Facebook Twitter WhatsApp

Sevgidə orta yol

Sual: Ən güvəndiyim şəxs aldığı borcları vermədi. Malımı oğurladı. Məndən başqalarına söz daşıdı. Sirlərimi ifşa etdi. Qısacası mənə xəyanət etdi. Müsəlman olan kimsəyə güvənmək lazım deyil?

CAVAB

Müsəlmana əlbəttə etibar edilər. Amma dinin əmri daxilində etimad edilər. Məsələn, borc veriləndə rəsmiləşdirilər. Mal oğurlanacaq yerə qoyulmaz. Hər işdə tədbir almaq lazımdır. İki hədisi-şərif məali belədir:

“Zəburda bildirildi ki, ağıllı kimsə, dilinə sahib olar, işinə yönələr və ən möhkəm dostuna qarşı belə ehtiyatlı olar.” [Deyləmi]

“Sevdiyin kimsəni ölçülü sev, bir gün düşmən ola bilər, sevmədiyinə də ölçülü ol, bir gün dost ola bilər.” [Tirmizi]

Görüldüyü kimi tədbirli, ehtiyatlı olmaq lazımdır. Bütün günahı oğruya yükləməmək lazımdır, tədbir almayanda da qüsur vardır.

İslamiyyət hər işdə orta yolda olmağı əmr edir. Dosta nə həddindən çox güvənmək, nə də ona həmişə etibarsızlıq içində olmaq lazımdır. Onun da insan olduğunu şeytana tabe ola biləcəyini düşünərək tədbiri əldən buraxmamaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину