıqlarının qoxusundan daha pis bir şey yoxdur” (Deyləmi)
“Quran oxuyursunuz, ağzınızı misvaqla təmizləyin!” (Əbu Nuaym)
“Gecə namaz qılmaq üçün qalxan kimsə, ağzını misvaqla təmizləsin! Çünki bir mələk namazda Quran oxuyanın ağzına yaxınlaşaraq dinləyər.” (Deyləmi)
В корзине: 0 шт.
на сумму: 0