Facebook Twitter WhatsApp

Televizora baxmaq

Sual: İslam Əxlaqı kitabında, “Hər növ çalğını və ya başqa günahları, radiodan və ya televiziyadan dinləmək haramdır. Özü dinləməsə belə, bunları evində saxlamaq da haramdır. Halala da, harama da birlikdə səbəb olan şeyi evə salmaq caiz deyildir” deyilir. Buna görə kompyuter də, həm halala həm harama səbəb olur.  Radio və televizor kimi, kompyuter də evdə saxlamaq caiz deyil?

CAVAB

Orada bir incəlik vardır. Günah da, savab da işlənə biləcək olan aləti deyil, günah işlənəcək olan, yəni günah işləmək məqsədi ilə bir aləti evə gətirmək caiz olmaz. Günah işlənməyən alətin günahı olmaz. Kompyuterlə, günah olan işlər edilirsə, o zaman o kompyuteri evdə saxlamaq caiz olmaz. Radio və televizorda günah olan bir şey edilmirsə, bunların da evdə olmasının zərəri olmaz.

Pult əlimdə

Sual: Bəziləri, “Evdə televizorun zərəri olmaz. Televizorda nə qədər pis verilişlər olsa da, pult əlimizdə olduğu üçün, pis səhnə gələndə bağlarıq, yaxşılarını açarıq” deyirlər. Zərərli televiziyaya baxmaq səhv deyildir?

CAVAB

Televizor, bir bıçaq, tapanca kimi qüvvətli bir silahdır. Silahla faydalı çox iş edilər. Bu faydalı alət düşmənin əlinə keçərsə, bizə çox zərəri olar. Düşmən silahı belə pis bir işdə istifadə etdiyi üçün, “Silah pisdir” deyilməz. Silahdan günahsız bir kimsəyə qarşı istifadə etmək günah ikən, hərbdə düşmənlərə qarşı istifadə etmək çox savabdır. Silahdan pis işdə istifadə edənlər pislənər. Müasir silahların müdafiədə böyük rolu vardır. Bu silahlar anarxistlərin və ya başqa düşmənlərin əlinə keçərsə, müxtəlif qətliamlara səbəb ola bilərlər. Televiziya da belədir. Yaxşıların əlində olarsa insanlığa böyük xidmətləri olar. Pislərin əlində olarsa insanlığa böyük zərərləri olar.

İnternet, radio, televiziya və filmlər, yaxşı insanlar tərəfindən hazırlanar, Allahu təalanın razı olduğu şeyləri bildirər, İslamiyyətin əhəmiyyətini, əxlaq, ticarət, sənət, fabriklərin çalışması, tarixi hadisələr kimi din və dünya bilgiləri verərsə, bunlara tamaşa etmək və dinləmək günah olmaz. Faydalı kitab və jurnal oxumaq kimi hər Müsəlmana lazım olar.

İndi internet ilə Avropa, Amerika və digər qitələrdən mesajlar gəlir. Müxtəlif suallar soruşulur. Dərhal cavablandırmaq imkanı olur. Həqiqətən, böyük xidmətlərə vəsilə olur. Xaricilərdən, qeyri-müsəlmanlardan da e-mail gəlir.

Görməyən vətəndaşların, radio və televizordakı din bilgilərindən, eşitməyən vətəndaşların da qəzetlərdən istifadə etməyi çox normal deyilmi?

Dinə xidmət üçün texniki imkanlardan, hər cür müasir vasitələrdən faydalanmaq şərtdir. Cihada hazırlanmayıb, yeni vasitələrdən istifadə edilmədən edilən duaları Allahu təala qəbul etməz. Duanın qəbul olması üçün əvvəl səbəblərinə yapışmaq lazımdır. Düşmən atom bombasından istifadə edərkən  tüfənglə qarşısına çıxılmaz.

Düşmən hər növ vasitə ilə dini yıxmağa çalışarkən, dinə xidmət üçün qəzet, radio və televiziyadan, internetdən istifadə etməmək düşmənin çörəyinə yağ sürtməkdir.

Televizor və radio yaxşı bir təhsil vasitəsidir, demişdik. Məsələn, namazın necə qılınacağını tətbiqi olaraq göstərmək çox yaxşı olar.  Lakin namaz qılan imamın filmini götürüb, imam yerinə ekrandakı bu görünüşə uymaq caiz olmaz. Bunun kimi azan oxuyan müəzzinin filmini videoya yazıb, vaxt gələndə videodan azan oxutdurmaq da caiz olmaz. Çünki televizor ekranındakı rəsm müəzzinin özü deyil, görünüşüdür. Televizordakı səs də müəzzinin şəxsən öz səsi deyil, bənzəridir.

