Facebook Twitter WhatsApp

Üzük taxmaq

Sual: Üzük taxmaq barəsində dinimizin hökmü nədir?

CAVAB

Kişilərin qızıl üzük taxmaları dörd məzhəbdə də caiz deyildir. Qızıl ilə gümüşü bəzək olaraq taxmaq ancaq qadınlara halaldır. Lakin, bunları məhrəm olmayan kişilərə göstərmələri haramdır.

Qızıl və gümüşü bəzək olaraq taxmaq kişilərə haramdır. Daş, tunc, düyü, platin, mis və digər mədənlərdən zinət olaraq üzük taxmaları, qadınlara da haramdır. Qızıl zərli gümüş üzük və gümüş qablı qızıl üzük taxmaq da caizdir. Üzük taxmamaq daha yaxşıdır. Bayramlarda hər kəsin üzük taxması müstəhəbdir.  Göstəriş  üçün, qürurlanmaq üçün taxmaq isə haramdır. (Rədd-ül Muxtar)

Rəsulullah əfəndimiz gümüş üzükdən istifadə edər və üzüyünü sağ əlinə taxardı. Sol əlinə də taxdığı görülmüşdür. Sağ ələ də, sol ələ də taxmaq caizdir. Kiçik barmağa və ya yanındakı barmağa taxılır. Üzərində yazı olan üzüyü ayaq yoluna girərkən sol əldən sağ ələ keçirmək yaxşı olar. Numan ibn Bəşirin barmağındakı qızıl üzüyü görən Rəsulullah əfəndimiz, “Cənnətə girmədən əvvəl nə üçün Cənnət  zinətindən istifadə etdin?” buyurdu. Dəmir üzükdən istifadə etməyə başladı.  Bunu görəndə, “Nə üçün Cəhənnəm əşyası daşıyırsan?”  buyurdu.  Bunu da çıxardı. Bürünc üzük taxdı.  Bunu görəndə, “Niyə səndən büt qoxusu duyuram?” buyurdu. Necə üzükdən istifadə edim, ya Rəsulallah dedi.  “Gümüş üzük taxa bilərsən. Ağırlığı da bir misqali (4.8 qramı) keçməsin və sağ əlinə tax!”   buyurdu. (Məvahibi—lədünniyyə)

Sual: Üzük hansı əlin hansı barmağına taxılır? Hər materialdan caizdir? İki dənə də taxıla bilər?  Qadın kişi fərq edər?

CAVAB

Sağ ələ də, sol ələ də üzük taxmaq caizdir. Kiçik barmağa və ya yanındakı barmağa taxılır. Uyğun olanı budur. Digər barmaqlara da taxılsa günah olmaz.

Kişilər sadəcə gümüş üzük taxa bilər. Ağırlığı da 4.8 qramdan çox olmamalıdır. İki üzük taxılarsa bu ağırlığı keçməməlidir. Qadınlar isə qızıl və gümüşdən başqa üzük taxa bilməzlər və taxdığı üzüklərini də başqa kişilərə göstərə bilməzlər.

Qadın və kişi üçün üzüyün daşı hər daşdan ola bilər.

Sual: Platin və ya ağ qızıl üzük taxmaq kişilər üçün caizdir?

CAVAB

Ağ qızıl da qızıldır. Turşu ilə qızıl ağ hala gətirilir. Qızıl olmaqdan çıxmır, rəngi ağarır. Bu baxımdan caiz deyildir. Əgər üstü gümüş ilə örtülərsə caiz olar. Kişilər gümüşdən başqa üzük taxa bilməzlər.

Sual: 12 əyardan aşağı qızılları qadınlar üzük olaraq istifadə edə bilməz?

CAVAB

12 əyardan aşağı olanda qızıl olmaqdan çıxır, başqa metal olur. Qadınlar qızıl və gümüşdən başqa üzük taxa bilməzlər.

Sual: Evli bir qadının qaşlı üzük və ya toy üzüyü taxması caizdir?

CAVAB

Evli olsun, dul olsun, bakirə olsun, daşlı olsun, daşsız olsun, qızıl olsun, gümüş olsun qadının üzük taxaraq küçəyə çıxması caiz deyildir. Evində istədiyi zinəti taxa bilər. Qadına üzük və zinət günah deyildir. Lakin, heç bir zinət əşyası yadlara göstərilməz.

