Facebook Twitter WhatsApp

Qüsurları gizlətmək

Sual: İnsanların qüsurlarını gizlətmək lazımdır?

CAVAB

            Bəli, gizlətmək lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Kim bir müsəlmanın dünya sıxıtılarından birini aradan qaldırarsa, Allahu təala da onu qiyamət günü sıxıntılardan qoruyar. Kim, müsəlmanın ayıbını örtərsə, Allahu təala da onun dünya və axirətdə ayıbını örtər. Hər kəs dostuna köməkçi olduğu müddətcə, Allahu təalda onun köməkçisi olar.” [Müslim]

            “Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, zülm edilməsinə də köməkçi olmaz. Kim yoldaşının ehtiyacını aradan qaldırarsa, Allahu təala da onun ehtiyacını aradan qaldırar. Kim, müsəlmanın sıxıntısını aradan qaldırarsa, Allah da qiyamət  günü onun sıxıntılarını aradan qaldırar. Kim, müsəlmanın ayıbını örtərsə, Allahu təalada qiyamətdə onun ayıbını örtər.” [Tirmizi]

            “Bir mömin yoldaşının ayıbını görməz, onu gizləyərsə, şübhəsiz Allahu təala bu hərəkəti səbəbiylə onu Cənnətə qoyar.” [Tabərani]

            “Kim bir ayıb örtərsə, diri-diri quma basdıran günahsız qız uşağını qurtarmış  kimi savab olar.”  [Əbu Davud, Nəsai, Hakim]

            “Pislik etməyin, ayıb araşdırmayın! Kim bir müsəlmanın ayıbını araşdırarsa, Allahu təala da onun ayıbını ortaya çıxardar və belə bir kimsə, ən gizli bir yerdə sığınsa belə, onu rəzil edər.” [Tirmizi]

            “Müsəlmanların ayıbını araşdıran, onlara pislik etmiş və onları pisliyə atmış olur.” [Əbu Davud]

            “Kim dostunu tövbə etdiyi bir günahdan dolayı ayıblayarsa, o kimsə, eyni günaha mübtəla olmadan ölməz.” [Tirmizi]

Sual: Pis iş görən səmimi bir dostum var. Ondan uzaqlaşmağım uyğun olar?

CAVAB

            Dost bir günah və ya bir qüsur işləyə bilər. Bunlarda israr edirsə, halını düzəldəcək şəkildə gözəl nəsihətlər etmək lazımdır.

            Həzrəti Ömərin Şamda bir dostu vardı. Gələnlərdən onu soruşdu. “Şeytana yoldaş oldu. Günah işləyir” dedilər. Bunun üzərinə Həzrəti Ömər elə deyən şəxsi susdurub “Gedərkən mənə dəy!” dedi. Qayıdarkən o şəxsə bir məktub verdi. Məktubunda, Mömin surəsinin ilk üç ayəti-kəriməsini yazıb, lüzumlu nəsihətlər etdi. 3-cü ayəti-kərimədə, Allahu təalanın hər şeyi bildiyi, günah işləyənlərin tövbəsini qəbul edəcəyi və əzabının şiddətli olduğu bildirilirdi. Şamdakı dostu məktubu oxuyanda ağladı. “Əlbəttə Allahu təalanın söylədiyi doğrudur. Ömər də mənə nəsihət etdi.” deyərək tövbə edib günahlarından imtina etdi.

            Saleh bir insanın dostu günahlara dalmışdı. “Artıq onunla yoldaşlığı tərk et! Çünki o yolunu azdı” dedilər. O isə, “Dostum əsl indi mənə möhtacdır. Belə bir vaxtda onu tərk etmək yoldaşlığa yaraşmaz. Yoldaşımın düzəlməsi üçün çalışacam və islahı üçün dua edəcəm” dedi.

            Yoldaşımızı xoşlanmadığımız hərəkətlərindən ötəri tərk etməməliyik. Yerində tənqidlərimiz ilə tövbəkar olması, köhnə halına dönməsi üçün çalışmağımız lazımdır. Əgər ondan üz çevirib münasibətimizi kəssək, günah ilə, fəlakət ilə onu baş-başa buraxmış olarıq. Dosta qarşı vəfalı olmaq lazımdır. Vəfa demək, ehtiyac halında ona kömək etməkdir. Dostun dindəki ehtiyacı, maldakı ehtiyacından daha çoxdur. Onunla bərabər ikən günah işləməyə utana bilər. Dostluq yaxın qohumluq kimidir. Uşağımız, qardaşımız bir günah işləyərsə onu dərhal tərk etmərik. Dostu da səhvindən ötrü tamamilə tərk etmək uyğun olmaz. Qüsurunu düzəltməyən dostu tərk etməmək lazımdır, çünki hər tərəfli düzgün dost tapılmaz.   

            Pis birisi ilə yoldaşlıq etmək, əlbəttə, uyğun olmaz. Lakin, yoldaşlarımızın bəzi qüsurlarını görəndə, onu tamamilə tərk etmək də doğru deyildir. Çünki qüsursuz dost olmaz.

            Dostumuzun qüsurlarını üzünə vurmaq, aramızın açılmasına səbəb olar. Şeytanın da istədiyi budur. Onun üçün şeytanın dediyini etməmək lazımdır, yoldaşın qüsurlarını gizlətmək lazımdır. Bizə qarşı işlədiyi xətalarına gələndə, bunu əfv etməyimiz lazımdır. Hətta səhvini yaxşı yerə yozmağımız,  üzrlü görməyə çalışmağımız vacibdir.

            Dostumuzun bizə qarşı olan bir qüsuru üçün, bir çox bəhanə axtarmaq lazımdır. Əgər qəlbimiz yenə inanmazsa, qəbahəti  özümüzdə görməliyik. Öz-özümüzə, “Sən nə qatı qəlblisən! Dostun sənə yetmiş bəhanə tapdı. Sən hələ qüsur axtarırsan” demək lazımdır. Əgər dost, səhvini anlayaraq üzr istəmişsə, dərhal əfv etmək lazımdır! Çünki İmam Şafii həzrətləri, könlü alınmağa çalışıldığı halda razılıq göstərməyən kimsənin məqbul biri olmadığını bildirir. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Yoldaşının bəhanəsini qəbul etməmək günahdır.” [İbni Macə]

            “Üzr qəbul etməyən, üzr diləyənin günahını yüklənmiş olar.” [İbni Macə]

            “Qaba kimsəyə nəzakətli davranan, zülm edəni əfv edən, məhrum edənə ehsan edən, uzaqlaşana yaxınlaşan yüksək dərəcələrə qovuşar.” [Bəzzar]

            Allahu təala da hiddətini, hirsini məğlub edənləri tərifləyir. (Əli İmran 134)

Sual: Bəzi insanların hiylələrini, qüsurlarını başqalarına anlatmaq günahdırmı, qeybət olarmı?

CAVAB

            Bidət əhlinin bidətini və ticarətdə insanları aldadanların bu hiylələrini söyləmək lazımdır, qeybət olmaz. Amma bir kimsənin günahının zərəri tək özünə isə və bu günahı gizli isə, bunu ortaya çıxarmaq günah olar. Hədisi-şəriflər də buyuruldu ki:

            “Kim, bir müsəlmanın ayıblarını örtüb gizləyərsə, Haqq Təala da dünya və axirətdə onun ayıb və qüsurlarını örtər. Qul, din qardaşına kömək etdiyi müddətcə, Allahu təala da o qula kömək edər.” [Müslim]

            “Bir kimsə, sənin ayıblarını söyləyərək səni pisləyərsə, sən də onun ayıbını söyləyərək pisləməyə çalışma! Bunun savabı sənin, vəbalı da pis söz söyləyənindir.” [Nəsai]

            “Müsəlmanlara əza-cəfa etməyin, onları çəkişdirib ayıblamayın və onların səhv etmələrini istəməyin!” [İbni Hibban]

            Qeybət, Qurani-kərimdə ölü qardaşının ətini yeməyə bənzədilmişdir. Qeybətin bəzi hallarda zinadan da pis olduğu hədisi-şəriflərdə bildirilmişdir.

