Sual: Müdahənə və müdəra nə deməkdir?
CAVAB
Müdahənə, gücü çatdığı halda haram işləyənə mane olmamaq, yaltaqlıq edərək birinin könlünü alarkən, İslamiyyətin xaricinə çıxmaq, günaha girməkdir.
Özünə və ya başqalarına zərər gəlmə qorxusundan dolayı yaxşılığı əmr etmək və haramdan çəkindirmək mümkün olmazsa, belə vəziyyətlərdə fitnəyə mane olmaq üçün susmağa müdəra deyilir.
Müdəra, dini zərərlərdən qurtarmaq üçün dünya mənfəətindən vermək, insanlarla getməkdir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allahu təala, fərzləri əmr etdiyi kimi, müdəra etməyi də əmr etdi.” [Hakim]
“Müdara etmək sədəqədir.” [Deyləmi]
“Müdara edənlər, şəhid olaraq ölər.” [Deyləmi]
“Şərəfinizi mallarınızla [pul ilə], dininizi də dilinizlə [müdəra edərək] qoruyun!” [İ.Asakir]
“İnsanlarla yola getmək ağlın əsasıdır.” [Beyhəqı]
Müdəra edərkən şirin dilli və gülər üzlü olmaq lazımdır. Tələbəyə dərs verərkən müdəra lazımdır. Xanımına müdəra etməyənin rahatı, dincliyi qalmaz. İmam Qəzali həzrətləri buyurdu ki, insanlar üç qisimdir:
Hərbdə, hiylə etmək, yalan danışmaq caizdir. Bir örnək:
Düşmənin biri, Həzrəti Əli oturarkən qarşısına birdən qılıncla çıxıb, “İndi səni mənim əlimdən kim qurtara bilər?” deyər. Həzrəti Əli də, barmağı ilə adamın arxasını göstərib “Yaxşı döyüşək, fəqət, iki adamlamı?” deyər. Düşmən, arxadakı kim deyə baxanda, Həzrəti Əli qılıncını çəkib, düşmənini zərərsiz hala gətirər. Düşməni, “Mənə hiylə etdin?” deyər. Həzrəti Əli də, “Hərb hiylədir” hədisi-şərifini bildirib, “Amma sən də məni qafil ovlayacaqdın” deyər. Yəni, səninki hiylə deyildimi demək istəyər.
Hindiyyədə, “Günah işləyənə şirin sözlə öyüd vermək lazımdır. Dinləməzsə, fitnə çıxacaq isə susular. Pis şəkildə söylənməz” deyilir. Qurani-kərimdə məalən buyuruldu ki:
“Rəbbinin yoluna hikmətlə, gözəl öyüdlə çağır! Onlarla ən gözəl şəkildə müzakirə et!” [Nəhl 125]
Qazı-zadə Əhməd əfəndi buyurur ki:
Əl ilə, gücdən istifadə edərək nəhyi-münkər etmək, yəni günah işləyənə mane olmaq, hökumətin vəzifəsidir. Söz ilə, yazı ilə cihad etmək, alimlərin vəzifəsidir. Qəlb ilə dua etmək isə, hər möminin vəzifəsidir. Təsirli olacaqsa, bu vəzifələri etmək vacib olar. Fitnəyə səbəb olacağı umularsa, tərk etmək vacib olar. Fitnə olan yerə zərurətsiz getmək caiz deyildir. Əgər dinini qorumaq üçün hicrət edərsə, gözəl olar, Cənnətə girməyə layiq olar.
Abdulqani Nablusi həzrətləri də buyurur ki:
“Əmri-məruf və nəhyi-münkəri əl ilə etmək hökumətə, dil ilə etmək din adamlarına, qəlb ilə etmək də hər müsəlmana fərzdir. Özünün və Müsəlmanların dininə və ya dünyasına zərər gələcək işləri buraxmaq vacib olar. Öldürüləcəyini bilənin cihad etməsi caiz olmaz. Sultanın, öz ağılı ilə, arzusu ilə verdiyi əmrlərinə itaət etmək lazım deyildir. Fəqət, sultan zalım isə, əziyyət və işgəncə edirsə, onun əmrlərinə itaət etmək lazımdır. Hələ, itaət etməyənləri öldürürsə, özünü təhlükəyə atmaq, kimsəyə caiz olmaz. Əmri-məruf, fitnəyə yol açarsa edilməz.” [Hədiqa]
İkili standart və müdəra
Sual: İkili standart və müdəra eyni mənaya gələr?
CAVAB
İkili standart riya, nifaq, çəkinmək, müdəra kimi sözlərin ifadə etdiyi mənalar, bir-birinə bənzəyirsə də, fərqli rəftar edən hər kəs üçün eyni kəliməni aid etmək olmaz.
Həzrəti Aişə anamız bildirir:
Bir gün içəri girmək üçün biri gəldi. Rəsuli-əkrəm, “İcazə verin, içəri girsin! O qəbiləsinin ən pisidir” buyurdu. O kimsə otağa girəndə, gülərək qarşılayıb iltifat etdi. O kimsə gedəndə maraq edib soruşdum:
Rəsulullah əfəndimizin bu fərqli hərəkətinə ikili standart deyil, müdəra deyilir. Müdəra sünnətdir.
Müdəranı yaxşı bilmək lazımdır. Müdəra edən hər kəsə münafiq demək doğru olmaz.
Müdəra nədir? Müdəra, dini zərərdən qurtarmaq üçün dünya mənfəətindən vermək, gülər üz göstərmək, İslamiyyətin xaricinə çıxmadan, könül almaqdır. Müdahənə, könül alarkən, İslamiyyətin xaricinə çıxmaq, günaha girməkdir.
Dinə, özünə və ya başqalarına zərər gəlmə qorxusundan ötəri yaxşılığı əmr edib haramdan çəkindirmək mümkün olmazsa, belə vəziyyətlərdə fitnəyə mane olmaq üçün susmağa müdəra etmək deyilir.
Hər kəsə qarşı həmişə şirin dilli və gülər üzlü olmaq lazımdır! Fəqət, pislərə və azğınlara müdahənə etməmək, onun yanlış yolundan razı olduğunu zənn etdirməmək lazımdır! [Hindiyyə]
Hərbdə ikili standart tətbiq etmək, hiylə etmək, yalan danışmaq caiz və lazımdır.
Bu məsələləri yaxşı öyrənib müsəlmanlara sui-zənn etməkdən, onlara kafir, münafiq kimi pis söz söyləməkdən çəkinmək lazımdır! Çünki hədisi-şərifdə buyuruldu ki:
“Möminə kafir deyənin, özü kafir olar.” [Buxari]
Müsəlmanam deyən, kəliməyi-şəhadət söyləyən kimsəyə kafir deyilməz. Bir döyüşdə, kəlmeyi-şəhadət gətirən birini öldürən kimsəyə, Rəsulullah əfəndimiz, “Kəlmeyi-şəhadət söyləyən kimsəni nə üçün öldürdün?” buyurdu. O kimsə də, “Dili ilə söyləyirdi amma, qəlbi ilə inkar edirdi” dedi. “Qəlbini yarıb baxdınmı?” deyərək onu danladı. Onun üçü möminə kafir deməkdən, ona lənət etməkdən çəkinmək lazımdır!
Lənət sahibinə dönər. Hədisi-şərifdə, “Lənət ediləndə, lənət edilən buna layiq deyilsə, özünə dönər” buyuruldu. (Beyhəki)
Müdəra etmək
Sual: İnsanları idarə etmək üçün günah işləmək caizdirmi?
CAVAB
Buna müdahənə deyilir ki, caiz olmaz. Dinini və dünyasını qorumaq üçün dünyalıq verməyə isə, müdəra deyilir. Hər kəsə qarşı şirin dilli, gülər üzlü olmaq lazımdır. Fəqət, müdahənə etməmək lazımdır. Yəni, xətir üçün günah işləməmək lazımdır.
В корзине: 0 шт.
на сумму: 0