Sual: Kişilərə də nişanda qızıl üzük taxılır, caizdir?

CAVAB

Caiz deyildir. Qızıl cila ilə örtülmüş gümüş üzük taxıla bilər.

Sual: Qızıl üzük taxmaq, kişilərə haram olduğuna görə, qızıl üzüyü gümüşlə ötrmək və ya gümüş üzüyü qızıl ilə örtmək caizdir?

CAVAB

Metalın rəngi və örtməsi deyil, içi, növü mötəbər olduğu üçün, qızıl zərli gümüş taxmaq kişilərə də caiz olar. Gümüş qablı qızıl üzük, qızıl isə də, qızıl görülmədiyi, gümüş görüldüyü üçün taxılması caiz olar.  (Rədd-ül Muxtar)

Bəzi kəslər buradakı incəliyi anlaya bilmir, “Madam ki, metalın növü mötəbərdir, gümüş qablı qızıl üzük necə caiz olur?” deyir. Gümüş örtülü qızıl üzük qızıldır. Çünki metalın üzəri deyil, növü mötəbərdir. Ancaq gümüşlə örtüldüyü üçün qızıl olmaqdan çıxmır,  satmaq istəsəniz, yenə qızıldır, lakin, gümüşlə örtülü halda istifadə etmək caiz olur.

Sual: Kişilərin gümüşlə örtülü mis üzük taxmaları caizdir?

CAVAB

Bəli. Gümüşlə örtülü qızıl üzük taxmaq kimidir, gümüş göründüyü üçün sadəcə istifadə etmək caiz olur.

Sual: Evlilik üzüyü taxmamağın, dini nikah üçün bir zərəri olar?

CAVAB

Üzük taxmamaq daha yaxşıdır. Evlilik üzüyü deyə bir üzük yoxdur. Qadın taxarsa, başqa kişilərə göstərməsi haram olar. Kişi onsuz da qızıl üzükdən istifadə edə bilməz, istifadə etməsi haram olar. Gümüşdən istifadə edə bilər.

Sual: Alyans deyilən qızıl üzük kişiyə haram deyil?

CAVAB

Qızıl qadınların bəzək əşyasıdır.Kişilərə haramdır.Peyğəmbər əfəndimiz, bir kişinin   barmağında qızıl üzük görəndə,  dərhal o üzüyü çıxarıb yerə atar. Sonra buyurar ki:

“Sizlərdən biri köz atəşi əlinə taxıb.” (Müslim)

Rəsulullah getdikdən sonra, “Üzüyünü götür, başqa cür faydalanarsan” dedilər. O şəxs dedi ki: “Allaha and içirəm ki, Rəsulullahın atdığı şeyi götürmərəm” (Müslim)

Nəcrandan bir nəfər əlində qızıl üzük ilə Rəsulullahın hüzuruna gəldi. Peyğəmbər əfəndimiz ondan üz çevirib buyurdu ki:

“Nə üçün əlində bir atəş parçası ilə gəldin?”  (Nəsai)

Gümüş üzük kişilərə də caizdir. Hədisi-şərifdə buyuruldu ki:

“Qızıl müşriklərin, gümüş  müsəlmanların bəzəyidir.” (Ramuz)

Kişinin qızıl üzük taxması dörd məzhəbdə də caiz deyildir. (Məvahibi Lədünniyyə)

Sual: Tam Elmihalda deyilir ki:

“Heç bir Peyğəmbər öz dinində və ya başqa dinlərdə haram olmuş və ya olacaq bir şeyi heç etməz. Yəni sonradan haram olacaq şeyi, əvvəldən halal ikən yenə istifadə etməz.” Yenə deyilir ki: “Peyğəmbər  əfəndimiz əvvəllər qızıl üzük taxardı”

Sual: Bu ikisi bir-birinə ziddiyyətli deyildirmi?

CAVAB

Peyğəmbərlərin statusu fərqlidir. Asan izah edə bilməyim üçün bir neçə nümunə göstərməliyəm. Çünki bu sual çox soruşulur. Bələdiyyə avtobuslarına hər kəs ödənişlə minir. Polislər və bələdiyyə mənsubları pul vermir. Başqa verməyənlər də var. Bunlar istisnadır.

Peyğəmbər əfəndimizə haram olan bir şey ümmətinə halal ola bilər. Peyğəmbər əfəndimizə fərz olan ümmətinə fərz olmaya bilər. Ümmətinə haram olan Peyğəmbər əfəndimizə  caiz ola bilər. Bir neçə nümunə göstərək:

1-  Ümmətinə dörddən çox qadın almaq haram ikən, Peyğəmbər əfəndimizə caiz idi.

2-  Xanımı boşamaq ümmətinə caiz ikən, Peyğəmbər əfəndimizə qadağan idi.

3-  Bir kimsə öləndə xanımı başqası ilə evlənə bilər. Ancaq Rəsulullah əfəndimizin xanımları bundan  müstəsnadır, evlənə bilməzlər. Onlar möminlərin analarıdır. Ana ilə evlənilməz.

4-  Kasıb kimsələrin zəkat alması caizdir, lakin, Rəsulullah əfəndimiz kasıb da olsa zəkat alması haramdır.

5-  Zəngin kimsənin zəkat verməsi fərzdir. Lakin Rəsulullah əfəndimiz zəngin də olsa zəkat verməsi fərz deyil.

6-  Qurban kəsmək Peyğəmbər əfəndimizə fərz idi. Ümmətinə isə, Hənəfidə vacib, digər üç məzhəbdə sünnətdir.

7-  Gecə namazı Peyğəmbər əfəndimizə fərz idi, lakin ümmətinə nafilədir.

8-  Peyğəmbər əfəndimizə yazı yazmaq, şeir söyləmək haram idi, lakin ümmətinə caizdir.

9-  Qızıldan istifadə etmək ümmətinə haramdır.  Bir hədisi-şərifdə, “Qızıl və ipək, ümmətimin qadınlarına halal, kişilərinə haramdır”  buyurulmuşdur. Ümmətinə haram ikən ona caiz idi ki, istifadə etmişdir. Peyğəmbərlər əsla günah iş görməzlər.

Sual: Böyüklərimiz üzüklərinə nə yazdırırdılar?

CAVAB

Peyğəmbər əfəndimizin üzüyündə, “Muhammədun Rəsulullah” yazılı idi. Muhamməd əleyhissəlam Allahu təalanın peyğəmbəri deməkdir.

Həzrəti Süleymanın üzüyündə, “ La ilahə illəllah, Muhammədun Rəsulullah”  yazılı idi. Allahdan başqa ilah yoxdur, Muhamməd əleyhissəlam Onun Rəsulu deməkdir.

Həzrəti Əbu Bəkirin üzüyündə, “Ni`məl qadir Allah” yazılı idi. Hər şeyə gücü çatan Allah nə gözəl, nə böyük qüdrət sahibi deməkdir.

Həzrəti Ömərin üzüyündə, “Kəfa bil-mövt vaizan” yazılı idi. Vaiz olaraq, nəsihət olaraq ölüm kafidir, deməkdir. Ölümü gündə iyirmi dəfə xatırlayanın şəhid olaraq öləcəyi hədisi-şərif ilə bildirilmişdir.

Həzrəti Osmanın üzüyündə, “Lə-nasbirənnə” yazılı idi. Əlbəttə səbr edəcəyik deməkdir. Sözündə  dayandı və səbr edərək şəhid oldu.

Həzrəti Əlinin üzüyündə, “ Əl-mülkü lilləh” yazılı idi. Mülk Allahın deməkdir.

Həzrəti Həsənin üzüyündə, “ Əl-izzətü  lilləh” yazılı idi. İzzət, şan və şərəf Allahu təalaya məxsus deməkdir.

İbni Ömərin üzüyündə, “Abədallah lilləh” yazılı idi. Allah rizası üçün, Allaha ibadət edən deməkdir.

Həzrəti Muaviyənin üzüyündə, “Rəbbigfir-li” yazılı idi. Ya Rəbbi məni bağışla deməkdir. Oğlununkunda isə, “ Rabbünallah” yazılı idi. Rəbbimiz Allah deməkdir.

İmam Əli Rizanın üzüyündə, “Hasbiyallah” yazılı idi. Allahu təala mənə kafi gələr deməkdir.

