Facebook Twitter WhatsApp

Yaxşı yoldaş seçmək

Yaxşı yoldaş seçmək

Sual: İnsanın ən böyük düşməni kimdir?

CAVAB

Müsəlmanın ən böyük üç düşməni vardır: Şeytan, nəfs və pis yoldaş. Pis yoldaş şeytandan və nəfsdən daha zərərlidir. Bir hədisi-şərif məali:

İnsanın dini yoldaşının dini kimidir. Kiminlə dostluq etdiyinizə diqqət edin!” [Hakim]

Şeytan və nəfsimiz pis yoldaş vasitəsiylə bizi fəlakətlərə sürükləyir. Pis yoldaşdan ilandan, aslandan qaçan kimi qaçmaq lazımdır. İki hədisi-şərif məali belədir:

“Gözləri üstümdə olan, məni həmişə müşahidə edən, yaxşılığımı görəndə ört-basdır edən, bir pisliyimi gördükdə isə bunu ətrafa yayan pis dostdan sənə sığınıram ya Rəbbi!” [İ.Nəccar]

“Pis yoldaş dəmirçi körüyü kimidir. Körükləndiyi zaman alov qığılcımları səni yandırmasa da qoxusu səni narahat edər.” [Buxari]

Yaxşı yoldaş kimdir? Bir neçə hədisi-şərif məali:

“Ən yaxşı yoldaş, Allahı andığında kömək edən, unutduğunda sənə xatırladandır.”  [Hakim]

“Ən yaxşı yoldaş sözləri ilə elminizi artıran, əməli də axirəti xatırladandır.” [Hakim]

“Yaxşı yoldaş gözəl ətir satan kimidir. Sənə ətir vurmasa da, yanında olduğun müddətdə gözəl qoxusundan faydalanarsan.” [Müslim]

Yaxşı dostlar axtarmaq, tapdıqda da onlara xidmət etməyi böyük nemət bilmək lazımdır. Elmindən, gözəl əxlaqından istifadə edilən saleh bir dosta lüzumlu hörməti göstərmək lazımdır! Onun canını və malını, öz can və malından əvvəl qorumaq lazımdır! Ayıblarını araşdırmamaq, ayıbı olsa belə görməmək və kimsəyə söyləməmək, hətta onun ayıbını düşünməmək, unutmaq lazımdır! Sözünə etiraz etməmək, əsla münaqişəyə girməmək lazımdır! Əleyhinə danışan olarsa, uyğun şəkildə susdurmaq, alınacağı və ya kədərlənəcəyi bir söz söyləməmək lazımdır! Sui-zənn etməməli, uyğun olmayan hərəkətlərini fikirli olmasına və ya unutqanlığa yozmaq lazımdır! Yəni, bir bəhanə axtarıb günahsız olduğunu qəbul etmək lazımdır, çünki gözəl əxlaq sahibi insanları üzrlü görər, onların qüsurlarını meydana çıxarmaz.

Yoldaşın kimdir?

Sual: Bir gün mərhum xocamla görüşdüyüm vaxt, “Sənin yoldaşın filan kimsədir” demişdilər. Mənim bir çox yoldaşım varkən, niyə xüsusilə onu söyləmiş ola bilər?

CAVAB

Yoldaşınız çox ola bilər, amma içlərində yanlış yollarda olanlar, başqa yerə bağlananlar ola bilər. “Xocam” dediyiniz şəxsin bildirdiyi yoldaş, hansı yoldadırsa, sizin də o yolda olmağınız lazımdır. Yəni bu söz, “Onu özünə yoldaş et, onun yolunda ol!” deməkdir. İnsanın dini yoldaşının dini kimidir. Kiminlə yoldaşlıq etdiyinizə diqqət edin!” məalindəki hədisi-şərif, “Sənin yoldaşın kim isə, sən də onun dinində, onun yolunda olarsan, ona bənzəyərsən” deməkdir. İnsan sevdiyi ilə bərabərdir” hədisi-şərifi də eyni şeyi bildirir. Bir-birini sevənlərin ortaq tərəfləri çox olar.

Atalarımız da, “Dostunu göstər sənin kim olduğunu deyim” demişdirlər. Çünki insan ortaq tərəfləri olan şəxslərlə yoldaşlıq edər. Əgər o şəxsin əmrini qulaq ardı edərsəniz ona tabe olmamış olarsınız.

Yaxşı insan olmaq üçün yaxşılarla birlikdə olmaq lazımdır! Böyüklərimiz də, “Kim olduğun deyil, kiminlə olduğun mühümdürbuyurmuşdurlar. O halda, o şəxsin dediyi yoldaşlarla birlikdə olmağa və onun yolunda getməyə çalışmalısınız. Böyüklər dünyadakı fayda və zərərə deyil, axirətdəki fayda və zərərə baxaraq danışarlar və axirət üçün əhəmiyyətli olmadıqca bir şeyi insana şəxsən söyləməzlər. Buna görə çox diqqətli olmaq lazımdır.

 

Sual: Bir nəfərlə səfərə çıxdıqda, yol yoldaşı olduqda, nəyə diqqət etmək lazmdır?

Cavab: Bir nəfərlə yol yoldaşı olduqda, əgər piyada gedirsə, onun getdiyi qədər getmək, onunla söhbət edərkən sağa, sola baxmamaq, ehtiyac üçün ondan bir müddət ayrıldıqda işini bitirən kimi dərhal yanına dönmək, onu gözlətdirməmək lazımdır. Yoldaşının haqqına riayət etmək, onu incitməmək lazımdır. Namazları onunla camaat olaraq qılmaq və ondan ayrılarkən onun halallaşmaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину