Facebook Twitter WhatsApp

Kirayə verilən əşyanın təmiri

Sual: Kirayədə olan binanın və əşyanın təmiri kimə aiddir? Kirayə müddəti bitdikdə, mal sahibi vaxtı uzatmasa, kirayəçi çıxmalıdırmı?

Cavab: Kirayədə olan binanın, əşyanın təmiri və zamanla tıxanmış boruların təmiri ev sahibinə aiddir. Təmir etməsə, kirayəçi evdən çıxa bilər. Lakin ev sahibini düzəltdirməyə məcbur edə bilməz. Ev sahibinin izni ilə düzəltdirsə, pulunu kirayədən kəsə bilər. Xəbərsiz özü etdirsə, kəsə bilməz. İstifadəsi lazım olan şeylərin [məsələn, mətbəx sobasının] təmir pulunu kirayədən kəsə bilməz.

Kirayəçi mala zərər versə, mal sahibi çıxara bilməz, ancaq məhkəməyə verə bilər.

Bir obyekti kirayə götürüb təslim alan şəxs bir müddət iş görməsə, obyekt bağlı qalsa da, kirayəni tam verməlidir.

Bir evin bir otağı, yaxud bir divarı yıxılsa, kirayəçi çıxa bilər və ya tam ödənişlə başqa otağında qala bilər. Kirayə müddəti bitdikdə, mal sahibi vaxtı uzatmasa, kirayəçi çıxmalıdır. Malı olduğu kimi təslim etməlidir. Təslim etməsə qəsb etmiş sayılır. Lakin müəyyən müddət ərzində normal istifadə edilərək xarab olsa qəbahət sayılmaz. (Tam İlmihal s. 871)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину