Facebook Twitter WhatsApp

Yaxşılarla birlikdə olmaq

Sual: Yaxşılarla birlikdə olmağın dindəki yeri nədir?

CAVAB

Salehlərlə birlikdə olan onlardan heç bir şey öyrənməsə belə yeddi ikrama qovuşar:

  • Elm tələbəsinin fəzilətinə qovuşar.
  • Onlarla birlikdə ikən günahlardan uzaq olar.
  • Evindən çıxışından etibarən rəhmət olunar.
  • Onlara enən rəhmətdən o da faydalanar.
  • Onları dinləyərkən savab yazılar.
  • Mələklər ondan məmnun olub dua edər.
  • Atdığı hər addım günahına kəffarə olar.

Allahu təala da ona altı ikram edər:

  • Elm əhliylə olmağı ona sevdirər.
  • Alimə tabe olanlar kimi savaba qovuşar.
  • O salehlərdən birinin şəfaətinə qovuşar.
  • Günahkarların getdiyi yerlərdən soyuyar.
  • O da salehlərin yoluna girmiş olar.
  • Dinimizin əmrinə tabe olmuş olar.

Bir kimsə Peyğəmbər əfəndimizə, “Qiyamət nə vaxt qopacaq?” deyə soruşdu. Ona cavab olaraq, “Qiyamət üçün nə hazırladın?”  buyurdu. O kimsə, “Çox ibadətim yoxdur. Amma Allah və Rəsulunu sevirəm” dedi. Ona, “Hər kəs sevdiyi ilə birlikdə olacaqdır. Sən də axirətdə sevdiyin ilə bərabər olacaqsan” buyurdu. (Buxari)

Hikmət əhli buyurur ki:

  • Alimlərlə birlikdə olanın elmi artar.
  • Salehlərlə birlikdə olanın ibadətə rəğbəti və günahlardan çəkinmə arzusu artar.
  • Fasiqlərlə [açıqdan günah işləyənlərlə] oturub-duranın günah işləmə cürəti artar.
  • Zənginlərlə oturub-duranın dünya sevgisi artar.
  • Kasıblarla bərabər olanın şükrü artar. Bir kimsə bir alimlə dünyanı gəzsə, alimdən dininə aid bir məsələ öyrənsə, birlikdə etdikləri səyahəti boşa getmiş olmaz. Bir kimsə də alimlərlə, salehlərlə birlikdə olsa, heç bir şey istifadə edə bilməsə belə onların üzünə baxması onun üçün böyük bir nemətdir. Çünki saleh Müsəlmanın üzünə baxmaq ibadətdir.

Pis yoldaş bir dənə olsa da çoxdur. Yaxşı yoldaş min dənə olsa da azdır. Yaxşılarla dost olmaq və sayısını çoxaltmağa çalışmaq lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Çox dostunuz olsun, çünki Rəbbiniz kərimdir. Qiyamətdə dostları arasında olan quluna əzab etməkdən həya edər.” [Şirə]

“Çox tanışınız olsun! Qiyamətdə hamısı da şəfaət edər.” [Şirə]

“Allahu təala riza-ı ilahi üçün bir din qardaşa malik olanın Cənnətdəki dərəcəsini yüksəldər.” [İ.Əbiddünya]

“Allah üçün axirət qardaşlığına sahib olan axirətdə öz qardaşından daha faydalı köməkləri, o axirət qardaşından görər. Allahu təala axirət qardaşını çox sevəni, o nisbətdə çox sevər.” [Ey Oğul Elmihalı]

Yaxşılarla yoldaşlıq, dostluq belə qiymətli ikən, pislərlə yoldaşlıq daha pisdir. İnsanın dünyasını da axirətini də yıxar.

Ağıllı, elm sahibi, yaxşı əxlaqlı, doğru sözlü, comərd olan və günahlardan qaçan şəxslərlə yoldaşlıq etmək lazımdır. Qurani-kərimdə məalən, “Mənim yolumda gedənlərə tabe ol” buyurulur. (Loğman 15)

Hədisi-şərifdə buyuruldu ki:

“Ev almadan əvvəl qonşu, yola çıxmadan əvvəl yoldaş seçin! Səfərdən əvvəl də azuqə tədarükünə çalışın!” [Tabərani] (Axirət yolçusunun azuqəsi doğru iman və yoldaşı da saleh isə nə xoşbəxtdir o)

Pislərdən uzaq durmaq lazımdır

İmanımızın üç düşməni vardır: Şeytan, nəfs və pis yoldaş. Ən zərərlisi pis yoldaşdır. O, nəfsimizin və şeytanın vasitəsi ilə bizə zərər verər. Yoldaşların ən pisi insanın dinini, imanını, ədəbini, həyasını, əxlaqını pozmağa çalışan, beləcə dünya və axirətinə, əbədi səadətinə hücum edəndir. Salehlər, yaxşılar anıldığı vaxt rəhmət, pislər anıldığı vaxt lənət yağar. Pislərdən uzaq dayanmağa çalışmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Pis yoldaş dəmirçi körüyü kimidir. Üfləndiyi vaxt od qığılcımları səni yandırmasa da, qoxusu səni narahat edər.”  [Buxari]

Pis qoxu fərqində olmayaraq paltara hopar. Pisin yamanlığı da fərqində olmayaraq insanın qəlbinə girər. Bu halda ediləcək iş pis yoldaşlardan uzaq  daurmaqdır. Namuslu, iffətli yaşamaq istəyənə Cənabı Haqq nəsib edər. Bir hədisi-şərifdə buyuruldu ki:

“İffət tələb edəni Allahu təala iffətli edər.”  [Hakim]

İffətli olan, ailəsinin də iffətli olmasını istəyər. Onları da pislikdən qoruyar. Özü pis olarsa, bir gün ailəsi də Allah qorusun pis yollara düşə bilər. Uşaqlarının iffətsiz olmasını hansı ana-ata istəyər? Uşaqlara yaxşı örnək olmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“İffətli olsanız, qadınlarınız da iffətli olar.”   [Tabərani]

“Pislikdən qorunmaq üçün nikahlı yaşamaq və iffətli olmaq lazımdır.” [İbni Asakir]

Qurani-kərimdə namaz qılanın hər pislikdən qorunacağı bildirilir. Hər kəs nə əkərsə onu biçər. Külək əkən, fırtına biçə bilər. Yaxşılıq edən də yaxşılıq biçər. Həm də Allahu təala çox mərhəmətlidir. Bir toxuma, birə on və daha çox məhsul verər. Yaxşılıq baxımından bir addım atana çox şey lütf edər. Günahlarına peşman olub üzr istəyənin günahlarını əfv edər. Yetər ki, insan səhvini bilib üzr və ya əfv istəməsini bilsin! “Mən artıq məhv oldum, Allah məni əfv etməz” deyə düşünmək çox səhv və çox təhlükəlidir. Zərərin harasından qayıdılarsa qazancdır. “Allah artıq məni əfv etməz” deyərək günahlara davam etməmək, günahlarım çox deyə tövbədən çəkinməmək lazımdır. Ən böyük günahların da tövbəsi olur. 

Pis işlər dünyada da üz qarasıdır. Axirətdə isə əzabı çox şiddətlidir. “Mən ölmərəm” və ya “Cəhənnəm odu mənə zərər verməz” deyən varsa istədiyi pisliyi etsin! Hədisi-şərifdə buyuruldu ki:

“Dünya üçün dünyada qalacağın qədər, axirət üçün axirətdə qalacağın qədər çalış! Allaha möhtac olduğun qədər itaət et! Cəhənnəmə dözə biləcəyin qədər günah işlə!” [Əyyühəl Vələd]

Öləcəyinə inanan və öldükdən sonra başına gələcəkləri düşünən, necə pislik işləyə bilər?

İnsan öz qüsurlarını çətin anlayar. Güvəndiyi yoldaşına soruşaraq da qüsurunu öyrənər. Sadiq dost yoldaşını təhlükələrdən qoruyandır. Belə bir yoldaş tapılarsa, bunu böyük nemət bilmək lazımdır. Onun tövsiyələrinə hirslənməmək lazımdır. Məsələn, qeybətin zinadan pis olduğu, savabları atəşin quru odunu yandırdığı kimi yox etdiyi hədisi-şəriflərlə bildirilmişdir. Biz qeybət edərkən bir yoldaşımız, “Sus, savabların yanacaq, Cəhənnəmə gedəcəksən!” desə bizə yaxşılıqmı etmiş olar, pislikmi? Yaxşılıq etdiyinə görə, belə yoldaşa hirslənməkmi, yoxsa minnətdar olmaqmı lazımdır?

Pislərlə oturub-durmaq

Sual: Pisləri düzəltmək niyyətiylə onlarla oturub-durmaqda zərər vardır?

CAVAB

İnsana müxtəlif vəsvəsələr gələr. Günaha, hətta Allah saxlasın küfrə də meyl edə bilər.

Hədisi-şərifdə buyuruldu ki:

“Möminin qəlbi qaynayan qazandan daha çox dəyişikliyə məruz qalır”  [Hakim]

Bunun üçün pis yoldaşlardan və pis işlərdən uzaq durmaq lazımdır. Səhv bir kimsəni düzəltməyə çalışacağam deyə onunla yoldaşlıq edilərsə, özünün pozulma ehtimalı daha çoxdur.

Qəlb pis kəslərin yanında qəflətə dalınca şeytan da vəsvəsə verər. İşıqla qaranlığın toqquşması kimi, Allahu təalanı anınca şeytan qaçar, unudunca şeytan gələr. Qurani-Kərimdə də məalən buyurulur ki:

“Şeytan onlara qələbə çaldı və Allahı anmanı unutdurdu.” [Mücadələ 19]

Şeytanın qələbə çalmaması üçün pis yoldaşlardan uzaq durmaq lazımdır.

Pislərə yaxınlaşanın pisliklərdən uzaq dayanması çətindir. Hədisi-şərifdə buyuruldu ki:

“Uçurumun kənarında gəzən uçuruma yuvarlana bilər.” [Buxari]

“Mən pislərlə gəzirəm amma, onların mənə zərəri toxunmaz” demək çox səhvdir. İnsanın dini yoldaşının dini kimidir. Fərqində olmadan yoldaşının xasiyyətlərinə sahib olar. O halda yaxşılarla yoldaş olmağa çalışmaq lazımdır!

Yaxşı insanlarla gəzmək və yaxşılardan bəhs etmək də nemətdir. Çünki hədisi-şərifdə, “Salehlər, yaxşılar anıldığı vaxt rəhmət nazil olar” buyuruldu. (İ.Əhməd)

Rəhmət Cənnətə girmək və Allaha qovuşmaqdır. Salehlər, yaxşılar anılanda bu rəhmətin səbəbinə qovuşulmuş olar. Salehlərə tabe olma istəyi başlayar. Salehlərə tabe olan da Cənnətə girər. “Pisin mənə nə zərəri toxunar ki?” demək çox səhvdir. Çürük bir meyvə bütün meyvələrin çürüməsinə səbəb olar. 

Hədisi-şəriflərdə buyuruldu ki:

“Salehləri anmaq günahlara kəffarədir.” [Deyləmi]

“Fəzilət əhlini ancaq fəzilət sahibləri tanıyar.” [Deyləmi]

“Fiqh öyrənilən yerdə olmaq, bir illik ibadətdən daha xeyirlidir.” [Deyləmi]

“Qırx gün içində bir elmi söhbətdə olmayanın qəlbi qaralar. Böyük günah işləməyə başlayar. Çünki elm qəlbə həyat verər.” [Müjdəci Məktublar]

“Ya alim, ya tələbə və ya bunları dinləyənlərdən olun! Yaxud elm əhlini sevənlərdən olun! Bunlardan qeyrisi olan həlak olar!” [Beyhəqı]

“Övliyanı görəndə Allah xatırlanar.” [H.Tirmizi]

“Hər şeyin qaynağı vardır. Təqvanın mənbəyi ariflərin qəlbləridir.” [Tabərani]

“Böyüklərlə oturun, alimlərə soruşun və hikmət əhli ilə birlikdə olun!” [Tabərani]

Belə saleh kimsələr tapılmazsa pislərdən uzaq durmaq lazımdır.

Dağda yaşayan birinə, “Burada nə edirsən” demişlər. O da, “Köpək çobanlığı edirəm” demiş. “Hanı burada köpək yox” demişlər. “Mənim nəfsin it kimi dişləyəndir. Kimsəyə zərəri toxunmasın deyə onu insanların arasından çıxardım” demiş.

Sual: Bidət əhli və fasiqlərlə islah üçün onlarla görüşüb müzakirə etməkdə zərər vardır?

CAVAB

Çox zərəri vardır. Onları düzəltmək yerinə özümüz pozula bilərik. İslamiyyətə tabe olmayanlar, günah işləyənlərdən və bidət əhlindən təcrid olmaq lazımdır, yəni bunlardan uzaq durmaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Hikmət on qisimdir. Doqquzu təcriddə, biri də az danışmaqdadır.” [Beyhəqı]

Belə insanlarla zərurət qədər görüşmək lazımdır! “Xalq pozuldu aşkara, müdəradır tək çarə” buyurulmuşdur. Yəni onlarla yola getmək lazımdır.

Vaxtı çalışmaqla, Allahı zikr etməklə, təfəkkürlə və ibadətlə keçirmək lazımdır! Əyləncə zamanı öldükdən sonradır. Saleh, təmiz müsəlmanlarla görüşmək, onlara faydalı olmaq və onlardan faydalanmaq lazımdır! Lazımsız, faydasız sözlərlə zamanları zay etməmək lazımdır! Zərərli kitabları, qəzetləri oxumamaq lazımdır, belə radioları, televiziyaları dinləməmək, seyr etməmək lazımdır. İslam düşmənlərinin kitabları, qəzetləri, radioları, televiziyaları, dini, İslami yox etmək üçün hiyləgərcə çalışır. Gəncləri dinsiz əxlaqsız etmək üçün planlar qururlar. Bunların tələlərinə düşməmək lazımdır!

Az danışmaq, az yatmaq və az gülmək lazımdır! Qəhqəhə ilə gülmək qəlbi qaraldar. Çalışmaq, fəqət qarşılığını Allahu təaladan gözləmək lazımdır. Onun əmrlərini etməkdən zövq hiss almaq lazımdır! Tək Ona güvənəndə O, hər diləyi ehsan edər. Hədisi-şərifdə, “Allahu təala tək Ona güvənənin hər diləyini verər və bütün insanları ona köməkçi edər” buyuruldu. Yəhya ibn Muazı Razi həzrətləri buyurdu ki: “Allahu təalanı sevdiyin qədər hər kəs səni sevər. Allahu təaladan qorxduğun qədər hər kəs səndən qorxar. Allahu təalaya qulluq etdiyin qədər, hər kəs sənə köməkçi olar.”

Əbu Muhamməd Abdullah Raşi həzrətləri də buyurdu ki:

“Allahu təala ilə insan arasında olan ən böyük pərdə öz nəfsini düşünməsidir və özü kimi aciz olan bir qula güvənməsidir. İnsanların deyil, Allahu təalanın sevgisinə qovuşmağı düşünmək lazımdır.”

Ailəyə və uşaqlarına qarşı şirin dilli və gülər üzlü olmaq lazımdır! Onların haqlarını yerinə yetirəcək qədər aralarında olmaq lazımdır! Onlara bağlanmaq, Allahu təaladan üz çevirəcək qədər olmaması lazımdır! (Məktubatı Məsumiyyə c.2, m.110)

Üç şey insanı pozar: Kibr, əsəb, şəhvət. Müsəlman başqalarının yükünü çəkər, başqalarına yük olmaz. Çətinlik nə qədər artarsa ibadət də o qədər qiymətli olar. Qəlb qıracaq qədər zarafat etməmək lazımdır!

Hədisi-şərifdə, “İnsanların ən pisi zərərindən xilas olmaq üçün yanına yaxınlaşılmayan kimsədir” buyurulmuşdur. (Buxari)

Yaxşı insanlarla birlikdə olan kimsə bir müddət onlar kimi yaxşı iş etməsə belə onların yanında pislik edə bilməz. Hədisi-şərifdə, “İnsanın dini yoldaşının dini kimidir” buyurulur. (Tirmizi)

Sevdiyini dil ilə də söyləmək lazımdır

Sual: Təqdir edib sevdiyimiz yoldaşa onu sevdiyimizi hal və hərəkətlərlə bildirməyimiz kafidir?

CAVAB

Kafi deyildir. Dil ilə də söyləmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Yoldaşını sevən onun yanına gedib, “Səni Allah rizası üçün sevirəm” desin!” [İ.Əhməd]

Belə bir yoldaş tapınca onu üzəcək bir rəftar etməmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Yoldaşınla münaqişə etmə! Ona sıxıntı vermə! Ona, buna yoldaşının halını soruşma! Bəlkə ona düşmən birinə rast gələrsən də yoldaşın haqqında səhv bir şey söyləyib aranızın açılmasına səbəb ola bilər.”  [Əbu Nuaym]

Bir kimsənin yaxşı və ya pis olduğu etdiyi işlərdən aydın olur. Bir kimsə pisliklərdən qaçıb, yaxşı işlər edirsə, o adamın Cənnətə getmə ehtimalı çoxdur. Onun üçün yaxşı kəslərlə birlikdə olmağa çalışmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala bir qula xeyr murad etdiyi vaxt, dininə tabe olan insanlar yanında çalışmağı nəsib edər. Şəri murad edilən qul da dininə tabe olmayan pis kəslərin yanında çalışar.” [Deyləmi]

“Allahu təala bir quluna xeyir murad edəndə yuxusunda ona xəbərdarlıq edər.” [Deyləmi]

İnsan sevdiyi ilə birlikdə olar

Sual: Axirətdə insan sevdiyi ilə birlikdə olacağına görə bir kimsə həm Cənnətə gedəcək yaxşıları, həm də Cəhənnəmə gedəcək pisləri sevərsə hara gedər?

CAVAB

Yaxşı ilə pisi sevmək, təmiz ilə pisliyi qarışdırmaq deməkdir. Qarışım pis olar. Bir kimsə həm Peyğəmbər əfəndimizi, həm də Əbu Cəhilin etiqadını sevsə Cəhənnəmə gedər.

“Allah və Rəsulunu sevirəm” deyən bir şəxsə Peyğəmbər əfəndimiz buyurdu ki:

“Qiyamətdə sevdiklərinlə bərabər olarsan.” [Müslim]

Allahu təalanı və Onun Peyğəmbərini sevmək, əmrlərini edib qadağan etdiklərindən qaçmaq deməkdir. Allahu təalanı sevməyin əlaməti dostlarını sevmək, düşmənlərinə düşmənlik etməkdir. Hədisi-şərifdə, “İbadətlərin üstünü, müsəlmanı müsəlman olduğu üçün sevmək, kafiri kafir olduğu üçün sevməməkdir” buyuruldu. Allahu təalanın düşmənini, məsələn Əbu Cəhili sevənin, “Allahı da sevirəm” deməsi yalan olar. Allahın sevdiyini sevməyən də, Allahu təalanı sevmiş ola bilməz. Alimlər, “İnsan sevdiyi ilə birlikdə olar” hədisi-şərifini belə açıqlayır:

Bir kimsə saleh bir mömini sevər, onun kimi etiqada sahib olub, onun kimi əməl işləməyə səy göstərər, Allah dostlarını dost, Allah düşmənlərini də düşmən bilərsə, axirətdə sevdiyi kimsə ilə birlikdə Cənnətdə olar.

Bir kimsə də həm Müsəlmanları, həm də qeyri-müsəlmanları sevər, qeyri-müsəlmanların etiqadlarını bəyənərsə, qeyri-müsəlmanlarla birlikdə Cəhənnəmə gedər. “İnsan sevdiyi ilə birlikdə olar” demək, sevdiyi kimsənin dərəcəsinə qovuşar demək deyildir. Fəqət yaxşıları sevdiyi üçün Cənnətdə onlarla birlikdə olar. Hər kəs imanın parlaqlığına, qüvvətinə görə fərqli dərəcələrdə olar. (Məktubatı Rəbbani, Hadiqa)

Bu yazıdan aydın olur ki, imansızları sevmək, onların etiqadlarını bəyənmək insanı əbədi Cəhənnəmə sürükləyər. Axirətdə yaxşılarla birlikdə ola bilmək üçün dünyada da onlarla birlikdə olmaq, onları sevmək, onların yolundan getmək lazımdır.

Heç bir mənfəət gözləmədən yalnız müsəlman olduğu üçün bir kimsə ilə dost olmaq çox gözəldir.

 Hədisi-şərifdə buyuruldu ki:

“Cənnətdə elə gözəl saraylar vardır ki, bunlar Allah rizası üçün bir-birini sevənlər üçündür.” [Əbuşşeyx]

Üç adamla evlənsə

Sual: Əri öldükdən sonra, biri ilə evlənən, ondan da ayrılıb başqa bir kişiylə evlənən qadın, axirətdə bu üç nəfərdən hansı ilə evlənəcəkdir?

CAVAB

Ümmi Habibə anamız belə bir sualı soruşanda Rəsulullah əfəndimiz buyurdu ki:

“Belə bir qadın sərbəstdir. Hansı əri gözəl xasiyyətli isə axirətdə onunla olar. Gözəl əxlaq sahibi olan dünya və axirət yaxşılığına qovuşar.” [B.Arifin]

Demək ki, qadın üç adamdan hansını daha çox sevirsə onunla birlikdə olar. Üçünü də istəmirsə heç biri ilə birlikdə olmaz.

Cənnətdə kədər yoxdur. Uşaq və ya subay olaraq ölənlər də Cənnətdə evlənəcəkdir. Cənnətə getmək üçün yaxşılarla birlikdə olmaq lazımdır. Peyğəmbər əfəndimizə kimlərlə birlikdə olmaq lazım olduğu sual ediləndə buyurdu ki:

“Gördüyünüzdə sizlərə Allahı xatırladan, danışması elminizi artıran, elmi axirəti düşünməyinizə səbəb olan şəxslərlə birlikdə olun!” [Əbu Yala]

Qiyamət günü dünya gününün uzunluğu ilə müqayisə edilməz. Çox uzundur və çox sıxıntılıdır. Fəqət salehlərə çox qısa gələr. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təala istədiyi qula qiyamət gününün uzunluğunu bir fərz namazı vaxtı qədər qısa hiss etdirər.” [Beyhəqı]

O halda beş vaxt namazı qılıb salehlərdən olmağa çalışmaq lazımdır!

Salehlərə dua etmək lazımdır

Sual: Saleh yoldaşlarımız var. Fəqət mən onların çoxunu sevə bilmirəm. Hər birinin bir qüsurunu görürəm. Bəziləri ilə danışmıram. Onları sevməməyim günah olar?

CAVAB

Əlbəttə günah olar. Çünki hubbi-fillah, buğdi fillah imanın əsasıdır. Salehləri sevmək, fasiq və günahkarları sevməmək lazımdır. Başqalarının qüsurunu görüb onlardan özünü üstün görmək kibrdəndir. Kibr hər xeyrə maneədir. Bu xəstəlikdən xilas olmağa çalışmaq lazımdır. Xüsusilə sevmədiyimiz salehlərə xüsusi dua etməyimiz lazımdır. Qurani-kərimdə yaxşıların etdiyi dua belə bildirilir:

“Rəbbimiz, bizi və bizdən əvvəl gəlib-keçmiş mömin qardaşlarımızı əfv et, qəlblərimizdə mömin qardaşlarımıza qarşı heç kin buraxma!” [Həşr 10]

Bu ayəti-kərimədə bildirildiyi kimi sevmədiyimiz saleh yoldaşlara belə dua etməyimiz lazımdır.

Salehləri xatırlamaq

Sual: Salehləri xatırlamaq necə olur?

CAVAB

Ənbiyanı, övliyanı və saleh kəsləri anmaq, onların yüksək mərtəbələrini, hallarını, gözəl əxlaqlarını xatırlamaq, söyləmək deməkdir. Bunları beləcə xatırlayıb sevmək Allah sevgisindəndir. Bunları eşidənlə, bunlar kimi olmağa çalışarlar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Salehləri anmaq günahları təmizləyər.” [Deyləmi]

“Peyğəmbərləri anmaq, ibadətdir, salehləri anmaq günahlara kəffarədir. Ölümü anmaq sədəqə vermək kimidir. Qəbri xatırlamaq sizi Cənnətə yaxınlaşdırar. Cəhənnəmi xatırlamaq cihad etmək kimidir.” [Deyləmi]

“Hər xəstəliyin şəfası vardır, qəlbin şəfası Allahu təalanı anmaqdır.” [Deyləmi]

“Salehlər anılanda rəhmət enər.” [İ.Əhməd]

[Hədisi-şərifdəki rəhmət Cənnətlik olmaq deməkdir. Salehlər xatırlananda bu rəhmətin səbəbinə qovuşulmuş olar. Salehlərə tabe olma istəyi başlayar. Salehlərə tabe olan da Cənnətə girər.]