            Qeybət, öz ayıb və qüsurlarını tərk edib, başqalarının ayıb və qüsurlarını araşdırmağa  çalışmaqdır ki, bir müsəlman üçün bundan daha pis və zərərli bir şey yox kimidir.

            Biz, öz ayıblarımızın ifşa olunmasını, rüsvay olmağımız istəmədiyimiz kimi, başqaları da ayıblarının açıqlanmasını istəməz. Sən dostunun ayıbını örtərsən, Allah da sənin ayıbını örtər. Sən başqasının ayıbını açarsan, sənin ayıbını da açan çıxar. Hər kəsə rüsvay olarsan. Bu xüsus hədisi-şəriflə bildirilmişdir.

            Öz qüsurlarını araşdıran və bunların çarəsini düşünərək başqasının qüsurlarını görə bilməyən müsəlman çox yaxşı insandır. Hədisi-şərifdə də, “Öz ayıbını görən, Allahu təalanın xeyir dilədiyi kimsədir” buyurulur. Hər kəs üçün öz nöqsanını bilmək kimi ürfan ola bilməz. (İmam-ül İslam)

            Qeybət, söz gəzdirmək və digər günahlardan çəkinmək cihadı-əkbər (böyük cihad) olaraq bildirilmişdir. Nə xoşbəxtdir öz qüsurunu görə bilənlər...

Sual: Saleh dostla necə rəftar etmək lazımdır?

CAVAB

            Saleh bir dost tapanda, ona lüzumlu hörməti göstərmək lazımdır! Onun can və malını öz can və malından əvvəl tutmaq lazımdır! Ayıblarını araşdırmamalı, ayıbı olsa belə görməməli və kimsəyə söyləməməli, hətta öz-özünə ayıbını düşünməməli, əsla münaqişəyə girməməlidir! Əleyhinə danışan olarsa, münasib şəkildə susdurması lazımdır! Məyus olacağı və ya kədərlənəcəyi bir söz söyləməməsi lazımdır! Sui-zənn (yanlış düşünmək) də etməməli, uyğun olmayan hərəkətlərini fikirli olmasına və unutqanlığa yozması lazımdır! Yəni, bir bəhanə axtarıb günahsız olduğunu qəbul etməsi lazımdır! Çünki gözəl əxlaq sahibi insanları üzrlü görər. Onların qüsurlarını ortaya çıxartmaz.   

            Gözəl əxlaqlı mərd kimsə, insaflıdır. Yəni, özü insafla hərəkət edir, fəqət başqasından bu insafı gözləməz. Belə bir yoldaşın sevdiklərini sevmək, sevmədiklərindən və düşmənlərindən uzaq olmaq lazımdır! Ona qarşı və hər kəsə qarşı təvazökar olmaq lazımdır! Belə bir kimsəni özünə dost və qardaş bilmək lazımdır. Ona hörmət göstərmədikcə elmindən istifadə edə bilməz. 

            Dostun qüsurlarını gizlətməyə çalımağımız çox yaxşı olar. Müsəlman qüsurları gizləyən olmalıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Kim dostunun ayıbını örtərsə, Allahu təala da qiyamət günü onun ayıbını örtər. Kim də müsəlman dostunun ayıbını aşkara çıxararsa, Allahu təala da onun ayıbını aşkara çıxardar. Hətta evində belə onu zəlil edər.” [İbni Macə]

            “Özünə rəva gördüyünü, sənə rəva görməyənin yoldaşlığında xeyir yoxdur.” [İ.Adiy]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину