Yeməkdən əvvəl, sünnət olduğunu düşünərək, əlləri yumağın on faydası vardır.
Bir kimsə təam yemək üçün əllərini yuduqdan sonra yaş olan barmaqlarının ucunu gözlərinin qapağına qoyub geriyə doğru silsə, o şəxs, Allahü təalanın izni ilə göz ağrısı görməz. On fayda:
1.Ərşi-rəhman altında bir mələk deyər: “Əlini pak etdiyin kimi, sənin (kiçik) günahların pak oldu.”
2.Nafilə namaz qılmış kimi savaba nail olar.
3.Kasıblıqdan əmin olar.
4.Sıddıqların savabına nail olar.
5.Mələklər onun üçün Allahdan əfv diləyər.
6.Hərtikənin müqabilində,bu tikələri sədəqə vermiş kimi savaba nail olar.
7.Bəsmələ ilə yedikdə günahları təmizlənər.
8.Yeməkdən sonra etdiyi duası qəbul olar.
9.O gecə ölərsə, şəhidlik dərəcəsinə çatar.
10.Gündüz ölərsə, şəhidlər sırasına yazılar.
Yeməkdən əvvəl əlləri yumaq və qurulamamaq sünnətdir.
Yeməkdən sonra, sünnəti yerinə yetirmək niyyəti ilə əlləri yumağın altı faydası var:
1.Ərşi-rəhman altında bir mələk deyər: “Ey mömin! Rəsulullah (sallallahü təala aleyhi və səlləm) səndən razı oldu.”
2.Bu nemətə məxsus savaba nail olar.
3.Bədənindəki tüklərin sayı qədər savab qazanar.
4.Rəhmət dəryasından nəsibi olar.
5.Əlindən axan damlaların sayı qədər savab qazanar.
6.Vəfat etdikdə, şəhid olar.
[Allahü təalanın əmrləri iki cürdür: Əmri təkvini və Əmri təklifi və ya Əmri təşrii.
Əmri təkvini, Yaratmağını istədiyi şeylərə “Ol” deməsidir. Ol dedikdə, dərhal var olur. Heç kim bu şeyin var olmasına mane ola bilməz. Hər şeyin yaradılması üçün, bəlli şeyləri səbəb etmişdir. Bəlli maddələr, digər bəlli maddələrin yaradılmasına səbəb olduğu kimi, insanın maddi və mənəvi gücü, müxtəlif enerjilər də, bir çox şeylərin yaradılmasına səbəbdir. Bir quluna bir şey ehsan etmək, yaxşılıq nəsib etmək istədikdə, o qulu, həmin şeyin səbəbinə qovuşdurar. Səbəb təsir etdiyi zaman, O da istəyərsə, “Ol” deyərsə, o şey var olar. O istəməzsə, heç bir şey var olmaz. Hikmətini, yaratmağını səbəblərlə örtmüş, gizləmişdir. Çox insan ancaq səbəbləri görür, səbəblərin arxasındakı hikməti, Onun yaratmağını anlamır. Bu anlayışsızlıq da o insanın fəlakətinə səbəb olur.
Əmri təklifi, insanlara, yerinə yetirmələri və ya çəkinmələri üçün verdiyi əmrlərdir. Bu əmrlərin icrası insanın iradəsinə, istəməsinə bağlıdır. İnsanı iradəsində, istəyində sərbəst buraxmışdır. Lakin insanın arzuladığı şeyi yaradan, yenədə Odur. İnsan istədikdən sonra, Oda istəsə, yaradar. İstəməsə,yaratmaz. Hər şeyi yaradan, maddələrə müxtəlif təsirlər, özəlliklər verən, yalnız odur. Ondan başqa yaradıcı yoxdur. Ondan başqasında üluhiyyət sıfatının olduğuna inanmaq, başqasını Ona şərik, ortaq etmək deməkdir. Başqasını Ona şərik qoşanı, Qiyamətdə əsla bağışlamayacağını, ona sonsuz və çox acı əzablar verəcəyini bildirmişdir. İnsan Onun əmrini yerinə yetirmək, yaxşılıq etmək istədikdə, O da mərhəmət edərək istəyir və yaradır. Ona inanmayanlar, qarşı çıxanlar bir pislik etmək istədikdə, O da istəyir və yaradır. Ona inananlar, yalvaranlar bir pislik etmək istədikdə, O, mərhəmət edərək istəmir və yaratmır. Buna görə düşmənlərinin hər istədikləri yerinə yetdiyi üçün, daha da yollarını azıb, qudururlar.
Allahü təalanın əmri təklifləri əhəmiyyətlərinə görə dərəcələrə ayrılırlar:
1-Bütün insanlara, iman etməyi, müsəlman olmağı əmr etmişdir.
2-İman edənlərə, haramdan uzaq olmağı, pislik etməməyi əmr etmişdir.
3-İman edənlərə, fərzləri yerinə yetirməyi əmr etmişdir.
4-Haramlardan çəkinən və fərzləri icra edən müsəlmanlara, məkruhlardan uzaq olmağı, sünnətləri, nafilə ibadətləri yerinə yetirməyi əmr etmişdir.
