Sual: Malayani nədir?
CAVAB
Malayani, ömrü faydasız oyunlarla, boş işlərlə keçirmək deməkdir. Oyunlardan bəziləri faydalıdır. Məsələn, hədisi-şərifdə, “Ox atmağı öyrənmək, atını əhliləşdirmək və ailəsi ilə oynamaq xaric, faydalı oyun yoxdur” buyuruldu. Digər oyunlar isə malayanidir. Malayani ilə məşğul olmaq yaxşı deyildir.
Hədisi-şəriflərdə buyuruldu ki:
“Malayanini tərk etmək, insanın müsəlmanlığının gözəlliyindəndir.” [Tirmizi]
“Malayani ilə məşğul olanın səhvi, günahı çox olar.” [Əl-Əsgəri]
“Qiyamət günü günahı ən çox olan malayani danışandır.” [Əbu Nəsr]
Uhudda şəhid olan bir gəncin anası, “Oğlum sənə Cənnət müjdə olsun!” dedi. Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:
“Nə bilirsən, bəlkə malayani danışardı.” [Tirmizi]
Həzrəti Kab xəstələnəndə, Rəsulullah əfəndimiz ziyarətinə getdi. Həzrəti Kabın anası, “Oğlum Cənnət sənə hazırdır” dedi. Peyğəmbər əfəndimiz əleyhissəlam da buyurdu ki:
“Ey Kabın anası! Nə bilirsən, Kab bəlkə malayani danışardı.” [İbni Əbiddünya]
Peyğəmbər əfəndimiz Əbu Zər həzrətlərinə də buyurdu ki:
“Sənə bədənə yüngül, fəqət, tərəzidə ağır [axirətdə savabı çox] olan bir əməl öyrədim! Şükür et, gözəl əxlaqa sahib ol və malayanini tərk et!” [İbni Əbiddünya]
В корзине: 0 шт.
на сумму: 0