Facebook Twitter WhatsApp

Böyük günahlar

Böyük günahlar çoxdur, yetmiş iki böyük günah bunlardır.

1. Haqsız yerə adam öldürmək.
2. Zina etmək.
3. Livata (uşaqbazlıq) etmək.
4. Şərab və hər cür spirtli içkiləri içmək. (Pivə içmək haramdır).
5. Oğurluq etmək.
6 Keyf üçün uyuşdurucu maddə yemək və içmək.
7. Başqasının malını qəsdən, zorla almaq. Yəni talan etmək.
8. Yalan yerə şahidlik etmək.
9. Ramazan orucunu üzrsüz müsəlmanların yanında yemək.
10. Faiz alıb-vermək.
11. Çox and içmək.
12. Anaya-ataya qarşı gəlmək.
13. Məhrəm və saleh qohum-əqrabaya silai-rahmi (ziyarəti) tərk etmək.
14. Müharibədə hərbi tərk edib düşmən qarşısından qaçmaq.
15. Haqsız yerə yetimin malını yemək.
16. Tərəzisini və ölçüsünü haqq üzərə istifadə etməmək.
17. Namazı vaxtından əvvəl və ya sonra qılmaq.
18. Mömin qardaşının qəlbini qırmaq. (Kəbəni yıxmadan daha böyük günahdır.
Allahü təalanı ən çox incidən küfrdən sonra qəlb qırmaq kimi böyük günah
yoxdur.
19. Rəsulullahın “sallallahü aləyhi və səlləm” söyləmədiyi sözü söyləmək və
Ona istinad etmək.
20. Rüsvət almaq.
21. Haqq olan şahidlikdən boyun qaçırtmaq.
22. Malın zəkatını və uşrunu verməmək.
23. Gücü çatdığı halda münkəri, günah işləyəni görüncə mane olmamaq.
24. Canlı heyvanı atəşdə yandırmaq.
25. Quran-ı azim-uş-şanı öyrəndikdən sonra oxumağı unutmaq.
26. Allahü azim-uş-şanın rəhmətindən ümidini kəsmək.
27. Müsəlman olsun, kafir olsun, insanlara xəyanət etmək.
28. Donuz əti yemək.
29. Rəsulullahın Əshabələrindən “ridvanullahi Təala aləyhim əcmain” hər
hansı birini sevməmək və söymək.
30. Qarnı doyduqdan sonra yeməyə davam etmək.
31. Qadınların ərinin yatağından qaçması.
32. Qadınlar ərindən icazəsiz ziyarətə getmək.
33. Namuslu bir qadına fahişə demək.
34. Müsəlmanlar arasında söz daşımaq.
35. Övrət yerlərini başqasına göstərmək. (Kişinin göbəklə dizi arası, qadının
saçı, qolu, ayağı övrətdir.) Başqasının övrət yerinə baxmaq da haramdır.
36. Leş yemək və başqasına yedirmək.
37. Əmanətə xəyanət etmək.
38. Müsəlmanı qeybət etmək.
39. Həsəd etmək.
40. Allahü azim-uş-şana şərik qoşmaq.
41. Yalan danışmaq.
42. Təkəbbürlülük, özünü üstün görmək.
43. Ölüm xəstəsinin varisindən mal gizlətmək.
44. Çox xəsis olmaq.
45. Dünyaya məhəbbət etmək.
46. Allahü təalanın əzabından qorxmamaq.
47. Haram olanı haram etiqad etməmək.
48. Halal olanı halal etiqad etməmək.
49. Falçıların falına, qeybdən xəbər verməsinə inanmaq.
50. Dinindən dönmək, mürtəd olmaq.
51. Üzrsüz başqasının qadınına, qızına baxmaq.
52. Qadınların kişi paltarı geyinməsi.
53. Kişilərin qadın paltarı geyinməsi.
54. Harəm-i Kəbədə günah işləmək.
55. Vaxtı gəlmədən azan oxumaq və namaz qılmaq.

56. Dövlət adamlarının əmrlərinə, qanunlara üsyankar olmaq, qarşı gəlmək.
57. Arvadının məhrəm yerlərini anasının məhrəm yerinə bənzətmək.
58. Arvadının anasına söymək.
59. Bir-birinə nişan almaq.
60. İtin artığını yemək, içmək.
61. Etdiyi yaxşılığı başa qaxmaq.
62. İpək geyinmək (kişilər üçün).
63. Cahillikdə inad etmək. (Əhli-sünnət etiqadını, fərzləri, haramları və lazımlı olan hər məlumatı öyrənməmək.)
64. Allahü təaladan və islamiyyətin bildirdiyi adlardan başqa şey söyləyərək
and içmək.
65. Elmdən boyun qaçırmaq.
66. Cahilliyin müsibət olduğunu anlamamaq.
67. Kiçik günahı təkrar işləməkdə inad etmək.
68. Zəruri olmayaraq qəhqəhə ilə çox gülmək.
69. Bir namaz vaxtını qaçıracaq zaman qədər cünüb (qüslsüz) gəzmək.
70. Adətli və nifas halında olan arvadına yaxın olmaq.
71. Mahnı oxumaq. Əxlaqsız mahnıları söyləmək, musiqi, çalğı alətlərindən
istifadə etmək.
72. İntihar etmək, yəni özünü öldürmək.


Siğə nikahı, müvəqqəti nikah haramdır. Qadınların, qızların, başı, saçı, qolları, ayaqları açıq küçəyə çıxmaları haram olduğu kimi, incə, bəzəkli, dar, xoş ətirli
paltar ilə çıxmaları da haramdır.
Dizi ilə göbəyi arası dar paltar ilə örtülmüş qadına ehtirassız da baxmaq haramdır. Yad qadının iç paltarlarına şəhvətlə baxmaq haramdır. Sıx, dar örtülmüş,
digər övrət yerlərinə şəhvətlə baxmaq haramdır. Şəhvətə, harama səbəb olan rəsmləri düzəltmək, çap etmək, çəkmək haram olar. (Haramlara, “nə var bunlarda”, demək küfr olar). Dəstəmaz və qüsldə, lazımı miqdardan artıq su istifadə etmək israf
olub, haramdır. Keçmiş övliyaya dil uzatmaq (söymək), onlara cahil demək, sözlə-
rindən əhkami islamiyyəyə uymayan mənalar çıxarmaq, öldükdən sonra da kəramət göstərdiklərinə inanmamaq və ölüncə övliyalıqları bitər sanmaq və onların qə-
birləri ilə bərəkətlənənlərə mane olmaq, müsəlmanlara sui-zənn (şübhə etmək),
zülm etmək, mallarını qəsb etmək kimi və həsəd, iftira, yalan söyləmək və qeybət
etmək kimi haramdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину