Facebook Twitter WhatsApp

Yeməyə duzla başlamaq

Sual: Yeməyə duzla başlamaq sünnətdir. Süfrədə duzlu zeytun olur. Zeytunla başlamaq sünnət yerinə keçərmi? Belə sünnətlərə riayət etməsək günah olar?

CAVAB

Bəli, keçər. Hətta çörəkdəki duza niyyət edərək bir tikə çörək yeməklə də bu sünnət yerinə yetirilmiş olar. Bu sünnətlərə riayət olunmazsa, günah olmaz. Ancaq bir sünnətə riayət etmək, dünyadakı hər şeydən daha qiymətlidir. Unutmazsaq, imkanımız varsa sünnətlərə riayət etməyə çalışmağımız lazımdır. Bir hədisi-şərif məali belədir:

“Yeməyə duzla başlamaq və bitirmək 70 xəstəliyə şəfadır.” [R.Nasıhin]

Yeməyə duz ilə başlayıb duz ilə bitirməyin tibbi cəhətdən də çox faydalı olduğu bildirilir. Hər sünnətdə bir  çox hikmətlər vardır.

Sual: Həkimlər üç zərərli şeydən birinin duz olduğunu söyləyirlər. Bunun üçün yeməyə duzla başlamağın sünnət olması səhvdir. Çünki Peyğəmbərimiz sağlamlığa zərərli bir şeyi tövsiyə etməz. Ayrıca, böyük hədis alimləri Əlbani ilə Abdülfəttah Əbu Quddə yeməyə duzla başlamağın sünnət olmadığını bildirmişdirlər. Hələ də duzu tərk etməyəcəyik?

CAVAB

Bu iddialar dini baxımdan da tibbi baxımdan da elmi deyildir və səhvdir.

Tibbi baxımdan:

Duz, un, şəkər üçün üç zərərli şey deyilir. Un zərərli olanda, çörək də zərərli olar. Hər şey kimi undan da çox istifadə edilərsə zərərli olar. Duz da belədir. Doyduqdan sonra yemək tibbən zərərli, dinən haramdır. Bu, çörək yemək zərərlidir və haramdır, demək deyildir. Çox olarsa zərərlidir, deməkdir. Hər şeyin çoxu zərərlidir. Duz olmazsa, insan sağlam olmaz. Bədəndəki duz miqdarı normadan az olarsa, halsızlıq, yorğunluq olar. Daha da düşərsə, epilepsiyaya yol açar, ürəyin çalışması çətinləşər, sinir sistemi zədələnər. Duzun sayıla bilməyəcək qədər faydası vardır. 

Bir də duzun içinə zərərli başqa şeylər qoyularsa, əlbəttə zərərli olar. Məsələn, xırda duz zərərlidir. Xırda duz zərərlidir deyə, digər təbii duzlara da zərərlidir demək səhvdir. Çox duz zərərlidir, amma, az duz  zərərli deyildir. Tibb mütəxəssisləri deyir ki:

Xırda duz sağlamlığa zərərlidirsə də, ehtiyac qədər istifadə edildiyi təqdirdə, təbii duz yəni qaya duzu və ya dəniz duzu çox faydalı və şəfa qaynağıdır. Himalaya duzu daha yaxşıdır. Duzun bəzi faydaları belədir:

Duz, bədənin turşu və qələvilərin tarazlığını qoruyur.

Bədənin elektrolit tarazlığını təmin edir.

Sidiyin meydana gəlməsini təmin edər. Sidik meydana gəlməzsə, maddələr mübadiləsinin təhlükəli olan son məhsullarını çölə atıla bilməz.

Duz antiseptik, yəni mikrob öldürücüdür.

Duz dilə toxunduqdan sonra, tüpürcək vəzləri dərhal çalışmağa başlayar, ifrazat əmələ gələr. Bu ifrazat həzm üçün əhəmiyyətlidir, həzmə kömək edər və asanlaşdırar. Yeməyə duzla başlanarsa, beyin tərəfindən göndərilən bir siqnal sayəsində mədədə mucus deyilən həzmi asanlaşdırıcı bir təbəqə meydana gələr və mədənin həzmə hazırlıqsız tutulmasının qarşısını alar. Yeməyi duzla bitirəndə də yenə həzm üçün lazımlı olan ifrazat bitər. Bu mühüm ifrazat yalnız duzla çıxar.