Təsəvvüf, Cənabı-Haqqı anmaq, arifləri xatırlayıb sevmək və Rəsulullahın yoluna sarılmaqdır.

Salehlərlə birlikdə olmaq

Sual: Çox namaz qılmaq, çox oruc tutmaq, Allahı çox zikr etmək insanı qurtarmır, lakin salehlərlə birlikdə olmaq insanı qurtarar? Belə şeylər necə söylənə bilər?

CAVAB

Bunları Allah söyləyir. Rəsulullah söyləyir. Rəsulullahın varisləri olan İslam alimləri söyləyir. Doğru etiqad və ixlas olmadıqca insanı heç bir ibadəti qurtara bilməz. Əshabi-kiram nə üçün çox təriflənir? Bir hədisi-şərif məali: “And içirəm ki, bir kimsə Uhud dağı qədər sədəqə versə, əshabımdan birinin verdiyi bir ovuc arpa savabına qovuşa bilməz.” [Buxari] Çünki yaxşılarla birlikdə olduqları üçündür. Onlardan çox namaz qılanlar da vardı. Amma onların dərəcəsinə əsla çata bilməzlər.

Əshabi-Kəhfin köpəyi nə üçün ibrəti-aləm üçün Cənnətə girdi? Salehlərə xidmət etdiyi, onlarla birlikdə olduğu üçün girdi. Nuh əleyhissəlamın oğlu niyə imansız öldü? Salehlərlə birlikdə olmayıb onları qəbul etmədiyi üçün gəmiyə minməyib dağa çıxdığı üçün. “Əbu Bəkirin üstünlüyü çox namaz qıldığı, çox oruc tutduğu üçün deyil, qəlbindəki bir şey üçündür” məalindəki hədisi-şərif niyə buyuruldu? Çünki Həzrəti Əbu Bəkirin qəlbində Rəsulullahın sevgisi vardı, həmişə onunla birlikdə idi. Demək ki, sadiqlərlə [doğrularla] birlikdə olmaq, pislərdən uzaq durmaq lazımdır. Üç ayəti-kərimə məali:

“Allahdan qorxub sadiqlərlə birlikdə olun!” [Tövbə 119]

“Kafirlərlə birlikdə oturmayın, yoxsa siz də onlar kimi olarsınız.”  [Nisa 140]

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Alimlə birlikdə olmaq ibadətdir.” [Deyləmi]

“Haramlardan çəkinən kimsə ilə oturmaq ibadətdir.” [Deyləmi]

“Allahu təala buyurdu ki: Mənim övliyam bunlardır ki, mən anılarsam onlar xatırlanar, onlar xatırlananda mən anılaram.” [Əbu Nuaym]

“Gördüyünüzdə sizlərə Allahı xatırladan, danışması elminizi artıran, elmi axirəti düşünməyinizə yarayanla birlikdə olun!” [Əbu Yala]

Allahu təala Davud əleyhissəlama belə vəhy etdi:

“Məni sevməyənlərlə yoldaşlıq etmə! Bunlar sənin düşmənindir. Qəlbi qaraldar və səni məndən uzaqlaşdırar.” [İ.Qəzali]

“İnsanların etdiklərini yazan mələklərdən başqa mələklər də vardır. Yollarda gəzərlər. Allahu təalanı ananları axtararlar, tapınca da, bir-birlərinə səslənərlər. Qanadlarıyla onları sevgiylə sararlar. Allahu təala bu mələklərə, “Şahid olun ki, bu qullarımı əfv etdim” buyurar. Mələklər, “İçlərində başqa bir iş üçün gələn günahkar pis biri var. Onu da əfv etdin ya Rəbbi?” deyərlər. Allahu təala, “ Bəli, onu da əfv etdim. Yaxşılarla birlikdə olan pis olmaz” buyurar.” [Buxari, Müslim]

Ərşin altında belə yazılıdır:

Bir kimsə salehlər kimi əməl işləsə, amma günahkarlarla oturub-dursa, yaxşı əməlləri boşa gedər, qiyamətdə pislərlə bərabər həşr olar. Bir adam da pislər kimi əməl işləsə, amma salehləri sevsə, onlarla bərabər olsa, günahları yaxşılığa çevrilər, yaxşılarla bərabər həşr olar. (Kab-ül-Ahbar)

İslam gəmisinə minmək

Sual: “İslam gəmisi içində olanlar yəni gəmiyə alınan qurtulmuş sayılar. Çünki gəmidən atılacaq olanı başdan gəmiyə heç almazlar” deyilir. Gəmidə olmağın əlaməti nədir?

CAVAB

Gəmi bir bənzətmədir, Rəsulullah əfəndimizin varisləri olan, məzhəb imamlarımız, əhli-sünnə alimlərinin yolunda olmağı, onlara tabe olmağı, bu istiqamət üzrə davam etməyi izah etmək üçün deyilmişdir. Gəmidə olmağın əlaməti, doğru imandır, yəni Əhli-sünnə alimlərinin bildirdiyi şəkildə iman etmək və onları çox sevməkdir. Bu ikisi olan gəmidə deməkdir. Bu nemət günəş kimi, çətinliklər isə ulduzlar kimidir. Günəş olanda ulduzların görünmədiyi kimi, bu nemət olanda da çətinliklərdən ötəri çox kədərlənməmək lazımdır.

Çünki İmamı Rəbbani həzrətləri buyurur ki:

Qardaşım mir Muhibbullahın şərəfli məktubu gəldi. Çətinliklərdən dolayı ümidsiz olduğunu bildirir. Allahdan ümid kəsmək küfrdür. Ümidli olun! İki şey sizdə varsa heç kədərlənməyin! Biri bu parlaq dinin sahibinə tabe olmaq (aleyhi və ala alihissalatü vəssalam), ikincisi, dini öyrəndiyiniz şəxsin böyüklüyünə inanmaq və onu sevmək. Allahu təalaya sığının və Ona yalvarın ki, bu iki böyük nemətdə zəiflik olmasın. Bu ikisi olanda başqa şeylərin düzəlməsi asandır. (3/13)

Qısa yol

Sual: Allah adamları ilə bərabər olmağın və ya onların əsərlərini oxumağın əhəmiyyəti nədir?

CAVAB

İmamı Rəbbani həzrətləri buyurur ki:

Doğru yolda gedənləri sevmək, onlarla tanış olmaq və görüşmək və onlar kimi olmağa çalışmaq və o böyüklərin sözlərini eşitmək və kitablarını oxumaq Allahu təalanın nemətlərinin ən böyüklərindəndir və Onun ehsanlarının ən qiymətlilərindəndir. Müxbiri sadiq, yəni həmişə doğru söyləyici olan Muhamməd əleyhissəlam, “Əl mərü məa mən əhabbə” buyurdu. Yəni, insan dünyada kimi sevərsə, axirətdə sevdiyi ilə birlikdə olar. Bunun üçün din böyüklərini sevən kimsə, onlar ilə bərabər olar. Onların Allahu təalaya mənəvi olan yaxınlığında onlar kimi olar.

Allahu təala bu yolun böyüklərinə olan sevginizi artırsın! Onlara bağlılıq arzusunu ömrünüzün sərmayəsi etsin! Bu böyükləri sevən onlarla birlikdə olar. Onlarla birlikdə olan şaki olmaqdan [küfrdən və günah işləməkdən] qorunmuş olar.  

“Əl mərü məa mən əhabbə” hədisi-şərifindən ümidli olmaq lazımdır! Bu hədisi-şərifi hicran  [ayrılıq] atəşi ilə yananlara təsəlli verir.

Qeyd: Bu səadətə qovuşmağın ən qısa yolu, bu böyüklərdən birini məsələn ikinci minin mücəddidi İmamı Rəbbani həzrətlərini sevmək qiymətli əsərlərini sevərək oxumaqdır. Əshabi-kiram və Müjdəçi Məktublar adlı əsərləri, www.hakikatkitabevi.com ünvanından oxuna bilər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину