Sual: Zənginin köhnə paltar geyinməsi uyğun olarmı?
CAVAB
Rəsulullah əfəndimiz köhnə paltarlı birindən, “Malın yoxdurmu?” deyə soruşdu. O şəxs malının çox olduğunu söyləyəndə, ona belə buyurdu:
“Allahu təala bir mal verəndə, bu nemətin əsəri üzərində görülsün.” (Nəsai)
İki hədisi-şərif məali də belədir:
“Allahu təala bir quluna nemət verdiyi zaman, o nemətin əsərinin o qulun üzərində görülməsini sevər.” (Tabərani)
“Gözəl geyinin ki, Allahu təalanın sizə verdiyi nemətlərin əsəri görülsün!” (Tabərani)
Yaraşıq ilə zinət fərqlidir. Yaraşıq çirkinliyi aradan qaldırmaq, təmkin sahibi olmaq və şükr etmək üçün neməti göstərmək deməkdir. Allahu təala yaraşıqlı olmağı mədh edir. Yaraşıq üçün təmiz, gözəl geyinmək mübahdır. Qürur, göstəriş üçün geyinmək haram olar. İş və vəzifə sahiblərinin, zənginlərin, məsələn baş direktorların, müdirlərin, fabrik müdirlərinin vəziyyətə görə çox yaxşı geyinmələri lazımdır.
Həzrəti Ömər, “İki növ paltarınız olsun, biri qəşəng digəri də təvazökar olsun. Paltarın qəşəng, təmiz olması insanın şərəfinin zərurətidir” buyurdu. İbni Ömər həzrətləri də “Necə paltar geyinim?” deyə soruşan birisinə, “Alçaq kəslərin lağına, mədəni kəslərin də səni ayıblamasına səbəb olmayacaq bir paltar geyin!” buyurur. İmam Əzəm həzrətləri 400 qızıl dəyərində çox qiymətli paltar geyərdi. Tələbələrinə gözəl geyinmələrini əmr edərdi. İmam Əzəm, “Həzrəti Ömərin yamaqlı əba geyinməsi, Əmr-ül-möminin olduğu üçün idi. Gözəl geyinsəydi məmurları da gözəl geyinər, kasıbları millətdən zülmlə mal alardılar” buyurdu. Həzrəti Talha çox zəngin idi. Qəşəng geyinər, bəzəkli gəzərdi. Üzüyündə çox qiymətli yaqut daşı vardı.
Hikmət əhli, “Elə bir paltar geyin ki, sən ona deyil, o sənə xidmət etsin!” buyurur. İnsanlara moizə və nəsihət edəcək kəslərin yeni, təmiz paltar geyinərək özlərinə yaraşıq vermələri ibadət olar. Hörmət edilməzlərsə sözləri dinlənməz. Çünki cahillər insanın zahirinə (xarici görünüşünə) baxar. Elmdən anlamazlar. Bəzək və göstəriş üçün geyinmək isə haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Bəzəkdən çəkinmək imandandır.” (İbni Macə)
“Bəzək və göstəriş üçün geyindiyi paltarı üstündən çıxarmadığı müddətcə, Allahu təala ona rəhmət etməz.” (Tabərani)
“Allahu təala təvazökar paltar geyinəni sevər.” (Beyhəqı)
“ Qürur və göstəriş üçün şöhrət sahibi kəslərin geyindiyi paltarı geyinəni Allahu təala o paltarları ilə birlikdə atəşə atar.” (Rüzəyn)
Demək ki, bəzək və göstəriş üçün paltar geyinmək haramdır.
Məqam, vəzifə sahibi olmayan, sabit gəlirli kəslərin, zənginlərin və ya məqam sahiblərini yaxud həddini bilməyən qonşularını örnək alaraq göstəriş üçün evlərini müxtəlif əşyalarla bəzəmələri doğru deyildir.
Havanı yox sarımsaq əzməyə,
Taksi ilə gedər həmişə gəzməyə.
(Havan: İçində bir şey döyüb əzmək üçün taxta, daş, metal və ya plastikdən hazırlanan qab)
Sarı və qırmızı
Sual: Kişilərin sarı və qırmızı rəngdə paltar geyinmələri günah olar?
CAVAB
Xeyr, günah deyildir. Bir qövlə görə tənzihən məkruh olduğu bildirilmişdir.
В корзине: 0 шт.
на сумму: 0