Qazı İbni Əbi Ləylanın üzüyündə, “Əd-dünya qarurün” yazılı idi. Dünya aldadıcıdır, etibar edilməz deməkdir.

İmam Əzəm Əbu Hənifənin üzüyündə, “Qul-il-xeyir və illa fəsküt” yazılı idi. Xeyr danış, xeyr danışmayacaqsan sus deməkdir.

İmam Əbu Yusifin üzüyündə, “Mən amilə bi-rəyihi nədimə” yazılı idi. Məsləhətləşmədən, öz fikri ilə hərəkət edən peşman olar deməkdir. İstişarəyə, biləndən soruşmağa əhəmiyyət verilməsini bildirir.

İmam Muhammədinin üzüyündə, “Mən sabərə zafirə”  yazılı idi. Səbr edən zəfərə qovuşar, səbr edən muradına çatar, arzusuna qovuşar deməkdir. Allahu təala, Qurani Kərimdə, səbr edənlərlə bərabər olduğunu, səbr edənlərə mükafatlarını hesabsız verəcəyini bildirir.

İmam Şafiinin üzüyündə, “Əl-Bərəkətü fil qənaəti” yazılı idi. Bərəkət qənaətdədir, qənaət edən qurtuluşa çatar, zənginləşər deməkdir. Qənaət edənə Allah kafidir. Qənaət məğlub edilməz ordu, bükülməz qılıncdır. Qənaət edən şükr etmiş olar.

İki üzük taxmaq

Sual: Kişi, hər birinin ağırlığı üç qram olan iki gümüş üzük taxanda, bir misqal yəni 4.8 qramı keçdiyi üçün, caiz olar?

CAVAB

Caiz olmaz. İkisinin məbləği bir misqal olarsa caiz olar.

Nişan üzüyü

Sual:  Kişilərin gümüş nişan üzüyü taxmasının zərəri vardır?

CAVAB

İslamiyyətdə qadağan olduğu bildirilməyən şeylər, icazə verilmiş qəbul edilir. Yəni zərəri olmayan bir adətdir.

Üzük taxmaq

Sual: “Maddəsi nə olarsa olsun, bir ehtiyac yoxdursa kişilərin üzük taxmaması daha yaxşıdır” deyənlər olur, doğrumu?

CAVAB

Kişilərin gümüş xaric, digər maddələrdən üzük taxmaları caiz deyildir. Bayram və Cümə günlərində, 4.8 qramı keçməyən üzük taxmaları isə sünnətdir. (Məvahib-i lədünniyyə, Rədd-ül muxtar)

Nişan  üzüyü

Sual:  “Nişan üzüyü, zinət yəni bəzək olaraq deyil, nişanlı və ya evli olmağın əlaməti olaraq taxıldığı üçün, kişilərin qızıl nişan üzüyü taxmaları və qadınların da nişan üzüyü taxılı olaraq çölə çıxmalarında bir zərər yoxdur” demək səhv deyil?

CAVAB

Əlbəttə, çox səhvdir. Yaxşı niyyət ilə günah mübah olmaz. Kafir qız, “Mənimlə rəqs etsən  müsəlman olaram” desə, Müsəlmanın, yaxşı niyyətlə onunla  rəqs etməsi və ya başqa günah işləməsi caiz olmaz. Yaxşı niyyəti etibarsız, günahı etibarlıdır. “Əməllər niyyətə görədir” hədisi-şərifi taət və mübahlara niyyətə görə savab veriləcəyini bildirir. Günahlar, yaxşı niyyətlə də işlənsə, günah olmaqdan çıxmaz.

İkincisi, dində nişan üzüyü deyə bir şey yoxdur. Adət olduğu üçün taxılır. Mübahı varkən haram olan qızıl taxılmaz. Mütləq qızıl taxmaq lazım olan bir vəziyyət varsa, gümüş üzüyü qızıl ilə örtüb  istifadə etmək də caizdir. Görən qızıl zənn edə bilər, bunun zərəri olmaz.  Qadınlar üçün qızıl caizdirsə də, çöldə və yad kişilərin görəcəyi yerlərdə taxmaları haram olar.  Evli olanın evli olduğunu bəlli edəcək bir işarəyə ehtiyac yoxdur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину