Facebook Twitter WhatsApp

Qaş-qabaqlı olmaq

Sual: Anadan gəlmə qaş-qabaqlıyam. Bunun dinən zərəri vardırmı?

CAVAB

Doğuşdan isə günah olmaz, ancaq gülümsəmək insanın əlindədir. İnsan gülümsəyərək bunu düzəldər. Bir Müsəlmana qaş-qabaqla baxmaq haramdır. Qaş-qabaqlı olmaq, sifətini turşutmaq möminin əlaməti deyildir. Möminin əlaməti gülər üzdür, münafiqin əlaməti qaş-qabaqlı olmaqdır. Bir hədisi-şərif belədir:

“Allahu təala Müsəlman qardaşına qarşı üzünü turşudana lənət edər.” [Deyləmi]

O halda əldən gəldiyi qədər, qaş-qabaqlı olmaqdan, üzünü turşutmaqdan uzaq dayanmaq lazımdır.

Çatıq deyilsə qaşın,

Çatlaq deyilsə başın,

Halaldan isə aşın,

Şükür lazımdır şükür.

Sifət turşudaraq Müsəlmanın qəlbini qırmaq günahdır.

Müsəlman heç könül qırmaz,

Bundan böyük günah olmaz.