Facebook Twitter WhatsApp

Döymə etdirmək

Sual: Döymə etdirmək günahdır?
CAVAB
Bəli günahdır.
Sual: Qalıcı döymə etdirənin nə etməsi lazımdır? Dəstəmaz və ya qüslə mane olar?
CAVAB
Döymə etdirmənin caiz olmadığı, hədisi-şərif ilə bildirilmişdir. Etdirənin tövbə etməsi və bir daha etdirməməsi lazımdır. Döymə, dəri üstündə bir təbəqə meydana gətirməyib, dəri altından edildiyi üçün qüslə və dəstəmaza mane olmaz. Dəri üstünə edilmiş olsa da, asanca çıxarma imkanı yoxsa, yenə dəstəmaza və qüslə mane olmaz.
Sual: Bir yolda, “Döymə etdirmənin günah olduğu deyilir. Mən məal oxudum. Quranda belə bir şey görə bilmədim” deyir. Döymə etdirmək günah deyil?
CAVAB
Bəli günahdır. Hər şeyi Quranda tapmaq çətindir. Səhihi-Müslimdə bildirilir ki:
İbni Məsud həzrətləri, “Döymə edən və etdirən, parik taxan və taxdıranlara lənət olsun” məalindəki hədisi-şərifi rəvayət edəndə, Ümmü Yaqub adında qoca bir qadın etiraz edib, “Mən Quranın hamısını oxudum, amma belə bir lənət yox” dedi. Ibni Məsud həzrətləri “Diqqətli oxusaydın mütləq görərdin” deyərək bu məaldəki ayəti-kəriməni oxudu:
Bəli günahdır. Hər şeyi Quranda tapmaq çətindir. Səhihi Müslimdə bildirilir ki:
“Rəsulullahın sizə verdiklərini alın, qadağan etdiklərindən çəkinin!” (Həşr 7)
Sual: Döymə etdirmənin caiz olmadığını bildirən hədisi-şərif varmı?
CAVAB
Bir hədisi şərif-məali belədir:
“Qaşlarını incəldən və döymə etdirən lənətlənmişdir.” (Əbu Davud)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину