Sual: Əmri-vaqe ilə kiməsə bir şey etdirmək uyğun olar?
CAVAB
Əmri-vaqe etmək, bir işi görüb qarşı tərəfi məcbur buraxaraq edəcəyi işi təsdiq etdirmək deməkdir. Əmri-vaqe edilən o işdən razı olmasa belə özünü o işi təsdiqləmək məcburiyyətində hiss edər. Hələ böyüyünə qarşı edilərsə, heç uyğun olmaz. Əmri-vaqe ola biləcək işlərə bir neçə örnək:
-Səfər üçün bilet alıb, “Bir iş üçün evə getmək məcburiyyətindəyəm. Bileti də aldım. Əgər icazə versəniz evə gedim” demək. Əvvəlcədən vəziyyəti anladıb icazəylə getmək lazımdır.
-Birisiylə evlənməyə qəti qərar verib lazımı hazırlıqları da etdikdən sonra, məsləhətləşməsi lazım olan böyüyünə gedib, “Filankəslə evlənməyimiz lazımdır. Siz də uyğun görərsəniz muradıma qovuşmaq istəyirəm” demək. İki tərəfin də vəziyyətini bildirib əvvəlcədən icazə istəməsi lazımdır.
-Əl öptürməyən birisinin məcbur buraxaraq əlini öpmək.
-İnternetdə onlayn olduğunu gördüyümüz və məşğul olduğunu bildiyimiz bir böyüyümüzə salam verib halını soruşmaq əmri-vaqe olur. Onun zamanını oğurlamış olarıq. Bir şey soruşmağımış lazımdırsa, təcili deyilsə mail ilə soruşmaq lazımdır, uyğun olanda zatən cavab verər.
-Bir kitabı yazıb müdirinə çap etdirimmi demək, bir internet saytı hazırlayıb nəşr edimmi demək. Bunun yerinə, bu məsələləri əhatə edən bir kitab və ya sayt hazırlamaq uyğun olarmı deyə soruşmaq lazımdır. İcazə almadan kitabı və ya saytı hazırladıqdan sonra soruşmaq, əmri-vaqe olur.
Sual: Əl öpdürmək istəmirəm, amma bəzi kəslər əmri-vaqe edərək birdən əlimi tutub öpürlər. Naməhrəm bir kimsə yenə əmri-vaqe ilə əl sıxmaq üçün əlini uzadır və ya bayramdır deyə sarılıb öpür. Belə əmri-vaqe etmək uyğundur?
CAVAB
Əmri-vaqe, işi sonuna gətirməkdir. Çətinliklə bir işi etməyə məcbur buraxmaqdır. Bir kimsə, əlini və ya yanağını öpdürmək istəmirsə, onu öpməyə çalışmaq ən azından ədəbsizlik olar, hörmətsizlik olar. Naməhrəmin əlini sıxmağa məcbur etmək də belədir.
Bir gənc oğlan qoca bir əminin əlini öpməyə məcbur edirdi. Gənc olduğu üçün əlini büküb çətinliklə öpdü. Gəncə, “Niyə məcbur buraxaraq əlimi öpdün?” dedi. Gənc, “Qocasan, hörmətdən ötəri, mübarək bir əminin əlini öpmüş olmaq üçün öpdüm” dedi. Qoca əmi, “Məni məcbur buraxmaq hörmətsizlikdir. Üstəlik məni cahil yerinə qoymaq deməkdir. “Əmi sən əli öpüləcək adamsan, amma dəyərini bilmirsən, onun üçün məcbur öpürəm” deməkdir. Məni cahil yerinə qoymaq, istəmədiyim halda istəyimə zidd iş etmək hörmətdirmi, hörmətsizlikdirmi?” dedi. Bu hadisə bir mənqibəni xatırlatdı:
Bir mürşidi-kamilin tələbələrindən biri yoldaşları ilə mürşidin evinə söhbətə qatılır. Xocasının kimsəyə əl öpdürmədiyini bilir. Bu gənc əlini çəkməsinə fürsət vermədən ani bir hərəkətlə xocasının əlini öpər. Xocası bu əmri-vaqeyə kədərlənər. Oradakı iki tələbəyə əmr verər. “Bunu iki nəfər tutub qapının çölünə buraxsın” buyurar. Əmri-vaqe etməyin hörmətsizlik olduğunu bildirər.
Bu mənqibə də göstərir ki, əlini öptürməyən insanların əlini öpməyə çalışmamaq lazımdır, qucaqlaşmaq istəyənə əl uzatmamaq lazımdır.
В корзине: 0 шт.
на сумму: 0