Sual: Bəzilərinin zəngin olduğu, lakin dilənçiliyi bir məşğuliyyət etdiyi deyilir. Belələrinə pul vermək haramdırmı? Sədəqə istəmək nə vaxt caiz olar?
CAVAB
Bir günlük yeyəcəyi olanın dilənməsi haramdır.
Heç yeyəcəyi yoxdursa, sağlam, çalışacaq, ticarət edəcək halda olan birinin də yeyəcək, içəcək və ya bunları almaq üçün pul istəməsi, dilənməsi haramdır. Bunun varlığını bilərək istədiyini vermək də haramdır. Ancaq istəmədən verilən malı alması caizdir.
Ac və ya xəstə olanın yeyəcək istəməsi lazımdır. Bir günlük yeyəcəyi olub çalışa biləcək halda olan kimsə elm öyrənməklə və ya öyrətməklə məşğuldursa, yeyəcək istəməsi caiz olar.
Pulunu harama sərf edənə və ya israf edənə sədəqə verilməz. Məsciddə camaat arasında dolaşaraq dilənmək haramdır. (Rədd-ül Muxtar)
Göründüyü kimi İslamiyyətdə əl-ayağı sağlam olub çalışa bilənlərin dilənməsi haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Çalışmayıb özünü sədəqə istəyəcək hala salan 70 şeyə möhtac olar.” [Tirmizi]
“Möhtac olmadan dilənən alov közü udan kimsə kimidir.” [Beyhəqı]
“Mal yığmaq üçün dilənən alovlu köz dilənmiş olar.” [Müslim]
“Özünün və ya uşaqlarının qatlana bilməyəcəkləri bir ehtiyacı yox ikən dilənəni Allahu təala ummadığı yer və zamanda möhtac edər.” [Beyhəqı]
“Dilənçi dilənməkdəki günahı bilsəydi, dərhal dilənməkdən əl keçərdi.” [Tabərani]
“Həqiqi yoxsul ehtiyacını qarşılayacaq bir şeyi olmayan, yada düşmədiyi üçün sədəqə verilməyən, özü də kimsədən bir şey istəməyən adamdır.” [Buxari]
“Bu üç şey üçün and içərəm: Sədəqə verməklə qətiyyən mal əskilməz. Ona görə də sədəqə verin! Zülm gördüyü şəxsi Allah rizası üçün əfv edən dünya və axirətdə əziz olar. Ona görə də əfv edin! İstəmə qapısını açana da Allahu təala yoxsulluq qapısını açar.” [İ. Əhməd]
“Dilənməyə mane olan zənginlik səhər-axşam yeyəcəyə malik olmaqdır.” [Rüzeyn]
Dilənməkdəki ölçü
Hər gün az da olsa sədəqə verməlidir. Bir ay gözləyib daha da çox verərəm deyərək sədəqəsiz gün keçirməməlidir.
Bilali-Həbəşi həzrətləri qonaqlarına ikram etməsi üçün Rəsulullah əfəndimizə ən yaxşı xurmalardan bir qədər xurma ayırmışdı. Bir gün Peyğəmbər əfəndimiz Həzrəti-Bilalın evinə gəlib bu xurmaları görəndə onların nə olduğunu soruşdu. Həzrəti-Bilal da “Bunları qonaqlarınıza ikram edəsiniz deyə sizə vermək üçün saxladım” dedi. Peyğəmbər əfəndimiz buyurdu ki:
“Bunların Cəhənnəmdə duman olmasından qorxmursanmı? Ya Bilal bunları ver, azalar deyə qorxma!” [Bezzar]
Hədiyyə üçün belə uzun müddət saxlamaq uyğun görülməmişdir.
Sual: Birindən bir şey istəmək caizdirmi?
CAVAB
Bir günlük yəni səhər və axşam yeyəcəyi olan kimsənin başqasından bir şey istəməsi haramdır. Hədisi-şərifdə buyuruldu ki: “Ehtiyacını qarşılayacaq bir şeyi var ikən bir şey istəyən mütləq Cəhənnəm atəşini çoxaltmış olar.” Bunun bağlı “Ya Rəsulallah istəməyə mane olan zənginlik nədir?” deyə soruşulduqda Peyğəmbər əfəndimiz buyurdu ki: “Səhər və axşam yeyəcəyi qədər bir mala sahib olmaq.” [Əbu Davud]
Başqa bir rəvayət isə belədir:
“Səhər və axşam qarnını doyuracaq qədər bir yeyəcəyi olmaq.” [İbni Huzeymə ]
Bir günlük yeyəcəyi var ikən dilənmək haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Kim mənə insanlardan bir şey istəməyəcəyinə söz verərsə, mən də Onun Cənnətə girəcəyinə zamin olaram.” [Nəsai]
“Kim insanlardan bir şey istəməzsə Allahu təala onu zəngin edər. Qənaət edənə də Allah kafidir.” [Bəzzar]
“Camaatdan bir şey istəməyin! Bir misvaqı bir dəfə istifadə etmək üçün də olsa belə.” [Beyhəqı]
“Ac-gözlü olmaqdan, istəməkdən çəkinin! Tamah yoxsulluğun tam özüdür.” [Tabərani]
Həzrəti-Əbu Bəkir dəvə ilə gedərkən dəvənin yüyəni düşür. Dəvəni çökdürüb yüyəni götürür. Oradakılar, “Bizə desəydin biz götürüb sənə verərdik, düşməyinə nə ehtiyac var idi?” dedilər. Həzrəti-Əbu Bəkir “Rəsulullah mənə camaatdan bir şey istəməməyimi əmr etdi” buyurdu. [İ. Əhməd]
Sual: Dilənçi, “Allah rizası üçün mənə bir sədəqə ver” deyərsə, ona Allah versin deyərək acılamaq caizdirmi?
CAVAB
Hər dilənənə sədəqə vermək uyğun olmadığı kimi, bu şəkildə acılamaq da uyğun deyildir.
В корзине: 0 шт.
на сумму: 0