Yuxarıdakı sırada, birinci əmri icra etməyib, ondan sonra olanı icra etmək məqbul deyil, bəyənilmir. Faydası da yoxdur. Məsələn, imanı olmayanın pisliklərdən çəkinməsini və ya pisliklərdən, haramlardan çəkinməyənin, fərzləri icra etməsini, yaxud fərzləri yerinə yetirməyənin sünnətləri, nafilə ibadətləri icra etməsini Allahü təala bəyənməz, qəbul etməz. Buna görə, namaz qılmayan, zəkat verməyən, ananın, atanın, zövcənin və övladın haqqlarını icra etməyən müsəlmanın sədəqələrini, yaxşılıqlarını, xeyir əməllərini, məscid tikdirməsini, pul yardımlarını, yeməkdən əvvəl və sonra əllərini yumasını, ömrəyə getməsini bəyənməz, qəbul etməz. Göründüyü kimi, hər insanın buyurulan əmrləri yuxarıdakı sırayla yerinə yetirməlidir. Bununla bərabər, əvvəlki sıradakı əmri yerinə yetirməyən, sonrakını yerinə yetirər və bunu yerinə yetirməsi fərzi tərk etməsinə, haram işləməsinə səbəb olmazsa, savab qazanmasa belə, bunu etməyi də əldən qaçırmamalıdır. Bu əmrləri hər zaman yerinə yetirməyin bərəkəti ilə, Allahü təalanın, mərhəmət edərək, əvvəlki əmrləri də yerinə yetirməyi nəsib edəcəyini ummağın lazım olduğu “Ruh-ul-bəyan” şərhində, altıncı cüzün sonunda yazılmışdır.]
Təam yeməyin dörd fərzi var:
1.Yediyi zaman doymağı və içdiyi zaman kifayətlənməyi Allahü azım-üş-şandan bilmək.
2.Halal şeyyemək.
3.O təamdan aldığı qüvvət tükənənə qədər Allahü azım-üş-şana qulluq etmək.
4.Əlinə keçənə qənaət etmək.
Yeməyə başlarkən, Allahü təalaya ibadət etmək üçün, Allahü təalanın qullarına faydalı işlər görmək üçün, Allahü təalanın dinini, əbədi səadət və dinclik yolunu bütün insanlara yaymaq üçün qüvvət əldə etməyə niyyət etmək lazımdır. Başı açıq yemək caizdir.
Təam yeməyin müstəhəbləri: Süfrəni yerdən salmaq, təmiz geyimdə süfrəyə oturmaq, diz çöküb yemək, yeməkdən əvvəl əli və ağızı yumaq, yeməyə başlarkən Bəsmələ demək, yeməyin əvvəlində duz dadmaq, arpa çörəyi yemək, çörəyi əl ilə parçalamaq, çörək qırıntılarını zay etməmək, önündən yemək, sirkə yemək, tikəni kiçik götürmək, tikəni yaxşı çeynəmək, üç barmaq ilə yemək, qabı barmaqla siyirmək, üç dəfə barmaqları yalamaq, təamın sonunda həmd etmək, diş çöpündən istifadə etmək.
Təam yeməyin məkruhları: Sol əllə yemək, yeyəcəyi təamı iyləmək, Bəsmələni deməmək. [Yemək arasında olsa da, xatırladıqda Bəsmələ çəkilməlidir.]
Təam yeməyin haramları: Doyduğu halda yeməyə davam etmək [Qonaq varsa, onun yeməsinə mane olmamaq üçün, yeyirmiş kimi davranmaq lazımdır], yeməkdə israf etmək, başqasının malını [haqsız olaraq] yeyərkən Bəsmələ demək, qonaqlığa dəvətsiz getmək, başqasının malını icazəsiz yemək, bədənə xəstəlik verəcək şey yemək, riyakarlıqla hazırlanmış təamı yemək, nəzir etdiyi şeyi yemək.
Yeməyi isti yeməyin zərərləri: Qulağın kar olmasına səbəb olur, üz saralır, gözün parlaqlığı olmur, dişlər saralır, ağzın ləzzəti olmur, qarın doymur, anlayışı və ağlı az olar, bədəndə xəstəlik əmələ gəlir.
Az yeməyin faydaları: Bədəni güclü, qəlbi nurlu olar, hafizəsi güclü olar, dolanışığı asan olar, işlərindən həzz alar, Allahü azım-üş-şanı çox zikr etmiş olar, Axirəti düşünər, ibadətlərində çox həzz olar, hər şeydə (irşad və isabət) uyğunluq, münasiblik olar, hesabı asan olar.
Zahida! Aç gözünü, səhraya bax da, ibrət al!
Bu dirəksiz qübbəyi səmaya bax da, ibrət al!
Görmək istərsən, Cənabı kibriyanın qüdrətin,
Hər sabah, səhər vaxtı, dünyaya bax da, ibrət al!
Padşah olsan da, deyərlər, “ər kişi niyyətinə”,
Var, musallada yatan meyidə bax da, ibrət al!
Bir kəfəndir aqibət, sərmayəi-beğ və fakir,
Varlığa məğrur olan, məcnun deyil də, bəs nədir?
В корзине: 0 шт.
на сумму: 0