Duz yeməklərimizə, bəzi qidalara dad verər. Duzsuz yeməklər saman kimi olar.

Yodlu duz: Yodlu duz mühümdür. Yod, boynumuzda olan tiroit vəzindən hormon ifraz olunması üçün çox mühüm olan bir mineraldır. Bədənimizin inkişafını beyin və sinir sistemimizin çalışmasını, fəaliyyətlərimizin və bədən hərarətini təmin edən tiroit vəzi hormonlarının istehsalı üçün yod lazımdır. Bədənimiz üçün bu qədər mühüm olan yod kafi alınmadığından müxtəlif xəstəliklər meydana gələr. 

Hamiləlikdə yod əksikliyi ana qarnındakı körpənin həm beyin həm də bədən inkişafına mənfi təsir etdiyi kimi, uşağın düşməsinə, ölü doğumlara, körpənin qüsurlu doğulmasına, körpələrdə əqli qüsurlara və inkişafdan qalmağa səbəb olar.   

Uşaqlıq dövründə yod azlığı bədənin və zehnin inkişafına mane olar.

Yetkinlərdə yod azlığı guatrın yanında bədən və zehin funksiyalarında nizamsızlıqlara və pozuqluqlara da yol açar.

Ehtiyac qədər istifadə edilən yodlu duz sağlamlığa zərərli deyildir və əks təsiri də yoxdur.

Dini baxımdan:

Məzhəbsiz Əlbani ilə Əbu Quddə və onlara tabe olan bəzi məzhəbsizlər yeməyə duzla başlamağın sünnət olmadığını söyləsələr də, bu iddiaları mötəbər fiqh kitablarına ziddir. Məsələn, qiyməti bir fiqh kitabı olan “Fətavayi Hindiyyə”də “Yeməyə duzla başlayıb, duzla bitirmək sünnətdir. Hulasada da belədir” buyurulur. “Tatarhaniyyə” fətva kitabında yeməyə duzla başlamağın sünnət olduğu bildirilir.

Hindiyyədə, Husalada, Tatarhaniyyədə belə açıqca yazarkən məzhəbsizlərin sözlərinin nə qiyməti olar?

“Ya Əli, yeməyə duzla başla, çünki duz yetmiş xəstəliyə şəfadır” hədisi-şərifi, “Təriqəti Muhammədiyyə şərhi Bətiqa”, “Şirə-tül islam şərhi”, “Tibbin Nəbi”, “Rıyad-ün nasıhin”, “Mənakibi çihar yarı güzin”, “S.Əbədiyyə” “Miftah-ül cənnət” kitabları ilə daha başqa bir çox mötəbər kitabda bildirilir.

Ömər Nəsuhi Bilmən Xoca da yeməyə duzla başlayıb duzla bitirməyin sünnət olduğunu kitablarında bildirir.

Yeməyə duzla başlamağın sünnət olduğunu bildirən kitabların səhv olduğunu söyləmək, qədim alimləri, qədim kitabları pisləmək sayılır. Qədim alimləri tənqid etmək adət olmuşdur. Hər gün televiziyalarda dinin bir hökmü müzakirə edilir. Qədim alimlərin cahil olduğu iddia edilir. Axır vaxtda belə şeylərin olacağı Peyğəmbər əfəndimizə möcüzə olaraq bildirilir. Bir hədisi-şərif bu məaldədir:

“Axır zamanda sonra gələnlər əvvəlki alimləri cahilliklə tənqid edəcəklər.” [İbni Asakir]

Bu gün demək olar ki, hər mövzuda qədim alimlərin bildirdiyi xüsuslar bir-bir pislənir. Bunları görüb imkanı olanın susması halal olmaz. Bir hədisi-şərif məali belədir:

“Bu ümmətin son vaxtlarında gələnləri, əvvəlki alimləri pislədiyi vaxt, elmini saxlayan, Allahın endirdiyi Quranı gizləmiş olar.” [İbni Macə, İbni Adiy, İbni Asakir]

Quranı gizləməmək üçün qədim alimləri pisləyənlərə qarşı həssas olmaq lazımdır, Əhli-sünnət bilgilərini hər yerə yaymağa çalışmaq lazımdır.