Ayağa qalxmaq
Sual: Peyğəmbərimizin o, gəlincə ayağa qalxmağı qadağan etdiyi deyilir. O zaman kimlər üçün ayağa qalxmaq caizdir?
CAVAB
Ana-atamıza, müəlliməmizə, alimə, böyüyümüzə, seyidlərə və şəriflərə ayağa qalxılar.
Rəsulullah əfəndimizi görənlər ayağa qalxanda, onlara, “Başqalarının bir-birlərinə hörmət duruşu etdikləri kimi, mənim üçün ayağa qalxmayın! Mən də sizin kimi bir insanam. Hər kəs kimi yeyər, içər və yorulanda oturaram.” buyurdu. (H.L.O.İman)
Özü üçün belə buyurmuşsa da ayağa qalxılması lazım olanları da bildirmişdir. Həzrəti Ömərin rəvayət etdiyi bir hədisi-şərifdə buyurulur ki:
“Bu beş kimsə üçün ayağa qalxılar! Ana-ataya, sizə Quranı-Azimüşşan öyrədən xocaya, elminə hörmət üçün alimə, şərəfləri səbəbiylə seyidlərə və ədaləti səbəbiylə ədalətli Sultana.” [M.Ciharı Yari Güzin]
Əshabi-kiramın toplandığı yerə rəisləri olan Sad ibn Muaz həzrətləri gəlincə, Rəsulullah əfəndimiz, “Rəisiniz üçün ayağa qalxın!” buyurdu. (Faydalı Bilgilər)
Bir hədisi-şərifdə də belə buyurulur:
“Qureyş üçün ayağa qalxmayın, ancaq Həsən ilə Hüseyn və onların sülaləsi [seyidlər və şəriflər] müstəsnadır” [Hatib]
Məraq-ıl-fəlah kitabında deyilir ki:
Gələn böyüyə qarşı ayağa qalxmaq, gələn bunu sevməzsə, məkruh deyildir. Sevərsə özünə məkruh olar. Şərindən qorxub qalxana məkruh olmaz. Gedərkən qalxmaq da belədir. Alimin və ədalətli sultanın, ana-atanın əlləri öpülür. (Islam Əxlaqı)
Buradan başqa böyüklərə də ayağa qalxmağın caiz olduğu aydın olur.
В корзине: 0 шт.
на сумму: 0