Facebook Twitter WhatsApp

Kibrə səbəb olanlar

Sual: Nələr kibrə səbəb olur və kibrlidə hansı pis xasiyyətlər olur?

CAVAB

      Bu xüsusiyyətlərdən biri və ya bir neçəsinə sahib olan insan kibrlənə bilər:

    Elm: Ümumiyyətlə çox az da olsa elmi olanlar digər insanları heyvan kimi, ot kimi görwr. Özünü də lobya kimi nemətlərdən sayaraq kibrlənər. İki hədisi-şərif məali:

    “Aliməm deyən cahildir.” [Tabərani]

  “Yığıncaqlarda elmlə üstünlük göstərənin gedəcəyi yer Cəhənnəmdir.” [İbni Macə]

İbadət: Ümumi olaraq ibadət edənlər, etdikləri ibadətlərin nöqsanlıqlarına, qəbul olub olmadığına baxmadan, ibadət etdikləri üçün böyüklənər.

Soy: Bizə filankəslər deyərlər, deyə soyu ilə öyünər. Bir şəxs imansızdırsa, atası peyğəmbər olsa da ona faydası olmaz. Nuh əleyhissəlamlın oğlu Kənan, Adəm əleyhissəlamın oğlu Qabil, ataları peyğəmbər ikən cəhənnəmlik odu. Hədisi-şəriflərdə buyuruldu ki:

   “Bir adam pisdirsə, soyunun üstünlüyü axirətdə ona fayda verməz.” [Tabərani]

      “Soyuyla öyünən rəhməti-ilahidən uzaqdır, Cəhənnəm odunudur.” [Tirmizi]

            Soyuyla üstünlük göstərən biri, “Mən filankəsin oğlu filankəsəm. Bəs sən kimsən?” dedi. Bunun üzərinə Peyğəmbər əfəndimiz buyurdu ki “Həzrəti Musanın yanında iki adam soylarıyla öyünməyə başladı. Biri əcdadını 9 göbək geriyə doğru saydı. Allahu təala, Həzrəti Musaya, “Ona söylə, fəxr etdiyi 9 adam Cəhənnəmdədir. Özü də onuncusudur” deyə vəhy etmişdir.” [İ.Əhməd]

Gözəllik: Ümumiyyətlə qadınlar, gözəllikləriylə öyünərlər. Kişilərdən yaraşıqlıyam deyə qürurlananlar olur. “O gözəlliyi mən özümə özüm vermədim” deyərək kibrdən çəkinmək lazımdır.

Qüvvət: Kimi güclü-qüvvətlidir, pəhləvandır, sıxdığı daşın suyunu çıxarır. Sanki bu qüvvəti Allahu təala deyil də, öz-özünə vermiş kimi qüvvətiylə böyüklük göstərər.

Sərvət: Malının çoxluğuyla öyünənlər də olur. Qarun kimi necə zənginlər, mallarıyla birlikdə həlak olmuş, Cəhənnəmə girmişdir. Malla öyünmək də cahillikdir.

Vəzifə:  Kimisi müdirdir, rəisdir, kraldır vəzifəsiylə öyünər. Firon, Nəmrud kimi necə krallar, kibrləri üzündən Cəhənnəmə getdilər. 

Yaxınların çoxluğu: Kimisi də, yaxınlarının, qohumlarının çoxluğu ilə öyünər, onlara güvənər. Mənim arxam var deyər. Allahu təalanı tərk edib özü kimi acizlərlə öyünənin, onlara güvənənin halı pisdir. 

Kibrlidəki pis xasiyyətlərdən bəziləri:

Hıqd: Başqalarına qarşı kin və düşmənlik bəsləyər, onlardan nifrət edər.

Qəzəb: Hadisələrə tez hirslənər, hirsini məğlub edə bilməz, qəlb qırar.

Həsəd: Sevmədiyi kəsdə olan nemətləri qısqanar.

Riya: İbadətini göstərərək sevgi toplamağa çalışar.

Hicr: Bəyənmədiyi şəxslərdən küsər.

Şəmatət: Başqasına gələn bəlaya sevinər.

Qəddarlıq: Verdiyi sözdə dayanmaz.

Ucub: Etdiyi ibadətləri bəyənər. İmam Qəzali həzrətləri, Nəcm surəsinin, “Nəfsinizi təzkiyə etməyin”  məalindəki 32-ci ayəti-kəriməsinin təfsirində, “Bir yaxşılıq edəndə, bunu mən etdim demə, onu yaxşılıq zənn etmə! Onu yaxşılıq zənn etmək özünü bəyənməkdir”  buyurdu.

Xəyanət: Özünü əmin, etibarlı tanıtdıqdan  sonra, o əmniyyəti pozan iş görər.

Sui-zənn: Mömin qardaşının qüsurlarını araşdırar, onun günah işlədiyini zənn edər. Öz ayıblarını görməyib başqalarının qüsurlarıyla məşğul olar. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину