Sual: Bəziləri, “Donuzun yalnız əti haramdır, yağı, dərisi və quyruğu haram deyildir, ayrıca “Heyvan dərisi dabaqlananda təmiz olur” hədisinə istinadən donuzun dərisi dabaqlananda təmiz olur, paltar, kəmər, pulqabı düzəltmək olar, dərisi üzərində namaz qılına bilər” deyirlər. Donuzun dərisi dabaqlansa təmiz olar?
CAVAB
Donuzun yalnız əti pis, yağı, dərisi və quyruğu təmiz ola bilərmi? Ayəti-kərimədə “Donuzun sidiyi nəcisdir” deyə bir ifadə yoxdur deyə, donuzun sidiyi də təmiz qəbul edilərmi? Bu cür iddiaları din düşmənləri edir.
Donuzun hər şeyi haramdır, dərisi dabaqlansa da təmiz olmaz. Ümumiyyətlə hər şeyin bir istisnası olar. İstisnalar qaydanı pozmaz. Bir neçə örnək verək:
1- Bütün möcüzələr məxluqdur, amma istisna olaraq Qurani-Kərim məxluq olmayan möcüzədir.
2- Hər kəs bir ana-atadan dünyaya gəlir, amma Həzrəti Adəm ana-atasız dünyaya gəlmişdir.
3- Həzrəti İsa da atasız yaradılmışdır.
4- Ayəti-kərimədə Cəhənnəmdə kafirlərin əzablarının heç azalmayacağı bildirilir. Ancaq Əbu Ləhəb, Rəsulullah əfəndimizin dünyaya gəldiyini müjdələyən cariyəsini sevincindən azad etmişdi. Bunun üçün, hər il, o gecə ,əzabı yüngülləşir.
5- Qurani-Kərimdə “Meytə və qan sizə haram edildi” buyurulur. (Maidə-3)
Meytə kəsilmədən öldürülən heyvan deməkdir. Hədisi-şərifdə, “Sizə iki meytə və iki qan halal edildi. İki meytə balıq ilə çəyirtkədir, iki qan isə qaraciyər ilə dalaqdır” buyuruldu. (İbni Macə)
Demək ki, boğazından kəsilmədiyi halda balıq və bir qan olduğu halda dalaq yeyilir.
6- Qadın ilə kişi yan-yana camaatla namaz qılsa kişinin namazı pozulur. Amma Kəbədə pozulmaz. Bu Kəbəyə məxsus istisnadır.
7- Müsəlman və kasıb olmaq şərti ilə tələbəyə zəkat verilər. Zəngin tələbələrdən biri istisnadır.
“Məscid-ul-fətava”da bildirilən hədisi-şərifdə, “Elm öyrənməkdə olanın qırx illik nəfəqəsi olsa da, buna zəkat vermək caizdir” buyuruldu. (Rədd-ül muxtar)
8- Müsəlman qadın saç və qollarını aça bilməz. Cariyə bundan müstəsnadır, ona haram deyildir.
9- Köpəklər, axirətdə torpaq olacaqdır. İstisna olaraq Kıtmir adlı köpək Cənnətə girəcəkdir.
10- Hər kəs miras haqqına sahibdir. Ancaq kafir isə miras ala bilməz. Bir hədisi-şərif məali:
“[Çox yaxını olsa da] Müsəlman kafirə, kafirdə Müsəlmana mirascı ola bilməz.” (Buxari) “Məsələn, müsəlman olmayan bir qadının əri Müsəlman isə miras ala bilməz. Müsəlman bir atanın oğlu mürtəd olsa, miras haqqına sahib ola bilməz.
Bunlar hamısı istisna olduğu kimi, dabaqlanan dərilər təmiz olmasına baxmayaraq donuz dərisi istisnadır. Din kitablarında deyilir ki:
Donuz, ilan, siçan və insan dərisi dabaqlamaqla təmiz olmaz. (Rədd-ül muxtar)
Donuz və ilan dərisi, dabaqlansa da təmiz olmaz. (Hələbi, Hidayə, Hindiyyə)
İmam Azam, “Donuz dərisi dabaqlansa da təmiz olmaz.” dedi. (Mizan-ül-kübra)
İlan dərisi ilə donuz dərisi dabaqlanmaqla təmiz olmaz. (Məzahibil Ərbəa)
Donuzun dərisi dabaqlanmaqla təmiz olmaz. (Neməti İslam)
Şafidə it və donuz dəriləri dabaqlanmaqla təmiz olmaz. (Misbah-un-nəcat)
Donuz dərisi dabaqlanmaqla təmiz olmaz. (Böyük İslam Elmihalı)
Zeydiyə firqəsinə mənsub məzhəbsiz Şevkani, “Donuz dərisi də dabaqlananda təmiz olar” deyirsə də, onun sözü Əhli-sünnə Müsəlmanları üçün sənəd ola bilməz.