Göstərilən filmin bir səhnəsində dinlə lağ edilən bir şey olsa buna tamaşa edən müsəlman da buna istəyərək gülsə o Müsəlmanın imanı gedər. Həmçinin, dinə zidd xüsuslar, ədəbsizlik, yaxşı bir şey kimi göstərilməyə davam edilərsə, istər-istəməz tamaşaçının beyni mənfi istiqamətə meyl edir. Uşaqlara isə zərəri daha çox olar.

“Əmr əlimdədir, pis səhnə gəlincə bağlayaram” demək səhv olar. Zamanla insan bunlara alışar, normal hala gələr. Bu filmi, o filmi də seyr edim deyərkən, filmlərdəki səhv, pis olan şeyləri də istər-istəməz seyr edərik.

Qırx il bundan əvvəl televizor yeni çoxalmağa başlamışdı. Qonşu bir qadın demişdi ki: Ailəliklə televizor seyr edərkən uyğunsuz səhnələr, öpüşmələr, filan olanda biz başqa otağa keçərdik, qayınatam seyr etməyə davam edərdi. Zamanla hamısına alışdıq. Hər səhnəni ailəliklə, birlikdə seyr etməyə başladıq.

Bu baxımdan, əmr əlimdə demək səhvdir. Bir kanaldan çıxıb, başqa kanala baxılır.

İctimai media

Sual: İctimai media zərərlidir? Bir müdir, “Yaxşı insanlar də Twitterə girsinlər, təxribatçıların zərəri önlənsin” deyir. Bütün yaxşılar Twitterə girsə, pislərin zərərini önləmək mümkündürmü?

CAVAB

 Əvvəlcə baxaq görək medianın zərəri vardırmı. Hər cür media bıçaq kimidir, təsirli bir silahdır. Bıçaqla yaxşı işlər edilərsə, faydalı olar. Bıçaq düşmənin əlinə keçərsə, gözümüzü oyar, qırtlağımızı kəsə bilər. Düşmən, bıçaqdan belə pis bir işdə istifadə etdiyi üçün  “Bıçaq pis alətdir” deyilməz. Bıçaqdan, pis işdə istifadə edənlər pislənər.

Müasir silahların müdafiədə böyük rolu olar. Bu silahlar terrorçuların və ya soyğunçuların əlinə keçərsə, müxtəlif pis hadisələrə səbəb ola bilərlər. Media da belədir. Yaxşı insanlar istifadə edərsə böyük xidmətləri olar. Pislər istifadə edərsə, insanlığa böyük zərərlər verərlər.

Təxribatçıların zərərlərini görən yaxşı kimsələr, Twitterdə nə edə bilər. Sadəcə bunların yalan olduğunu söyləyə bilər, bəlkə onların özləri də, bu yalanların təsiri altında qala bilərlər. Çünki uydurma adlarla yağış kimi tweet yağanda, insan öz yalanına belə inanar.

Bir soyğunçu, bir neçə saat içində çox yer yandırar, bir meşəni qısa zamanda kül edə bilər, amma o meşəni yenidən salmaq üçün illərin keçməsi lazımdır. Dağıtmaq asandır, qurmaq çətindir. Məşhur bir söz vardır: “Süleymaniyə Məscidini bir neçə soyğunçu, bombayla və ya başqa alətlərlə  qısa zamanda yıxa bilər. Amma onu yenidən inşa etmək üçün bir Sinan, bir də Süleyman lazımdır.”

Bir dəli bir quyaya bir daş  atar, qırx ağıllı çıxara bilməz.

Yaxşı kimsənin Twitterdə rolu çox az olar. Müsəlman kimsə, provokatorlardan yüz qat daha cəsur olsa da, yalan və böhtan edə bilməz. “Bölücülər yalan söyləyir” deməkdən başqa şey əlindən gəlməz. Amma bölücülər, tutmazsa da iz buraxar deyə, dayanmadan sağa sola palçıq atarlar, önlərinə gələn hər şeyi yandırıb yıxarlar.

Bu işlər qarşı hücumla önlənə bilməz. Yalan yazanlara, təhrik edənlərə, xalqı pis şeylərə sövq edənlərə, provokatorluq edənlərə, yandırıb yıxanlara ağır cəzalar verməklə böyük ölçüdə qarşısı alınar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину